2012/12/26

Dünyanın Sosial Şəbəkə İnhisarçısı - Facebook

Şübhəsiz bu gün sosial şəbəkə dedikdə istər funksiyalarının çoxluğu, istər istifadə rahatlığı, istərsə də istifadəçi sayının çoxluğuna görə, ağla gələn ilk Facebook'dur. Bu qədər sürətlə inkişaf edib böyük istifadəçi ordusuna çatmaq üçün, nə qədər başqa sosial şəbəkələri sıradan çıxardığını, ya da həmin sosial şəbəkələrin rəqabətə dözməyib sosial şəbəkə aləmindən könüllü formada çəkildiyini bilirdinizmi? Birazdan görəcəyiniz şəkildə 2009-cu ilin iyun ayından 2012-ci ilin iyun ayına kimi olan müddətdə bütün dünya ölkələri üzrə internet istifadəçilərinin ən çox istifadə etdikləri sosial şəbəkələr xəritələrlə aydın şəkildə göstərilmişdir. Baxın, Facebook 3 il kimi qısa bir zamanda Dünyada necə lider sosial şəbəkə olmağı bacardı. Düzdür, bəzi ölkələr ona alternativ sosial şəbəkələr yaratmağa və Facebook'un onların ərazisində istifadəsinin məhdudlaşdırılmasına çalışdılar və buna qismən də olsa nail oldular. Bu siyahıya da ilk növbədə İrandakı "Cloob" sosial şəbəkəsini, Rusiyadakı "В Контакте" sosial şəbəkəsini, Çindəki "QQ Zone" sosial şəbəkəsini daxil etmək olar. Hazırda Facebook'un əhatə dairəsinin o qədər də təsir edə bilmədiyi əsas ölkələr yuxarıda sadaladıqlarımdır. Onu da qeyd edim ki, fikrimcə, yaxın illərdə Facebook rəhbərliyinin sayt üzərində aparacağı daha bir neçə ciddi təkmilləşdirmələr və həyata keçirəcəyi yeniliklər nəticəsində bütün Dünya ölkələrinin internet istifadəçiləri üzərində öz göy bayrağını "dalğalandıra" biləcək.


ShareThis