2012/12/31

Şəhərlərdə Yeni İl Şənlikləri (68 Şəkil)

Yeni il dünyanın əksər ölkələrində böyük sevgi ilə qeyd olunan bayramdır. Dünyanın bir çox şəhərlərində Yeni il şənlikləri zamanı şəhərlər - evlər, həyətlər, mağazalar, ağaclar, bir sözlə mümkün olan hər yer bir-birindən rəngli və gözəl işıqlarla bəzədilir. Nəticədə ortaya fərqli rənglərdə olan işıqların yaratdığı möhtəşəm mənzərələr çıxır. Şəkillərdə şərqdən-qərbə bir çox ölkələrdə bəzədilmiş şəhərlərlə tanış olacaqsınız...

2012/12/30

Sinəsində Narkotika Gizlətmiş Qadın (2 Şəkil)

Bu yaxınlarda İspaniyanın Barselona şəhərindəki aeroportda maraqlı bir hadisə baş verib. 20 yaşlı Panama vətəndaşı olan qadından El Prat aeroportunun təhlükəsizlik əməkdaşları şübhələniblər. Çünki qadının sinəsi onlara çox böyük gəlib. Qadın narkotika biznesi ilə məşğul olan narkobaronların tranzit ölkə kimi istifadə etdikəri Panamadan gəldiyindən polislərin şübhələri daha da artaraq  onun üzərinə baxış keçirmək qərarına gəliblər. Bu zaman qadının sinəsinə toxunduqda orada nəsə fərqli bir şey olduğunu başa düşüblər. Qadın onlara sinəsinin silikon olduğunu desə də, polis əməkdaşları buna inanmayaraq, onu ən yaxın xəstəxanaya müayinə üçün aparıblar. Burada rentgen vasitəsi ilə müəyyən olunub ki, qadının sinəsi özünün dediyi kimi silikon deyil. Belə ki, qadının sinəsində təxminən 1,3 kq çəkidə narkotik maddə olan kokain gizlədilibmiş. Qadın həbs edilməmişdən öncə, əməliyyatla sinəsində gizlədilmiş narkotik maddə həkimlər tərəfindən götürülüb.

Amazon Meşələrindən Görüntülər (46 Şəkil)

Planetin ağciyəri adlandırılan Amazon meşəliklərləri dünyanın ən zəngin canlı aləminə (bitki örtüyü və heyvanat aləmi) malik olan ərazidir. Böyük hissəsi Braziliya ərazisində yerləşir. Hələ də orada yaşayan canlı aləmin dəqiq şəkildə siyahısı müəyyən edilməmişdir və buna görə də tez-tez yeni canlıların tapılması hallarına rast gəlmək olur. Çünki olduqca sıx olan meşəlik ərazilər tədqiqatçılara meşənin dərinliklərinə getməsinə imkan vermir. Amazon çayı həm də qədim dövrlərdən qalma piraniya balıqlarına da sahiblik edir. Bəzi mənbələrdə bu vəhşi balıqların timsaha kütləvi şəkildə hücum edib onu yedikləri də deyilir. Yaxın illərdə isə, hətta meşənin dərinliklərində sivilizasiyadan tamamilə təcrid olunmuş qəbilə ictimai quruluşunda yaşayan insanlara belə rast gəlinmişdir. Onların müasir həyatla heç bir əlaqəsi olmadığından, tədqiqatçılar nə onlarla, nə də onların yaşadığı yaxın ərazilərlə bağlı araşdırma aparmamaq qərarına gəlmişlər. Çox təəssüflər olsun ki, bu cür zəngin təbiət günü-gündən məhv olmaqdadır. İnsan oğlunun əli dəydiyi yerdə mütləq nəsə baş verməlidir. Elə bu meşəlik ərazilərin də hər keçən gün azalması dünyada oksigen ehtiyatlarının da xeyli miqdarda azalmasına, əvəzində karbon qazlarının çoxalmasına gətirib çıxarır. Braziliyanın xarici dövlətlərə xeyli miqdarda borcu olduğundan o, borcun ödənilməsi üçün meşəliklərin qırılıb satılmasını çıxış yolu kimi görsə də, bir çox dövlətlər, habelə yaşıllığın qorunması üzrə ixtisaslaşmış təşkilatlar buna ciddi cəhdlə qarşı çıxır.

Küləklər Şəhəri - Çikaqo (24 Şəkil)

