2012/12/27

Yeni Nəsil Kamera - Samsung Galaxy Camera (28 Şəkil)


Samsung foto kamera "dünyasında" yeni olan Samsung Galaxy Camera'nı bazara çıxarmaqla böyük yeniliyə imza atdı. Kameranın sürətli reklamı da hazırda həyata keçirilir və Avropada xüsusi bəyənilməsi nəzərdə tutulmuşdur. Bu fotokameranı köhnə nəsil kameralardan fərqləndirən ən birinci xüsusiyyət əməliyyat sisteminin Android olmasıdır. Yaxşı, bəs Android əməliyyat sisteminə malik bir fotokamera ilə nələr etmək olar?

Android əməliyyat sisteminə malik olan telefonları xatırlayın, onlarda olan zəng etmək və ya qəbul etmək, habelə mesaj göndərmək və ya qəbul etmək xüsusiyyətindən başqa bu kamerada nə axtarsanız var. Qısaca sadalamış olsam;
  1. WiFi və ya 3G ilə mükəmməl şəkildə internetə çıxış əldə bilərsiniz;
  2. Çəktiyiniz şəkilləri vaxt itirmədən, elə oradaca WiFi bağlantısı sayəsində internetə yükləyib sosial şəbəkələrdə paylaşa bilərsiniz;
  3. 21x Zoom (yaxınlaşdırma) özəlliyi sayəsində uzaqlarda olan obyekti belə yaxınlaşdırıb onu qüsursuz şəkildə çəkə bilərsiniz;
  4. İstəsəniz, çəkmiş olduğunuz şəkilləri Google'ın Cloud xidmətindən istifadə edərək oraya yükləyib ehtiyatda saxlaya bilərsiniz;
  5. 4,8'' ekrana malik bu fotokamera ilə kameranın imkanlarından daha rahat faydalana bilərsiniz;
  6. Ağıllı Pro Mod özəlliyi sayəsində daha keyfiyyətli şəkillər çəkməyiniz mümkündür;
  7. Yavaş video / şəkil çəkmə xüsusiyyəti sayəsində isə, sizin üçün özəl olan anları yavaş-yavaş kameranın yaddaşına köçürə bilərsiniz;
  8. Fotokamera sehirbazı xüsusiyyəti sayəsində çəkmiş olduğunuz şəkilər üzərində dəyişikliklər edə bilərsiniz;
  9. Daha bir çox başqa xüsusiyyətlər.

Sözün düzü, mən bu kameranı gördükdən sonra, özümdə olan, 2010-cu ildə ABŞ-dan alığım Sony DSC-W310 model fotokameramdan soyudum. :))
Samsung Galaxy Camera və onun xüsusiyyətləri haqqında daha ətraflı, tam məlumatı türk dilində buradan öyrənə bilərsiniz.

Samsung Galaxy Camera'nın qiymətinə gəldikdə isə, ABŞ bazarında bu günkü gündə www.amazon.com online alış-veriş saytında göstərildiyi kimi 603 dollara satışdadır.

Kameranın Azərbaycanda hazırda satışda olub-olmadığı haqqında məlumatım yoxdur. Lakin bu yaxınlarda ölkənin tanınmış foto-bloggeri Mehman Hüseynov profilində kamera ilə yeni bir şəkil çəkdirmişdi. Bəlkə də sifarişlə gətirilib, bəlkə də bizdə də satışdadır. Maraqlanmaq lazımdır. :)

Qeyd: Yazını hazırlamaq üçün buradan ilham aldım. :))




























ShareThis