2012/08/17

Azərbaycan Respublikasının Siyasi-İnzibati Xəritəsi (1 Şəkil)

Bir neçə gün bundan öncə İranda, daha dəqiqi Cənubi Azərbaycan ərazisində müxtəlif güclərdə baş vermiş zəlzələlər oradakı bəzi şəhərlərdə ciddi fəsadlar törədərək insan tələfatına, uçqunlara səbəb oldu. Zəlzələlər Şimali Azərbaycanla sərhəd rayonlarda açıq şəkildə hiss edildi. Yaşadığım Şirvan şəhərində belə zəlzələ olmuşdu, baxmayaraq ki, Şirvan İranla sərhəddən xeyli uzaqdadır. Nəysə, mənim yüksək ölçüdə Azərbaycan Respublikasının inzibati-siyasi xəritəsini paylaşmaqda xüsusi məqsədim var. Zəlzələdən dərhal sonra bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşıldıqca Azərbaycanda nə qədər rüşvət və tapşırıq gücünə "oxuyub" özünü ağıllı göstərmək istəyən, ancaq savadı bir qəpiyə dəyməyən insanlar olduğunun bir daha şahidi oldum. İranla sərhəd rayonlardan olan sosial şəbəkə istifadəçiləri zəlzələni açıq şəkildə hiss etdiklərini yazsalar da, bəziləri onlara inanmır, narahatlıqlarına şərik olmaq əvəzinə, yazdıqlarına şübhə ilə yanaşırdılar. Verdikləri cavab isə çox gülməli idi: "Necə ola bilər ki, İranda baş verən zəlzələ Azərbaycanda hiss oluna bilər?" Bu cavabları nə qədər acınacaqlı olsa da, özlərini nə qədər pis vəziyyətə saldıqlarının fərqində belə deyildilər. Elələri üçün sərhəd ölkələri demirəm, heç olmasa Azərbaycanın rayonlarını tanıya bilmələri üçün internetdə bir az axtarışdan sonra siyasi-inzibati xəritə tapdım. Qoy baxsınlar xəritəyə, bu ölkədə yaşayırlarsa, yaşadıqları ölkənin inzibati rayonlarını da ya tanıyacaqlar, ya da tanıyacaqlar!

*Qeyd*

Xəritənin üzərinə siçanın sol düyməsini vurmaqla geniş ölçüdə baxa bilərsiniz.

ShareThis