 
Çikaqo Amerika Birləşmiş Ştatlarında Nyu York və Los Anceles şəhərlərindən sonra həm ərazisinə, həm də əhalisinin sayına görə 3-cü ən böyük şəhərdir. İllinois ştatında yerləşir. Əsası 1795-ci ildə qoyulmuşdur. Çikaqo bir vaxtlar dünyada həm də mafiyalar şəhəri kimi də tanınırdı. Şəhər əsasən, özünün məhşur musiqi ənənələri ilə tanınır. Caz və blyuz tipli musiqilərə şəhərdə böyük maraq və sevgi var. Bu şəhərin özünə məxsus xüsusiyyətlərindən biri də çoxlu zəngin muzeylərə malik olmasıdır. Ləqəbi də Bakı ilə eynidir, yəni ölkənin Küləklər şəhəri hesab olunur. Çikaqoda 2,7 milyon insan yaşayır.
İnternetdə xarici saytlarda gəzərkən, birdən Çikaqonun şəkillərini gördüm, istədim paylaşım. Həm də onu deyim ki, mən 2010-cu ildə "Work and Travel" proqramı ilə ABŞ-da, özü də Çikaqo şəhərində olmuşam. Olduca gözəl, təmiz və səmimi insanlara ev sahibliyi edən bir şəhər kimi yaddaşımda qalıb. Şəhəri məhşurlaşdıran ən böyük tikili isə, 108 mərtəbədən ibarət, 442 metr hündüryündə olan "Willis Tower" adlı hündürmərtəbəli ofis binasıdır. Bina həm də turistlərin ən çox ziyarət etdiyi yerlərdəndir. Şəxsən mən də onun ən yüksək mərtəbəsinə çıxıb şəhəri, habelə ABŞ-ın 4 başqa ştatını buradan asanlıqla izləmişəm. Möhtəşəm görüntü ilə qarşılaşır insan həqiqətən də. Bir maraqlı cəhət də, binanın turistlər üçün nəzərdə tutulan hissəsinin şəffaf şüşədən hazırlanmasıdır. Yəni, sanki 442 metr yüksəklikdə havada dayanmış kimi hiss edirsiniz. Şəhərin ən məhşur parklarından biri isə "Millenium" parkıdır. Parkda nəhəng bir kürə yerləşdirilib və kürəyə yaxınlaşdıqda şəhərin mənzərəsini görə bilirsiniz, yəni bir növ kürə böyük güzgü rolunu da oynayır. Şəhərdə hər yer o qədər planlı tikilib ki, şəhəri yaxşı tanımasanız belə, azmağınız mümkün deyil.

2012/12/29

Azərbaycanda Odlu Silah Almağın Yolları

İnternetdə xəbərləri oxuyurdum birdən qarşıma "Azərbaycanda silah əldə etmək nə qədər asandır?" başlığı altında bir məqalə çıxdı. Maraqlı gəldi daxil oldum. Xoşuma gəldi yazılanlar, çünki elə mən də daxil olmaqla, çoxlarının bilmədiyi, lakin həmişə bilmək arzusunda olduğu bir məsələyə toxunulmuşdu. Hazırda ölkədə vətəndaşlarda odlu silah görmək demək olar ki, mümkün deyil. Silahları yalnız televizordakı filmlərdə, ya da kompyuterdəki oyunlarda görə bilirik. Şəxsən mən özüm axrıncı dəfə odlu silahı əsgərlikdə görmüşəm. Nəysə, keçək mətləbə. Məqaləni oxuduqdan sonra, istədim sizinlə də paylaşım, qanunda yazılanlardan xəbəriniz olsun. Bütün məqaləni yox, ancaq ixtisarla önəmli bildiyim yerləri burada qeyd edəcəyəm...

Google'un Lənətinə Gəlmiş Bloqum

Bir neçə gün bundan öncəsinə kimi bloqumda hər şey qaydasında idi. Hər şey qaydasında idi deyəndə, əsas bloquma gələn ziyarətçi sayını nəzərdə tuturam. Yəni kifayət qədər axtarış saytlarından, xüsusilə də Google'dan bloquma təşrif buyuranlar olurdu. Lakin son günlər bloqumda ciddi şəkildə ziyarətçi azalması hiss edirəm. Hətta iş o yerə çatıb ki, bloquma dəqiqələrcə heç kim "gəlib-getmir." Təbii ki, bu da adamın kefini pozur. Heç kim istəməz ki, öz yerləşdirdiyi məlumatlara elə özü baxıb dursun. Onları yerləşdirəndə kimlərinsə  həmin məlumatı oxuyacağını, oxuyan adam paxıl olmasa başqaları ilə də paylaşıb özü də bilmədən saytın az-çox inkişafına, tanınmasına kömək edəcəyini ümid edirsən. Bloqu təzə-təzə yaradanda elə bu ümidlərlə yaşayırdım, doğrusu..

2012/12/28

İnsanlar Yer Kürəsini Necə Məhv Edirlər? (1 Video)

Bu videoda tam 500.000 il bundan öncə Yer Kürəsində yaşayan insanların o gündən bu günə Dünyanın axrına çıxması, təbiəti, canlı aləmi yox etmələri yönündəki sürətli fəaliyyətləri maraqlı animasiya formasında göstərilib. İnanıram ki, hər kəs bu videodan özünə uyğun bir şəkildə dərs alacaq!

Çindən Gətirilmiş Keyfiyyətsiz Texnologiya Malları (3 Şəkil)

Şəkildə gördüyünüz Çində istehsal olunmuş bir "Bluetooth" cihazıdır. Bu cihazın özünəməxsus cəhəti ondan ibarətdir ki, onun sol tərəfində antenası var. Antena hansı məqsədlə qoyulub, nə üçün qoyulub məlum deyil. Şəkillərdən də görəcəyiniz kimi, təcrübə məqsədi ilə antenanı qırıblar və yenidən cihaz normal şəkildə işləyib. Sadəcə görünüş üçün qoyulmuş və heç bir funksiya daşımayan antenanın bir məhsulun üzərində yerləşdirilməsinin heç bir məntiqi açıqlaması yoxdur. Bunun kimi Çindən gətirilmiş ucuz və keyfiyyətsiz texnologiya malları bizim ölkəmizdə də saysız-hesabsız dərəcədə çoxdur və mağazalarda yerindən asılı olaraq müxtəlif qiymətlərə istehlakçılara satılır (oxu: sırınılır).

