Əlavə Məlumatlar


21.09.2012-ci il tarixindən etibarən, bloqdakı materialların sayını və çeşidini daha sürətli şəkildə artırmaq üçün bloqa yeni admin və ya redaktor qəbul etmək qərarına gəldim. Bloqda admin və ya redaktor kimi fəaliyyət göstərmək istəyənlər aşağıdakı şərtlərə cavab verməlidirlər:

1) Bloqa yerləşdiriləcək materiallar AZNET'də başqa ünvanda yayımlanmış olmamalı;
2) Bloqa yerləşdiriləcək materiallar yeni və oxucuların diqqətini çəkəcək maraqlı məzmuna malik olmalı;
3) Bloqa yerləşdiriləcək materiallar şəkillərdən, videolardan və maraqlı yazılardan (şəxsi fikirlərdən, tərcümələrdən və s.) ibarət olmalı;
4) Bloqa yerləşdiriləcək materiallar milli, dini, etnik, irqi ayrıseçkilik yaradacaq formada, habelə 18+ məzmunlu olmamalı;
5) Bloqa yerləşdiriləcək materiallara daim nəzarət olunmalı, onlarla bağlı lazımı yenilənmələrin edilməsi zərurəti yarandıqda, bu, həyata keçirilməlidir.

Əlaqə saxlamaq istəyənlər, Bloqun Facebook Səhifəsinə daxil olub buradan mənə məktub yaza bilərlər.

ShareThis