2012/07/09

Dəri İlə Örtülmüş Ferrari F430 (7 Şəkil)

Hər zaman hər kəsin xəyallarında olan avtomobil Ferrari bu dəfə dəri materialı ilə örtülmüş özəl sifarişlə hazırlanmış xüsusi buraxılış alıcısı tərəfindən fərxlə təqdim olunur...

Dünyanın Ən Gözəl Ölkələrindən Biri - Norveç (19 Şəkil)

Avropanın ən varlı və ən yüksək inkişafa malik dövlətlərindən biri olan Norveçdən gözəl görüntülər...

Pişik Kəpənəklərlə Oynayarkən (5 Şəkil)

Çox zaman özündən kiçiklərə qarşı aqressiv bir münasibət bəsləyən pişik bu dəfə, baxın, özündən dəfələrlə kiçik kəpənəklərlə necə mehriban oynayır. :)

2012/07/04

Bədənlərini Qız Kimi Satan "Kişilərimiz" (8 Şəkil)

Kiçik yaşlarımdan tanışlıq saytlarına və proqramlarına böyük marağım var idi. Daha dəqiq desəm, kompüterlə ilk tanışlığım 11 yaşımda (2001-ci il) bir kompüter kursuna gedib-gələrək yaranıb. 12 yaşımda olarkən artıq kursu bitirdim və yalan-gerçək uğurla bitirdiyimi təsdiqləyən bir diplom verildi. Kursu bitirdikdən 1-2 ay sonra atam mənə stolüstü kompüter aldı. Kompüterlə ilk tanış olduğum andan ona qarşı böyük marağım yaranmışdı və bu maraq internetlə də tanış olduqdan sonra daha da artdı. İngilis dilində yaxşı bildiyimdən qısa zamanda istədiyimi internetdə tapa bilirdim. Nədənsə, ilk vaxtlar marağım xaricilərlə söhbət etməyə idi. mİRC proqramını tapdım. Bu proqram tam istədiyim tipdə idi. O dövrdə ünsiyyət qurmaq üçün əvəzedilməz oldu mənim üçün. İnternetdə hər cür insanın olduğunu ilk dəfə bu proqramın vasitəsi ilə gördüm...
P.S. Bu yazı 16+ xarakterlidir. Oxumamışdan öncə bunu nəzərə alın!

2012/07/02

Timsah Balaları Yumurtadan Çıxıb Həyata Göz Açarkən (5 Şəkil)

Timsahlar yumurta ilə çoxalan heyvanlardır. Dişi timsah erkəyi ilə əlaqəyə girdikdən sonra sahilə çıxır və qumluqda bir çuxur qazaraq ora təxminən 50-yə yaxın qaz yumurtası boyda yumurta qoyur. Yumurtaların üstünü qumla örtükdən sonra orada bəzən 3 aya qədər növbə çəkməyə başlayır. Ana timsah bu müddət ərzində ac qaldığı üçün xeyli arıqlayır. Bəzən ata timsah da yumurtaların başına gəlsə də, dişi timsaha yeməyə nəsə gətirmək yadına düşmür. Balalar yumurtadan çıxmağa az qalmış 20 metr uzaqdan eşidilə bilən səslər çıxarmağa başlayırlar və anaları onların səsinə gələrək çuxurun üzərindəki qumları kənara səpələyərək balalar üçün yumurtalardan çıxmağa şərait yaradır. Təxminən 6-8 həftə arası ata-ana timsahlar tərəfindən bəslənilirlər və sonra müstəqil həyata atılırlar, ancaq böyük timsahlardan uzaq olmalıdılar, hətta bəzən öz ata-anası belə balasını bir müddət görmədikdə sonra qaşılaşdıqları halda ona yem kimi baxırlar. Bala timsahlar kiçik su canlıları ilə bəslənirlər.

ShareThis