Şaxta Baba Olmağın Yolları (9 Şəkil)

Şaxta baba olmaq arzusunda olan bir gənc yeni il bayramına qədər saqqal saxlamaq qərarına gəldi. Məqsədi yeni il ərəfəsinə kimi uzun saqqala malik olmaq və bayram müddətində Şaxta Baba kimi fəaliyyət göstərmək idi. İstəyinə həqiqətən də nail oldu. Uzun saqqal + ağ rəngli boya + köhnə bir eynək + kostyum onu nağıllardan oxuduğumuz, ya da filmlərdə gördüyümüz Şaxta Babaya çevirdi. =)

2012/12/27

Yeni Nəsil Kamera - Samsung Galaxy Camera (28 Şəkil)


Samsung foto kamera "dünyasında" yeni olan Samsung Galaxy Camera'nı bazara çıxarmaqla böyük yeniliyə imza atdı. Kameranın sürətli reklamı da hazırda həyata keçirilir və Avropada xüsusi bəyənilməsi nəzərdə tutulmuşdur. Bu fotokameranı köhnə nəsil kameralardan fərqləndirən ən birinci xüsusiyyət əməliyyat sisteminin Android olmasıdır. Yaxşı, bəs Android əməliyyat sisteminə malik bir fotokamera ilə nələr etmək olar?

Azərbaycan Respublikasının Xəritələri

Əvvəlcə deməliyəm ki, bu xəritələri "azefan.blogspot.com" ünvanında bir neçə il bundan qabaq yerləşdirmişdim. Lakin indi həmin bloq fəaliyyətini dayandırdığından, bir neçə əhəmiyyətli saydığım məlumatları oradan götürüb burada yenidən paylaşmaq qərarına gəldim. Beləliklə, Azərbaycan Respublikasının bütün növ xəritələri ilə tanış olmağa hazır olun. :) 

Türkiyə Universitetləri və Ünvanları (Siyahı)

Hər il xeyli sayda Azərbaycandan Türkiyəyə ali təhsil almaq üçün tələbələr gedir. Onların bir qismi isə təhsil alacaqları ali təhsil müəssisəsi haqqında əvvəlcədən müəyyən məlumatlar əldə etmək istəyirlər. Buna görə də, Türkiyədəki bütün universitetlərin ünvanlarını sizə təqdim etmək istədim. Seçiminizi düzgün edin ki, sonra peşman olmayasınız. :)

2012/12/26

Avropada Ən Böyük Ayaq Ölçüsünə Sahib Qız (14 Şəkil)

İngiltərədən olan Emma Cahill adında 19 yaşlı qız 1,95 metr boya sahibdir. Bununla yanaşı, onun ayaq ölçüsü Avropada bir qadında mövcud ola biləcək ən böyük ayaq ölçüdür. Rəqəmlə ifadə etsəm, ayaq ölçüsü 50'dir. Böyük ayaq ölçüsünə malik olması bu qızın həyatında bir çox çətinliklər yaradır. İlk növbədə onun ayaq ölçüsünə uyğun ayaqqabı tapmaq əsl problemə çevrilir. Emma yalnız sifariş əsasında özünə uyğun ayaqqabılar əldə edə bilir. Belə ki, Almaniyada xüsusi sifarişlər əsasında ayaqqabı istehsalı ilə məşğul olan bir fabrik onun üçün bir cütü 160 dollara olan ayaqqabılar hazırlayır.

Dünyanın Ən Kiçik Tapançası (7 Şəkil)

İsveç mini tapançası (Swiss mini gun) olaraq bilinən bu tapanca, dünyanın ən kiçik tapançası kimi tanınır. Cəmi 5,5 sm uzunluğu var və 2,34 mm kalibrdir. Mən bir dəfə marağa bu tapançanın videousuna Youtube'dan baxdım. Əvvəl bu tapançanın necə atəş açacağına heç inanmırdım doğrusu, ancaq sən demə, yaxşı bacarır. :) Çox qəşəng sui-qəsd silahı kimi istifadə oluna bilər. :) İstəsəniz, Həmin videoya buradan daxil olub baxa bilərsiniz.

Leoparın Sadə Qəlyanaltısı (5 Şəkil)

Hər zaman ovunu tutmaq üçün sürətindən məharətlə istifadə edən leopar bu dəfə sürətini quşlar üzərində yoxladı. Afrikada Safaridə çəkilmiş bu maraqlı görüntülərdə acmış olan leoparın qarnını doydurmaq üçün yaxınında olan quş dəstəsinə qəfil hücumunu görəcəksiniz. Buna leoparın sadə qəlyanaltısı da demək olar. :)

