2012/07/02

Timsah Balaları Yumurtadan Çıxıb Həyata Göz Açarkən (5 Şəkil)

Timsahlar yumurta ilə çoxalan heyvanlardır. Dişi timsah erkəyi ilə əlaqəyə girdikdən sonra sahilə çıxır və qumluqda bir çuxur qazaraq ora təxminən 50-yə yaxın qaz yumurtası boyda yumurta qoyur. Yumurtaların üstünü qumla örtükdən sonra orada bəzən 3 aya qədər növbə çəkməyə başlayır. Ana timsah bu müddət ərzində ac qaldığı üçün xeyli arıqlayır. Bəzən ata timsah da yumurtaların başına gəlsə də, dişi timsaha yeməyə nəsə gətirmək yadına düşmür. Balalar yumurtadan çıxmağa az qalmış 20 metr uzaqdan eşidilə bilən səslər çıxarmağa başlayırlar və anaları onların səsinə gələrək çuxurun üzərindəki qumları kənara səpələyərək balalar üçün yumurtalardan çıxmağa şərait yaradır. Təxminən 6-8 həftə arası ata-ana timsahlar tərəfindən bəslənilirlər və sonra müstəqil həyata atılırlar, ancaq böyük timsahlardan uzaq olmalıdılar, hətta bəzən öz ata-anası belə balasını bir müddət görmədikdə sonra qaşılaşdıqları halda ona yem kimi baxırlar. Bala timsahlar kiçik su canlıları ilə bəslənirlər.







ShareThis