2016/04/16

Pakistanda Sıradan Bir Gün (13 Şəkil)


     Pakistanda günlər belə keçir. Hələ də insan əməyi əsas güc mənbəyi hesab olunur. Şagirdlərin təhsil ala biləcəyi normal məktəb yoxdur. İnsanlar ən ibtidai formada öz əyləncələrini təşkil edirlər. Yeri gəlmişkən, pakistanlılarla bağlı bir xatirəm də var. 2010-cu ildə xarici ölkələrdən birində olanda, orda yaş həddinə görə mənə spirtli içki satmadılar. Xeyli mağaza-mağaza gəzəndən sonra axırda bir pakistanlı satmağa razılıq verdi. Mən ondan sonra başa düşdüm ki, pakistanlılar həqiqətən qardaşdırlar.

2015/01/11

Sarsıdıcı Mənzərələr (29 Şəkil)

Tarix boyu çəkilmiş ən sarsıdıcı şəkillər silsiləsindən mənzərələr...

Tənbəlliyə Bir Son!


     Hörmətli oxucu, əgər bu bloqa bundan əvvəl ən azı bir dəfə girmisənsə, belə maraqlı bloqun nə üçün yenilənmədiyi səni narahat etməmiş olmaz. Bəlkə də, etməyib. Lakin, mən elə ümid edirəm. Yoxsa ruhdan yenə düşsəm, bu bloqun varlığı növbəti dəfə heç özümün də yadıma düşməyəcək...

2014/10/07

Polislərdən Xeyirxah Əməllər (10 Şəkil)

     Dünyanın demək olar ki, əksər dövlətlərində ictimai təhlükəsizliyi təmin etmək əsas vəzifəsi olan polislər xalq arasında pis reputasiyaya malikdir. Bu da onların ictimai qaydanı pozan şəxsləri kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb etmələri ilə əlaqədardır. Şəkillərdə isə polislərin heç də hər zaman "pis adamlarla" mübarizə aparmadığını, yeri gələndə, xeyirxah əməllər etməkdən də çəkinmədiyini görəcəksiniz.

2014/02/23

Əl İşlərinin Satışı - www.handstore.az

Azərbaycanda internet üzərindən əl işlərinin satışını təşkil edən bir sayt yaradılıb. Yeni yaradılan bu saytın alternativlərindən bir çox üstün cəhətləri var. Belə ki, əl işi bacarığı olanlar öz əl işlərini özləri sayta daxil edə bilirlər.

ShareThis