Dünyanın Sosial Şəbəkə İnhisarçısı - Facebook

Şübhəsiz bu gün sosial şəbəkə dedikdə istər funksiyalarının çoxluğu, istər istifadə rahatlığı, istərsə də istifadəçi sayının çoxluğuna görə, ağla gələn ilk Facebook'dur. Bu qədər sürətlə inkişaf edib böyük istifadəçi ordusuna çatmaq üçün, nə qədər başqa sosial şəbəkələri sıradan çıxardığını, ya da həmin sosial şəbəkələrin rəqabətə dözməyib sosial şəbəkə aləmindən könüllü formada çəkildiyini bilirdinizmi? Birazdan görəcəyiniz şəkildə 2009-cu ilin iyun ayından 2012-ci ilin iyun ayına kimi olan müddətdə bütün dünya ölkələri üzrə internet istifadəçilərinin ən çox istifadə etdikləri sosial şəbəkələr xəritələrlə aydın şəkildə göstərilmişdir. Baxın, Facebook 3 il kimi qısa bir zamanda Dünyada necə lider sosial şəbəkə olmağı bacardı. Düzdür, bəzi ölkələr ona alternativ sosial şəbəkələr yaratmağa və Facebook'un onların ərazisində istifadəsinin məhdudlaşdırılmasına çalışdılar və buna qismən də olsa nail oldular. Bu siyahıya da ilk növbədə İrandakı "Cloob" sosial şəbəkəsini, Rusiyadakı "В Контакте" sosial şəbəkəsini, Çindəki "QQ Zone" sosial şəbəkəsini daxil etmək olar. Hazırda Facebook'un əhatə dairəsinin o qədər də təsir edə bilmədiyi əsas ölkələr yuxarıda sadaladıqlarımdır. Onu da qeyd edim ki, fikrimcə, yaxın illərdə Facebook rəhbərliyinin sayt üzərində aparacağı daha bir neçə ciddi təkmilləşdirmələr və həyata keçirəcəyi yeniliklər nəticəsində bütün Dünya ölkələrinin internet istifadəçiləri üzərində öz göy bayrağını "dalğalandıra" biləcək.

2012/12/25

Tüklü Donuz Nəsli - Mangalitsa Donuzu (13 Şəkil)

Mangalitsa donuzu bildiyimiz donuz nəslindəndir. Bəzi fərqləri isə təbii ki, var. Birincisi, bu donuzlar gördüyünüz kimi tüklü olurlar və dəriləri də olduqca sərt olur. İkincisi, Avropada əti xüsusilə sevilir. Üçüncüsü, sıx tüklü olduqlarından həm soyuğa qarşı dözümlüdürlər, həm də xəstəliklərə qarşı. Gələk, bunların çoxaldıldıqları ərazilərə. İlk dəfə Macarıstan ərazisində bu donuzlar saxlanılıb, nəsli artırılmışdır. Daha sonra da, Balkanlara bu heyvanlar gətirilmiş və indi də qeyd etdiyim ərazilərdə onlar saxlanılır və əti və yağı Avropanın bir çox ölkələrinə ixrac olunur. Onlara bir neçə rəngdə rast gəlmək mümkündür: sarı, qırmızı, qara, ağ və ya bu rənglərin qarığında.

2012/12/24

Qorxusuz Gənc (40 Şəkil)

Ukraynanın paytaxtı Kiyevdə yaşayan bu cavan oğlanın 25 yaşı var. O, hündürlükdən qəti şəkildə qorxmur və yüksək yerlərə çıxaraq bir-birindən fərqli akrobatik hərəkətlər edir. Onun bu hərəkətləri əslində həyatı üçün böyük təhlükə yaratsa da, o, yenə də bu məşğuliyyətindən vaz keçmək istəmir. Şəkillərə nəzər saldıqda onun heç bir bədbəxt hadisədən qoruyucu tədbir görmədən risk etdiyi hərəkətləri görmək olar. Sadəcə yol verəcəyi kiçik bir səhv onu ölümə apara bilər. Görəsən, bu gənc həqiqətən də qorxusuz biridir, yoxsa sadəcə başı işləmir?!

Amerikada Tornado Fəlakətindən Görüntülər (17 Şəkil)

  
2012-ci ilin aprel ayının 3-də ABŞ-ın Teksas ştatında baş vermiş Tornado fəlakətindən görüntülər... 

Sifarişlə Hazırlanan GPS Sistemli Ayaqqabı (10 Şəkil)

Şəkillərdə görəcəyiniz ayaqqabı İngiltərəli dizayner Dominic Wilcox tərəfindən hazırlanmışdır. Ayaqqabını hazırlamaqda əsas məqsədi ona quraşdırılmış GPS sistemi sayəsində insanın heç vaxt harda olmasından asılı olmayaraq yolu azıb qalmaması olmuşdur. Ayaqqabının ön tərəfinə yerləşdirilmiş GPS naviqasiya sistemi sayəsində yolu asanlıqla tapmaq mümkündür. Bundan əlavə, USB vasitəsi ilə də, ayaqqabıya xəritələr yüklənir. Ayaqqabıdakı GPS sistemi sayəsində gələn siqnalla siz həm doğru yolu müəyyən edə, həm də digər siqnal sayəsində çatacağınız yerə qalan məsafəni öyrənə bilirsiniz. GPS sistemi təxminən telefon batareyası kimi kiçik bir cihazdan güc alır. Onun özünəməxsus antenası da var ki, bu da sol ayağa geyinilən ayaqqabıda yerləşdirilib, lakin gözlə görünmür. Beləliklə də, Dünyanı piyada səyahət etməyə hazırsınız. :) Ayaqqabılar dizayner tərəfindən xüsusi sifarişlər əsasında hazırlanır, yəni onların kütləvi istehsalı həyata keçirilmir.

