2012/07/04

Bədənlərini Qız Kimi Satan "Kişilərimiz" (8 Şəkil)

Kiçik yaşlarımdan tanışlıq saytlarına və proqramlarına böyük marağım var idi. Daha dəqiq desəm, kompüterlə ilk tanışlığım 11 yaşımda (2001-ci il) bir kompüter kursuna gedib-gələrək yaranıb. 12 yaşımda olarkən artıq kursu bitirdim və yalan-gerçək uğurla bitirdiyimi təsdiqləyən bir diplom verildi. Kursu bitirdikdən 1-2 ay sonra atam mənə stolüstü kompüter aldı. Kompüterlə ilk tanış olduğum andan ona qarşı böyük marağım yaranmışdı və bu maraq internetlə də tanış olduqdan sonra daha da artdı. İngilis dilində yaxşı bildiyimdən qısa zamanda istədiyimi internetdə tapa bilirdim. Nədənsə, ilk vaxtlar marağım xaricilərlə söhbət etməyə idi. mİRC proqramını tapdım. Bu proqram tam istədiyim tipdə idi. O dövrdə ünsiyyət qurmaq üçün əvəzedilməz oldu mənim üçün. İnternetdə hər cür insanın olduğunu ilk dəfə bu proqramın vasitəsi ilə gördüm...
P.S. Bu yazı 16+ xarakterlidir. Oxumamışdan öncə bunu nəzərə alın!
İndi isə 2012-ci ildir. Keçən zaman ərzində xeyli tanışlıq və ünsiyyət qurmaq məqsədi ilə yaradılmış proqramlar, saytlar meydana çıxıb və hər keçən gün daha da çoxalır. Onların sayı artdıqca özlərinə yeni "biznes" tapanlar da çoxalır. Yəni ki, texnikadan istifadə edərək "daha yüksək səviyyəyə" inteqrasiya edirlər...
Keçən ilin sonlarında bir tanışlıq saytına rast gəldim. Azərbaycan tanışlıq satyı olmadığına görə dərhal diqqətimi çəkdi və orada qeydiyyatdan keçdim. Saytın adı www.badoo.com idi. Saytda qeydiyyatdan keçdikdən və özüm haqqında lazımı informasiyaları daxil etdikdən sonra 18-25 arası xanımlarla tanış olmaq üçün axtarış etdim. 
Baxın qarşıma sayt "xanım" adı altında kimləri çıxardı:










Bu siyahını artırmaq da olar, ancaq məncə bu qədər kifayətdir yazdıqlarımın həqiqət olduğunu təsdiqləməsindən ötrü. Özüm nömrələrinin bir hissəsini gizlətdim ki, onların müştərilərinin müəyyən səviyyədə artmasına da istəməyərək şərait yaratmayım. www.badoo.com saytı dünyanın ən məhşur tanışlıq saytlarından biridir. Belə bir saytda axtarış edərkən qarşıya çıxanların çoxunun fahişə olması Azərbaycan adına nə qədər xəlil gətitir heç düşündünüzmü? Çox sadə bir misal: Azərbaycana yaxında səfər edəcək bir ABŞ vətəndaşı bir azərbaycanlı xanımla tanış olmaq, onunla ünsiyyət qurmaq ən azından onun vasitəsi ilə Azərbaycandakı xanımlar haqqında özündə müəyyən təsəvvür yaratmaq istəyir. Lakin axtarış nəticəsində onun qarşısına fahişə və translar çıxır. İndi bu adamda Azərbaycan haqqında hansı fikirlər formalaşar?!
Özü də tək bu saytda yox, başqa tanışlıq saytları da var ki, maraq üçün onları da araşdırmışam və axtarışın nəticəsi heç də fərqli deyil. Yenə də bədənini satanlar, yenə də bədənini satanlar... İnsan bilmir axtarış nəticəsində qarşısına çıxan qadın fahişələrə görə üzülsün, yoxsa translara görə! Artıq nifrət edirəm tanışlıq saytlarında axtarış edərkən ölkə yerində Azərbaycanı seçməkdən...


Azərbaycan Hüquq Mühafizə Orqanları bu sahədə ciddi tədbir görməlidirlər!!!


ShareThis