2012/01/23

Ata, Bax, Budur Siyasət!

Bir gün uşaq atasından soruşur: Ata, nədir siyasət?
Ata belə cavab verir: Bax oğlum, mən evə pul gətirirəm, demək ki, mən kapitalistəm. Anan isə pulu idarə edir, demək ki, o, hökümətdir. Baban isə pulun düzgün idarə edilib-edilmədiyinə nəzarət edir, demək ki, o parlamentdir. Qulluqçu qız isə, işçi sinifidir. Bizim hamımızın isə bir hədəfi vardır, sənin həyatının daha rahat olması. Başqa sözlə, sən də xalqsan və ananın indicə pampers taxdığı balaca körpə isə xalqın gələcəyi...
İndi de görüm başa düşdün?

Uşaq düşünür biraz atası danışandan sonra və qərara gəlir ki, gecə yatmamışdan qabaq atasının dedikləri barədə ətraflı fikirləşsin. Gecə yarsı balaca qardaşının səsinə oyanır. Baxır ki, balaca qardaşı altını isladıb və ona görə narahat olub ağlamağa başlayıb. Nəsə eləmək istəsə də, əlindən bir şey gəlmir və gedir ki, atasını ya da anasını oyatsın uşağın altını dəyişmək üçün. Ancaq baxır ki, anası kravatda tək yatıb və dərin yuxudadır, ona görə də onu oyandırmır. Xidmətçi qızın otağına gedəndə isə, atasının xidmətçi qızla yataqda bir yerdə olduğunu görür və başına bir qədər sola çevirəndə isə gözü atası və xidmətçi qızın yataqdakı macəralarını maraqla izləyən babasına sataşır. Həm atanın, həm xidmətçi qızın, həm də babanın başları elə qarışıq olur ki, uşağın orda olduğuna heç biri fikir belə vermir. Uşaq isə bu mənzərəyə biraz tamaşa etdikdən sonra otağına geri qayıdıb, yatır. Səhəri gün atası səhər yeməyində uşağa kapitalizm barəsində nə düşündüyünü soruşur.
Uşaq: Həə, “kapitalizm” “işçi” sinfini pis məqsədləri üçün istifadə edir. “Parlament” bunu heç bir tədbir görmədən seyr edir. Elə “hökümət” də dərin yuxudadır, gedən proseslərdən xəbəri yoxdur. “Xalqı” isə heç kim yadına salıb, fikir vermir, “gələcək” isə poxun içinə batıb qalıb! Ata, bax, budur siyasət! ;)

Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...  


ShareThis