İş Yerinizi Dəyişmək İstəyirsiniz? (50 Şəkil)

İndi işlədiyiniz yerdəki şərtlər sizi qane etmir və yeni iş yeri axtarırsınız? Onda bir də bu yazıqların işlədiyi yerlərə və çəkdikləri əzaba baxın. Şəkillər hər biri müxtəlif illərdə inkişaf dərəcəsindən asılı olmayaraq dünyanın müxtəlif yerlərində çəkilmişdir. Onların hər biri üçün tək xüsusiyyət ümumilik xarakteri daşıyır. Hamsının məqsədi az-çox onların dolanışığını təmin edəcək məbləğdə pul qazanmaqdır. Heç birini qınamaq olmaz o işdə işlədiyinə görə. Ölkədə başqa iş yerləri olmadıqdan sonra, işsizlər ordusu saysız-hesabsız olduqdan sonra, hakimiyyət işsizliyin qarşısını alacaq tədbirlər görmədikdən sonra, insanlar məcbur olurlar ən çətin və ağılagəlməz işdə belə olsa çalışmağa...

2012/12/23

Həyatını Sənətə Qurban Verən Fotoqraf (15 Şəkil)

Öz sənətini ürəkdən sevən bəzi fotoqrafların bu hadisə haqqında məlumatı var. Buna baxmayaraq, istərdim ki, bir daha baş vermiş hadisə haqqında bilməyənlər üçün qeyd edim. Demək, 1980-ci ilin may ayının 18-də amerikan fotoqrafı Robert Landsberg St. Helens vulkanının ətrafına şəxsi avtomobili ilə gələrək son günlər vulkan ətrafında baş verən fəallığı kameranın yaddaşına köçürmək istədi. Lakin, çox çəkmədi ki, vulkan elə oradaca partlayışa keçdi. Nəticədə bu cəhənnəmdən sağ çıxa bilməyəcəyini başa düşən Robert avtomobilinin qapılarını hər tərəfdən möhkəm şəkildə bağlayaraq, kamerası ilə avtomobilin içindən şəkillər çəkməyə başladı. O, başa düşürdü ki, vulkan lavaları onu tezliklə məhv edəcək, ancaq sırf sənətinə hörmət və sevgi naminə ölənə qədər dəhşətin şəklini çəkdi. Onun meyidi avtomobilin içində vulkan partlayışından tam 17 gün sonra tapıldı. Hətta meyidi görənlərdən bəziləri göz yaşlarını saxlaya bilmədi. Ona görə ki, o, son ana qədər kameraya bir şey olmasın, baş verənləri hər kəs görsün deyə, onun üzərini bədəni ilə örtmüşdü. Kamerası ilə çəkdikləri ictimaiyyətə televiziya vasitəsi ilə göstərildi. Şəkilər həmçinin "National Geographic" jurnalının 1981-ci ildəki buraxılışlarından birində ilk səhifələrdə öz əksini tapdı. Yeri gəlmişkən, bizim ölkəmizdə hər əlinə kamera götürən, gedib orda-burda qızların orasını-burasını çəkən özünü təcrübəli fotoqraf hesab edir, elələri fotoqraf adının "F" hərfinə də layiq deyil. Mənim nəzərimdə əsl fotoqraf insanların normalda görməsinin mümkün olmadığı, ya da görmək istədiklərini ən müxtəlif şəkillərdə çəkib onlara təqdim edən şəxsdir.

2012/12/22

Arktikanın Donmuş Təbiəti (5 Şəkil)

Gənc fotoqraf Niccolo Bonfadini İtaliyanın şimalında yerləşən Monza şəhərində yaşayır. Uşaq vaxtından o, təbiətə qarşı çox sevgi dolu olmuşdur. Bir neçə il bundan öncə şəkil çəkməyə qarşı çöx böyük həvəsinin olduğunu kəşf etdi və sevdiyi bu sənətin arxasınca getdi. Bu vaxtdan da onun təbiətdən maraqlı şəkillər çəkib tanınmış bir fotoqraf olması istiqamətində irəliləməsi dövrü başlandı. Özünün də dediyi kimi, onun üçün heç bir yer günəş batımı qədər və gecələr göydə saysız-hesabsız ulduzları görmək qədər gözəl deyil. Sırf bu səbəbdən də daim açıq yerlərə və təbiətə önəm Bonfadini Finlandiyaya səfər edir və ölkənin ən şimal hissəsi olan Laponyaya gedir. O, burada -15 və -40 dərəcə arası tempraturda, yəni buz kimi havada həm zəif günəşin batımını izləyir, həm də buzda donmuş ağacları çəkir. Çəkdiyi şəkillərdən biri Miçiqan Universitetinin dəstəyi ilə NASA tərəfindən rəhbərlik edilən APO-NASA layihəsində günün şəkli seçilmişdir. 

Müasir Dövrün İnsanları

Dünya çox sürətli şəkildə dəyişir. Dünyada dəyişikliklər baş verdikcə insanlar, onların ehtiyacları və ətrafda baş verən proseslərə baxış tərzləri də dəyişir. Misal üçün;
- Əvvəllər: Ata, indi gündəlikdəki bütün qiymətlərim 5-dir. Yaya qədər hamsı 5 olsa mənə bir velosiped ala bilərsən?
- İndi: Ata, qiymətlərim hamsı yaxşıdı, ancaq sən mənə hələ də bir noutbuk almamısan!

