2012/08/02

2012 - London Olimpiya Oyunlarında Çinin Qalibiyyət Sirri Nədir? (25 Şəkil)

İngiltərənin paytaxtı Londonda keçirilən 2012-ci il Olimpiya oyunlarında, heç şübhəsiz, ən çox alqışa layiq olan Çin Xalq Respublikasıdır. Belə ki, bu dövlətin adından çıxış edən idmançıların olduqca iradəli çıxış nümayiş etdirməsi həqiqətən də Çində idmana böyük önəmin verildiyini açıq-aşkar beynəlxalq ictimaiyyətə də sübut etməkdədir. 02.08.2012-ci il tarixinə əsasən, Çin idmançıları artıq 30 medal qazanmışdırlar ki, bunun da 17 ədədi qızıl, 9 ədədi gümüş, 4 ədədi isə bürüncdür. Çin eyni zamanda ən çox medal sahibi olan dövlət kimi də siyahı üzrə liderlik edir. Onu izləyən Amerika Birləşmiş Ştatları olsa da, qızıl medal sayında əhəmiyyətli dərəcədə məğlub olur. Bütün bunlar ortaya məsələ ilə əlaqədar müzakirə etmək üçün maraqlı bir sual çıxarır. Çində idmana ya hədsiz böyük qayğı var, ya da burada insana əzabı əziyyət çəkməklə unutduran elə təlim metodları var ki, hansı ki Çin idmançıları professional hazırlıqları ilə bunu istənilən növ oyunlarda yüksək şəkildə və layiqli formada nümayiş etdirirlər. 
Bir məsələ də bundan ibarətdir ki, şəkillərdə uşaqlarla davranış, daha doğrusu onlardan tələb olunan göstəricilər həddindən artıq çətin və eyni zamanda yaşlarına uyğun şeylər deyil. Budur ki, uşaqlar şəkillərdə ağlayır, sızlayırlar. Bu şəkillər çoxlarının qəzəbinə səbəb olmuş, hətta Olimpiya oyunlarına bu qaydada hazırlıq aparılaraq idmançılar cəlb etdiyinə görə Çinin növbəti Olimpiya oyunlarından kənarlaşdırılmasını məqsədəuyğun hesab edənlər də mövcuddur. Gələcəkdə müxtəlif məqsədlərlə idman sahəsində yetişdirilən bu azyaşlıların şəkillərinə baxın, idman hazırlıqları barədə qərarı siz verin...



























ShareThis