2012/01/26

Mobil Telefonlarla Full İnternet Dövrünə Xoş Gəldiniz!

Azərbaycanda, eləcə də Dünyada çox az araşdırılmış, ancaq böyük tələbat olan bir mövzu haqqında - mobil saytlar haqqında məlumat vermək istərdim. Hər şeydən öncə onu qeyd edim ki, mobil telefonlar hazırda həyatımızın ayrılmaz bir parçasına çevrilmiş və bizi özünə o qədər bağlamışdır ki, hətta qısa məsafəli bir yerə getsək belə, mobil telefonumuzu üstümüzdə aparmağı sanki özümüzə borc bilirik. Mobil telefonlar günü-gündən daha da təkmilləşdirilərək istər xarici görkəmində, istərsə də əlavə funksiyalarının artımında öz sözünü deyir. Azərbaycanda o qədər geniş yayılmasa da, qeyd etməliyəm ki, xaricdə artıq noutbuklar və masaüstü komputerlərdən istifadə edən istifadəçilərin sayı sürətli şəkildə azalır. Bunun ən əsas səbəbi isə, yuxarıda qeyd etdiyim kimi, sürətli şəkildə yenilənən və ən son texnoloji yeniliklərlə təchiz olunan mobil telefonlar, planşetlərdir. İnsanlar artıq masaüstü komputerlərin qarşısında əyləşərək internetə girməkdənsə, rahat uzanaraq, əyləncəli şəkildə internetə girməyi daha üstün tuturlar. Məntiqlə fikirləşdikdə də, qarşıdakı illərdə sürətli şəkildə masaüstü komputerlərin və noutbukların satışında ciddi azalmanın hiss olunması qaçılmaz olacaq. Son model bir mobil telefonu və bir noutbuku müqayisə etsək, mobil telefonun üstünlükləri: hər zaman rahat daşınması mümkündür, istənilən vaxt istənilən şəxsə zəng vuraraq əlaqə saxlamaq olur, "qwerty" klavyaturaya malikdir, batareyası daha dözümlüdür, internetə sürətli şəkildə daxil olmaq olur, oyunlar oynamaq mümkündür, fayl göndərmək, yaxud qəbul etmək imkanı vardır və s. Günü-gündən tənbəlləşən insan kütlələri üçün son model bir telefon hətta bir noutbuklarda olmayan bəzi üstünlüklərlə bütün rahatlıqları bir arada təklif edir.



İndi isə, masaüstü kompüterlərdən və noutbukardan istifadə edərək internetə girmək əvəzinə, mobil telefonlardan hansı saytlara rahat şəkildə girə bilərik, onlarla tanış olaq. Rahat şəkildə deyərkən, yəni telefonun ekranında eybəcər formada görünməyən, normal ölçülərdə açılan və informasiya ilə tanış olmaq üçün lazımı imkanı təqdim edən saytların mobil versiyalarını nəzərdə tuturam.



Xəbərlərlə tanış olmaq istəyirsinizsə, onda aşağıdakı saytların mobil versiyaları məsləhətlidir:

m.apa.az
m.lent.az
anspress.az
azadliq.mobi
m.haberler.com
bbc.co.uk/mobile




Kino sənayesi ilə yaxından maraqlanmaq istəyirsinizsə, ən son filmlərdən, habelə köhnə filmlərdən xəbardar olmaq isyərsinizsə, onda aşağıdakı saytların mobil versiyaları məsləhətlidir:

m.cinema.az
m.sinemalar.com




Onlayn alış-veriş saytları ilə maraqlanırsınızsa, onda aşağıdakı saytların mobil versiyaları məsləhətlidir:

m.ebay.com
m.amazon.com




E-mail xidməti göstərən saytlardan yararlanmaq istəyirsinizsə, onda aşağıdakı saytların mobil versiyaları məsləhətlidir:

box.az/wapmail/login
m.yahoo.com
m.gmail.com
m.mail.ru




Mobil proqramlar, mahnılar, temalar, şəkillər, oyunlar yükləmək istəyirsinizsə, onda aşağıdakı saytların mobil versiyaları məsləhətlidir:

m.getjar.com
m.mobile9.com
m.mobilim.az




Xarici mahnıların sözləri ilə tanış olmaq istəyirsinizsə, onda aşağıdakı saytın mobil versiyası məsləhətlidir:

m.lyrics.com




Maraqlı tarixi və coğrafi mövzularda məlumatlarla tanış olub dünyagörüşünüzü artırmaq istəyirsinizsə, onda aşağıdakı saytın mobil versiyası məsləhətlidir:

m.nationalgeographic.com




Azərbaycan şəhərləri, habelə Dünya ölkələrinin bir çox şəhərləri haqqında gündəlik və ya həftəlik hava proqnozlarını öyrənmək istəyirsinizsə, onda aşağıdakı saytın mobil versiyası məsləhətlidir:

m.foreca.com




Ağlınıza gələn istənilən pulsuz yükləmələri etmək istəyirsinizsə, onda aşağıdakı saytın mobil versiyası məsləhətlidir:

wap.sasisa.ru




Yaşadığımız Dünya haqqında sizi maraqlandıran istənilən mövzu ilə tanış olmaq istəyirsinizsə, onda aşağıdakı saytın mobil versiyası məsləhətlidir:

worldometers.com




Telefonunuzda olan şəkilləri, mahnıları, videoları, filmləri, bir sözlə, hər nə varsa internetdə olan anbarınızda yerləşdirmək istəyirsinizsə, onda aşağıdakı saytın mobil versiyası məsləhətlidir:

m.box.com




İnternet və kompüter texnologiyası haqqında, onlayn alış-veriş haqqında sizi maraqlandıran istənilən məsələni öyrənəcəyiniz və bu barədə sual verə biləcəyiniz bir sayt istəyirsinizsə, onda aşağıdakı saytın mobil versiyası məsləhətlidir:

cavablar.net




İnternetdə sosial paylaşım saytlarından ikisi var ki, onları hər kəs tanıyır, ancaq mən yenə də bilməyənlərin ola biləcəyini nəzərə alıb, onların da adını yazmaq istəyirəm:

m.facebook.com
m.twitter.com




"Google" saytının təqdim etdiyi bütün funksiyalarla da (youtube, şəkillər, videolar və s.) tanış ola bilərsiniz:

m.google.com


Son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...

ShareThis