Dünyanın Ən Uzun Tuneli (16 Şəkil)

İsveçrədə yerləşən "Gotthard Base" tunelinin 2016-cı ildə tikilib başa çatdırılacağı gözlənilir. Belə ki bu tunelin tikilməsində əsas məqsəd İtaliya və İsveçrə arasındakı məsafənin sürətli qatarlar vasitəsi ilə qısaldılmasıdır. Tunelin ümumi uzunluğu 57 km olacaqdır. Qatarların saatda 280 km sürətlə hərəkət edəcəyi planlaşdırılmışdır. Sürətli qatarlar vasitəsi ilə Münih şəhəri ilə Milan şəhəri arasındakı məsafəni 2 saat 40 dəqiqəyə getmək mümkün olacaqdır. Tunelin tam şəkildə 2018-ci ildə istifadəyə veriləcəyi güman edilir.

Belçikada Maşın Məzarlığı (16 Şəkil)

Belçikanın cənubunda yerləşən Chatillon şəhərinə yaxın yerdə kiçik bir meşə sahəsi var. Bu meşə sahəsi yüzlərlə köhnə avtomobillər üçün məzarlıq rolunu oynayır. Şəkillərdəki avtomobillər 2-ci Dünya Müharibəsi dövründə burada məskunlaşmış ABŞ zabitlərinə məxsus idi. Hələ də bilinmir ki, zabitlər müharibə dəhşətlərinin ortasında hansı yolla bu klassik bahalı avtomobillərə sahib ola bilmişlər. 2-ci Dünya Müharibəsi başa çatdıqdan sonra, ABŞ Avropadakı qoşunlarının çox hissəsini geri çağırdı. Lakin avtomobillərin daşınma xərci baha başa gələcəyindən ABŞ höküməti bu xərci ödəməkdən imtina edərək, zabitlərə avtomobilləri özləri ilə gətirməyə icazə vermədi.  Bütün rəsmi şəxslər avtomobillərin Belçikada tərk olunması barədə qərar qəbul etdi. Bundan sonra, avtomobillər hər biri tək-tək yuxarıda adı çəkilən meşəlik sahəyə gətirildi və sanki gözdən uzaq bu yerdə dünyadan tamamilə təcrid olundu. ABŞ-a qayıdandan sonra bəzi zabitlər avtomobillərini geri gətirməyə çalışsalar da, yol xərcləri çox baha olduğundan buna nail ola bilmədilər. Hətta heç bir avtomobil bu məzarlıqdan xilas edilə bilmədi. Hazırda Chatillon şəhəri yaxınlığındakı meşəlik ərazidə 4 müxtəlif avtomobil məzarlığı mövcuddur və onların təxmini sayının 500 olduğu güman edilir. Keçən uzun zaman ərzində bu avtomobillərin sadəcə biri istisna olmaqla, qalan hamsı korroziya və təbiətin təsiri ucbatından dəmir yığınından başqa bir şey deyil. Avtomobillərin bir neçəsi isə, yerli klassik avtomobil həvəskarları tərəfindən oradan müxtəlif vaxtlarda götürülmüş, ya da maşınların bəzi ehtiyat hissələri oğurlanmışdır.

Bir Bloqda Bəyənilməyən 10 Şey


Bir bloqda ən çox bəyənilənləri sadalamazdan öncə istərdim ki, hər hansı bloqda ən çox bəyənilməyən şeyləri qeyd eləyim. Misal üçün, bir bloq yaratmısınız, bilmək istəyirsiniz ki, bloqu necə tərtib edəsiniz ki, başqalarının da həm diqqətini çəkə, həm də daha çox ziyarətçi kütləsinin bloqa gəlməsini təmin edə. Hər şeydən əvvəl, bloqun xarici görkəmi çöx önəmlidir. Bloqda səliqə-sahman olduqdan sonra bloqa ən azı bir dəfə girib ona lazım məlumatı tapan internet istifadəçisi, əmin ola bilərsiniz ki, növbəti dəfə də bloqda onun maraqlarına uyğun bir şeylərin olub-olmadığını yoxlamaq məqsədi ilə girəcəkdir. Əksini fərz eləsək, bloqunuz nə qədər gözəl və fərqli məlumatlarla dolub-daşsa belə, əgər onun xarici görkəminə önəm verməmisinizsə, bloqa bir dəfə girən, bir daha girmək istməyəcəkdir. 

Şərhləriniz Niyə Təsdiq Olunmaq Üçün Gözləyir?!


Bloqa hər gün ən azı 5-10 arası şərh yazılır. Buna baxmayaraq, həmin şərhlərdən çox az bir qismi təsdiq olunur. Buna baxmayaraq, qısa bir müddətdən sonra görmək mümkündür ki, həmin şəxs yenidən eyni məzmunlu və eyni formalı şərhi bloqa yenidən göndərir. Elə istifadəçilərə demək istərdim ki, bloqa yazdığınız şərhlərdən hansısa biri və ya bir neçəsi təsdiqlənmirsə, bunun bir sıra ciddi səbəbləri var.

