2012/12/27

Azərbaycan Respublikasının Xəritələri

Əvvəlcə deməliyəm ki, bu xəritələri "azefan.blogspot.com" ünvanında bir neçə il bundan qabaq yerləşdirmişdim. Lakin indi həmin bloq fəaliyyətini dayandırdığından, bir neçə əhəmiyyətli saydığım məlumatları oradan götürüb burada yenidən paylaşmaq qərarına gəldim. Beləliklə, Azərbaycan Respublikasının bütün növ xəritələri ilə tanış olmağa hazır olun. :) 
Siyahıya daxildir:
- Azərbaycan Respublikasına səfər edən turistlər üçün bələdçilik xəritəsi
- Azərbaycan Respublikasının bitki örtüyü xəritəsi
- Azərbaycan Respublikasının əhalisinin şəhər / kənd üzrə yerləşməsi xəritəsi
- Azərbaycan Respublikasının fiziki xəritəsi (1)
- Azərbaycan Respublikasının fiziki xəritəsi (2)
- Azərbaycan Respublikasının geoloji xəritəsi
- Azərbaycan Respublikasının geomorfoloji xəritəsi
- Azərbaycan Respublikasının heyvanlar aləmi haqqında xəritə
- Azərbaycan Respublikasının iqlim xəritəsi
- Azərbaycan Respublikasının landşaft xəritəsi
- Azərbaycan Respublikasının sənaye müəssisələrinin ölkə üzrə yerləşməsi xəritəsi
- Azərbaycan Respublikasının siyasi-inzibati xəritəsi (1)
- Azərbaycan Respublikasının siyasi-inzibati xəritəsi (2)
- Azərbaycan Respublikasının torpaq örtüyü xəritəsi

Xəritələri www.share.az saytına yerləşdirmişəm... 
Buradan xəritələri yükləyə bilərsiniz...

Qeyd: Ola bilsin ki, bəzi xəritələri 100% dəqiq adlandırmamışam, yəqin nəzərə alarsınız ki, ixtisasım coğrafiyaşünas deyil. :)
Qeyd: Azərbaycan Respublikasının çox böyük ölçüdə olan (1600x1294) siyasi-inzibati xəritəsini daha öncə bloqda yerləşdirmişəm. Əgər istəsəniz, ona buradan daxil olub baxa, yaxud kompyuterə yükləyib istifadə edə bilərsiniz.

ShareThis