2012/12/22

Şərhləriniz Niyə Təsdiq Olunmaq Üçün Gözləyir?!


Bloqa hər gün ən azı 5-10 arası şərh yazılır. Buna baxmayaraq, həmin şərhlərdən çox az bir qismi təsdiq olunur. Buna baxmayaraq, qısa bir müddətdən sonra görmək mümkündür ki, həmin şəxs yenidən eyni məzmunlu və eyni formalı şərhi bloqa yenidən göndərir. Elə istifadəçilərə demək istərdim ki, bloqa yazdığınız şərhlərdən hansısa biri və ya bir neçəsi təsdiqlənmirsə, bunun bir sıra ciddi səbəbləri var.

Belə ki;
- Şərhinizdə reklama yol verirsinizsə;
- Şərhinizdə əxlaqa zidd sözlərdən istifadə edirsinizsə;
- Mövzu ilə heç bir əlaqəsi olmayan mənasız fikirlər bildirirsinizsə;
- Ayrı-ayrı şəxlər barəsində təhqiramiz sözlər və ifadələr işlədirsinizsə, şərhiniz heç bir halda təsdiqlənməyəcək!

Məlum olduğu kimi, bloqa gündəlik xeyli sayda internet istifadəçisi daxil olur və onlar hansısa şəkildə bloq vasitəsi ilə öz saytlarına yaxud bloqlarına "backlink" adı verilən girişlər qazanmaq istəyirlər. Bundan ötrü reklam xarakterli şərh yazmağa ehtiyac yoxdur. Mənimlə əlaqə saxlasanız, mən saytınızın və ya bloqunuzun linkini "Link Mübadiləsi" başlığının altından qeyd edə bilərəm. Bundan əlavə, bloqdakı hər hansı məqaləyə öz müstəqil fikirlərini bildirmək əvəzinə, əxlaqsız ifadələr, ya da standart sözlərdən istifadə edənlər də az deyil. Elə bu səbəblərdən də bloqa hər hansı şərh yazıldıqdan sonra, təsdiq olunması üçün "gözləməsi" mütləqdir. Sonda bir daha qeyd etmək istəyirəm ki, yuxarıda göstərilən kateqoriyalara daxil edilmiş formada şərh yazan istifadəçilərin fikirləri heç bir halda təsdiq olunmur, olunmayacaq da...

ShareThis