Sudanda Həbsxana Həyatı (30 Şəkil)

Şəkillər Cənubi Sudandakı həbsxanalardan birində çəkilmişdir. Demokratik ölkələrdə qəbul olunmuş "həbsxana həyatı" anlayışı ilə məsələyə baxsaq, bura həbsxana yox, əslində ölüm düşərgəsi də sayıla bilər. Heç bir şəraitin olmadığı, olduqca çirkab və natəmizlik içində cəza çəkən bu insanların çoxu xəstəlikdən və aclıqdan ölürlər. Məhkumların ayaqları gün ərzində zəncirlə bağlanmış vəziyyətdə olur. Çirkab suları həbsxananın tam ortasından keçir. Hücrələrdə isə yataq yoxdur və insanlar soyuq yerdə yatırlar. Məhkumların bədəni yara içindədir. Keyfiyyətsiz və az miqdardakı yemək onları yavaş-yavaş ölümə aparır. Cənubi Sudan yeni müstəqil olmuş bir ölkədir. Başa düşüləndir ki, yeni müstəqillik qazanan dövlətlərin ilk illərində maddi vəsaitlərin azlığı ucbatından bu kimi hallar olur. Ümid edək ki, növbəti illərdə Cənubi Sudan höküməti məhkumların həyat şəraitinin yaxşılaşdırılması və həbsxanaların abadlaşdırılması və normal vəziyyətə gətirilməsi istiqamətində işlər görəcək.

Pələng Bahalı Kameranı Oğurlayarsa (9 Şəkil)

Afrikada Safaridə yaşayan pələnglərin həyatına daha yaxın olmaq məqsədi ilə ölmüş bir maralın yanına "CANON EOS 5D MARK III" markalı, rəsmi saytında qiyməti 3499$ olaraq göstərilən kamera yerləşdirildi. Bir müddət sonra marala görə yaxınlaşan pələngin diqqətini isə, heyvan yox, məhz kamera çəkdi. Baxın o, bu bahalıqda olan kameranın başına nə oyun açdı.

2012/12/21

Odlu Silahların Kütləvi Şəkildə Məhv Edilməsi (7 Şəkil)

Cənubi Amerikada yerləşən ölkələrdən biri olan Venesuelada bir müddət bundan öncə 34509 ədəd müxtəlif illərdə istehsal olunmuş, hazırlanmış fərqli kateqoriyalı odlu silahlar məhv edildi. Silahların kütləvi şəkildə sıradan çıxarılmasının bir neçə səbəbi var idi. Belə ki, silahların çox böyük əksəriyyəti ya qeyri-qanuni yollarla ölkəyə gətirilmiş, ya da  ölkədə kustar üsullarla gizli formada hazırlanıb mafioz qruplaşmalara satılan silahlar idi. Silahların məhv edilməsində başlıca məqsəd isə, ölkədə kriminogen vəziyyətin aşağı salınmasına nail olmaq olmuşdur.

Canavarlarla Birlikdə Yaşayan İnsanlar (18 Şəkil)

ABŞ'ın İdaho ştatında yaşayan Jim və Jamie Dutcher həyatlarının tam 6 ilini sırf canavarların hərəkətlərini və davranışlarını aydınlaşdırmaq və bu vəhşi heyvanlar barəsində sənədli film çəkmək üçün sərf etmişlər.  Onlar həqiqətən də istədiklərinə nail olublar. Belə ki, canavarların çox yaxınına gedib onlarla problemsiz "münasibət qurmağı" öyrənən bu iki şəxs, həm də canavarların həyatı və təbiətdəki günlük həyatları ilə əlaqədar möhtəşəm şəkillər də çəkə biliblər.

Ən Gözəl Ad Günü Tortları (40 Şəkil)

Müxtəlif vaxtlarda ad günləri üçün hazırlanmış bir-birindən gözəl 40 fərqli görünüşdə tort şəkillərini göstərmək istərdim. Tez-tez Bloqun Facebook Səhifəsinə də bununla bağlı xahişlər yerləşdirilirdi. Nəzərə alıb, birazdan baxacağınız şəkilləri topladım. Təəssüf ki, onların hazırlanma yolunu izah edən bir kitab, yaxud məqalə yoxdur əlimdə. Olsaydı, onu da işinizi biraz da olsun asanlaşdırmaq məqsədi ilə paylaşardım. Buna baxmayaraq, ümid edirəm ki, həqiqətən tort hazırlama işlərində bacarıqlı olan və yaradıcılıq qabiliyyətləri normal səviyyədə olan ev xanımları istənilən formada tortun öhdəsindən asanlıqla gələ bilərlər. Yeri gəlmişkən, şəkillərdə hər yaşa uyğun tort forması olduğundan fikrimcə, onlardan hər hansı biri ən gözəl ad günü hədiyyələrindən biri də sayıla bilər... ;)

2012/12/20

2012-ci il Ərzində Lentə Alınmış Videolardan Ən İnanılmaz Görüntülər (1 Video)

2012-ci ildə ən ağılagəlməz yerlərdə çəkilmiş ən maraqlı görüntülər, edilən ən inanılmaz hərəkətlər, bir-birindən fərqli formada həyatı riskə atan ən çılğın göstərişlər... Qısacası, adrenalin adına nə varsa tək bu videoda... =)

2012/12/19

Dünyanın Ən Bahalı Maşınları (12 Şəkil)

2012-2013 sezonunun ən bahalı avtomobilləri ilə şəkillərdən qiymətləri ilə birlikdə tanış ola biləcəksiniz...

