2011/04/27

Əsl Sevgi Hekayəsi (6 Şəkil)

Əsl Sevgi Hekayəsi
Görəcəyiniz şəkillər bütün dünyada milyonlarca insanı şok edən şəkillərdir. Bu şəkilləri görən minlərlər insan istər Avropada olsun, istər Amerkada olsun, istər Asiyada olsun göz yaşlarını saxlaya bilməmişlər. Deyilənlərə görə bu şəkilləri çəkən şəxs onları müəyyən məbəğdə pul müqabilində Fransanın ən məhşur qəzetlərindən birinə satmışdır və sırf bu şəkillərə görə qəzetin bütün nüsxələri, demək olar ki, elə həmin gün də satılmışdır. 
6 Şəkil


Şəkil çəkildiyi zaman gördüyünüz bu qaranquşun "həyat yoldaşı" bir avtomobil tərəfindən vurulmuş və həmin quş yaralı şəkildə yola düşmüşdür.

"Həyat yoldaşının" diqqətini çəkmək üçün, onu yenidən hərəkətləndirmək üçün digər qaranquş ona kənardan yeməyə nəsə tapıb gətirir.

Gətirmiş olduğu qidanı "həyat yoldaşına" verdikdən sonra yenidən ona yemək vermək üçün uçub gedən qaranquş geri döndüyündə artıq "həyat yoldaşının" gözlərini yumaraq başını yerə qoymuş olduğunu görür.

Onu itələyərək hərəkət etdirməyə çalışır...

Ancaq bütün cəhdələrinə baxmayaraq onun tərpənmədiyini görür, artıq öldüyünü anlayır və şəkildən də göründüyü kimi sanki ağlayır onun üçün...

"Həyat yoldaşının" ölməsindən saatlar keçməsinə baxmayaraq, oradan getmir son dərəcə kefsiz, qəmgin vəziyyətdə ona baxır, hətta kənardan onun diqqətini çəkmək istəyən insanlara belə əhəmiyyət vermir...

Görəsən, bu şəkilləri gördükdən sonra nə qədər insan heyvanların duyğusuz və hissiyyatsız olduğunu, beyinsiz olduğunu düşünür?

ShareThis