2011/05/11

Usama Bin Ladinin Yaşadığı Ev (14 Şəkil)

Usama Bin Ladinin Yaşadığı Ev
ABŞ Prezidenti Obama bildirib ki, onlar avqust ayında Bin Ladenin yeri haqda məlumatları əldə etməyə nail olublar. Və daha sonra əməliyyatla bağlı qərar verilib. May ayının 1-də xüsusi təyinatlı qrup İslamaabad yaxınlığındakı Abbottabad şəhərində Bin Ladeni ələ keçirmək üçün əməliyyat keçirib. Bin Ladenin gizləndiyi 2 mərtəbəli ev Pakistan hərbi akademiyasının bir neçə metrliyində yerləşirmiş.  Pakistan rəsmiləri əməliyyatla bağlı deyib ki, Bin Ladenin ətrafındakılar hücum edən iki vertolyotdan birini vurub. Amma Obama qeyd edib ki, güclü atışma olsa da, əməliyyat zamanı bütün ABŞ hərbçiləri sağ-salamat qurtula bilib. Pakistan TV-ləri Bin Ladenin qanlı üzünün görüntülərini və onun qaldığı evdən yüksələn tüstü görüntülərini nümayiş etdiriblər. ABŞ rəsmiləri elan ediblər ki, Bin Ladenin cəsədi islam ənənələrinə uyğun yuyulub, və dəfn edilib. Əl-Qaeda liderinin harda dənf edilməsi açıqlanmayıb, sadəcə, dənizdə basdırıldığı bildirilir.
14 Şəkil
















Mənbə göstərmədən şəkilləri və ya onlar haqqındakı məlumatları əkişdirənlər, siz pis bir oğrudan başqa bir ŞEY deyilsiniz! )


Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...

ShareThis