Parlamentdə Dava Salan Deputatlar (25 Şəkil)

Şəkillərdə Cənubi Koreya, İndoneziya, Tayvan, Yaponiya, İtaliya, Ukrayna, Türkiyə parlamentlərində yola getməyən, bir-birini başa düşməyən və buna görə də tez-tez münaqişə yaradıb dava edən deputatlarla tanış olacaqsınız. :)

Yeni İl Qabağı Restoranlarda Sərxoş Olanlar (11 Şəkil)

Görəcəyiniz şəkillər keçən həftə sonu İngiltərədə yerləşən Newcastle və Soho şəhərlərində çəkilmişdir. Belə ki, həmin şəhərlərdə yerləşən gecə klublarında və barlarda, habelə restoranlarda Yeni il bayramı qabağı əylənmək üçün bir yerə toplaşan onlarla gecə həyatını sevən insan spirtli içkinin təsirindən xuliqanlıq etməyə və ictimai asayişi pozmağa başlamışlar. Hətta vəziyyət o həddə gəlib çıxıb ki, ətrafda yaşayan insanlar onların səs-küyündən bezib gecə ərzində bunun qarşısının alınması üçün polis idarələrinə 1200-dən çox zəng etmişlər.

2012/12/16

Azxeber.Com Xəbər Portalı Qısa Zamanda Necə Məşhurlaşdı?!

İnternetdə az və ya çox dərəcədə vaxtını keçirməyi xoşlayan hər kəs, gün ərzində ən azı bir dəfə də olsa xəbər saytlarından birinə daxil olaraq gündəmdəki məsələlərdən xəbərdar olmaq istəyir. Misal üçün, mən gün ərzində bir neçə dəfə tanınmış bəzi Azərbaycan xəbər portallarını, o cümlədən bəzi Türkiyə xəbər saytlarını, bəzən də xarici ölkələrin informasiya saytlarını nəzərdən keçirməyi və oradakı məqalələrlə, dünyada və ya ölkəmizdə baş verən ən son hadisələrlə tanış olmağı çox xoşlayıram. Düzdür, xəbər saytlarında yazılanlar onsuz da hər zaman tam reallıqları əks etdirmir, özü də ki, Azərbaycan xəbər saytlarında bu, özünü daha açıq-aydın göstərir. Ancaq pis-yaxşı da olsa, həmin məlumatlar insanın məlumatlanma ehtiyacını azdan-çoxdan ödəyə bilir. Nəysə, bu qədər giriş hissə, zənimcə, kifayətdir.

2012/12/11

Urmiya Gölünün Müasir Vəziyyəti (14 Şəkil)

Urmiya gölü Cәnubi Azərbaycan və İranın ən böyük gölüdür. Onun sahəsi təxminən 6 min kvadrat kilometrdir. Köçəri quşlar bu göldən miqrasiya zamanı fasilə məntəqəsi kimi istifadə edirlər. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, həm də həyatı ora ilə əlaqədar olan quşlara və başqa heyvanlara mәnfi təsir göstərir. Ətraf mühit məsələləri üzrə mütəxəssislər qeyd edirlər ki, gölün xilası üçün İran hökuməti tərəfindən hazırda görülən tədbirlər hələ ki, kifayət deyil. Nə qədər ki, gec deyil, ekoloji fəlakətlər yaşanmayıb, bu gölün quruyub yoxa çıxmasının qarşısı alınmalıdır. Əks təqdirdə ətraf aləm üçün həmin zona yaşamın qeyri-mümkün ola biləcəyi bir səviyyəyə gəlib çıxacaqdır. Gölün qurumaması üçün ildə ən azı 6,000,000,000m3 suya ehtiyacı vardır. Gölün bu suya olan tələbatı isə illərdir ödənilmədiyindən, gölün suyu ötən 10 ildə 6m dərinliyində aşağı düşüb. Gölün həcmi də buna müvafiq təxminən 20% azalıb. Gölün yarandığı zamandan bu yana bu kimi hal baş verməmişdir. Hətta vəziyyət o yerə gəlib çıxıb ki, göldəki 9 adadan beşi artıq suyun çəkilməsi nəticəsində quru səhtlə birləşiblər. Bunun nəticəsində də 120,000 hektar şoran torpaq (duz səhralığı) yaranıb. 

2012/12/04

iPhone Oğurlayan Tülkü (Video + Şəkil)

Bu yaxınlarda Norveçdə çox qəribə və bir o qədər də maraqlı bir hadisə baş verib. Belə ki, 2 norveçli dost bir tülkünün yaxından şəklini çəkmək üçün yola iPhone qoyaraq və digər bir telefona da dovşan səsini yükləyib ucadan oxutdurmağa və bu yolla tülkünün diqqətini çəkərək onun daha yaxına gəlməsinə çalışmışlar. Onlar istədiklərinə nail oldular, yəni tülkü həqiqətən də yaxına gəldi və onun şəklini çəkdilər, ancaq baxın o anda nə baş verdi. Bu hadisənin üstündən bir gün keçməmiş simvollardan, hərflərdən və rəqəmlərdən ibarət mesaj gəldi. 

ShareThis