2014/02/23

Əl İşlərinin Satışı - www.handstore.az

Azərbaycanda internet üzərindən əl işlərinin satışını təşkil edən bir sayt yaradılıb. Yeni yaradılan bu saytın alternativlərindən bir çox üstün cəhətləri var. Belə ki, əl işi bacarığı olanlar öz əl işlərini özləri sayta daxil edə bilirlər.

1. Bəyəndiyi əl işini almaq istəyən şəxs onun online formada pulunu ödəyir. Lakin, pul dərhal əl işini hazırlayan şəxsin hesabına keçmir.



2. Əl işi sifarişi alan şəxs verilmiş sifarişi hazırlayır və onu "Azərpoçt" vasitəsilə sifarişçinin ünvanına yola salır.


3. Sifarişi göndərən şəxs "Azərpoçtdan" ştrix kod əldə edir və onu saytda yerləşdirir.


4. Sayt ştrix kod vasitəsilə sifarişçinin göstərmiş olduğu ünvana yola salınmış əl işini izləyir. Məhsul alıcıya çatdırıldıqdan sonra ona görə ödənilmiş pul sifarişi qəbul etmiş şəxsin hesabına ödənilir.

Əlavə olaraq, əgər sizin axtardığınız bir formada əl işi saytda yoxdursa, onu istəyinizə uyğun formada sifariş verərək hazırlatdıra bilərsiniz.

ShareThis