2012/09/25

İtaliyalı Fahişələr (27 Şəkil)

   
Şəkillər İtaliyadakı  magistral yollardan birində gizli kamera ilə çəkilmişdir. Yol boyu düzülmüş fahişələr bədənlərini satmağa çalışırlar. Yoldan ötən maşınlardakı kişilərin diqqətini çəkmək üçün isə, olduqca açıq-saçıq, hətta yarıçılpaq vəziyyətdədirlər. Sözün düzü, mən şəkillərdəki həyat qadınlarının hamısının milliyyətcə italyan olduqlarına inanmıram. Əksəriyyəti böyük ehtimalla, ya Şərqi Avropa ölkələrindən, ya Balkanlardan, ya da Şimali Afrika ölkələrindən bu ölkəyə leqal yaxud qanunsuz yollarla gəlmiş, pul qazanmaq və yaşamaq üçün başqa yol tapa bilməyən immiqrantlardır. Şəkillər 16+ xarakterlidir.

Braziliyalı Ulduz Futbolçunun Hazırkı Həyatı (8 Şəkil)


Braziliya millisinə və Dünya futbol tarixinə adını yazdırmış oyunçulardan biri olan Ronaldo futbolu buraxdıqdan sonrakı illərdə sürətli şəkildə kökəlməyə başladı. 36 yaşı olan keçmiş ulduz futbolçunun çəkisi indi nə az nə çox, düz 118 kq-dır. Həkimlərin səyi ilə daha da kökəlməsinə imkan verilmir. Yeri gəlmişkən, onun növbəti aylardan Brazilyadakı bir kanalda xüsusi veriliş aparması da nəzərdə tutulmuşdur. Ronaldo üçün bu təklif əslində onun sağlamlığının qorunması üçün atılmış bir addımdır. Ona görə ki, bu yolla onun özünü müəyyən bədən quruluşunda saxlamasına, habelə siqaret çəkməyi tərgitməsinə ümid edilir.

2012/09/24

Sevimli Ev Heyvanı - Pişik (18 Şəkil)

Pişik qədər əyləncəli, sevimli, şirin 2-ci bir ev heyvanının olacağına inanmıram. =) 

Ayın Yerdən Çəkilmiş Möhtəşəm Görüntüləri (12 Şəkil)

İllərdən bəri Yer kürəsinin yeganə peyki olan Aydan çəkilmiş müxtəlif görüntüləri kosmosdan çəkilmiş xüsusi aparatların vasitəsi ilə gördük. Lakin, bu dəfə vəziyyət fərqlidir, çünki bu şəkillər kosmosdan deyil, yaşadığımız Yer kürəsindən çəkilmişdir. Bu şəkillər fransalı astronom Thierry Legault tərəfindən özünə məxsus 356 mm optik teleskopla və yüksək ölçülərdə görüntü yaxalaya bilən kameralarla çəkilmişdir. Şəkillərdə Ayın səthini göstərən mükəmməl görüntülər əks olunmuşdur.

2012/09/21

Xəstəlikdən İradəsilə Xilas Olan Bir Qızın Həyatı (9 Şəkil)

Emma Oneil adında şəkildə sol tərəfdə gördüyünüz bu qız anoreksiya adı verilən bir xəstəlikdən əziyyət çəkirdi. Xəstəlik ucbatından onun çəkisi 20 kq-a qədər azalmışdı. Sağlamlığının geri qayıtmasından ümidini tam üzdüyü günlərdən birində o, yolu keçərkən, enerjisizlikdən yerə yıxıldı. Qarşıdan isə avtomobil düz onun üstünə gəlirdi, lakin avtomobilin son anda manevr etməsi nəticəsində Emma həyatda qala bildi və daha sonra başa düşdü ki, həyatda qalmasının, yaşaya bilməsinin ən önəmli təminatçısı məhz yaxşı qidalanmaq və sağlam olmaqdır. O, həm tibbi, həm də psixoloji müalicə alaraq bu xəstəliyin öhdəsindən gəldi və indi çəkisi təxminən 50 kq-dır və çox gözəl görünür.
Bəs anoreksiya adı verilən bu xəstəlik nədir? Anoreksiya insanların özlərini aclığa məhkum etdikləri bir qidalanma problemidir. Bu xəstəlik yeniyetməlik və gənclik dövründə meydana gəlir və əsasən, qızlarda görünür. Bu xəstəliyə yoluxan insanlar həddindən artıq az yemək yeyirlər və nəticədə sürətli şəkildə çəki itirmiş olurlar. Zəif qidalanma nəticəsində çox arıqlayıb, hətta sümükləri görünsə belə, onlar bu görüntüyə inanmayıb, daha da arıqlamağa çalışırlar. Çəkilərini ya az yeməklə, ya həddindən artıq idman etməklə, ya da müxtəlif dərmanlar qəbul etməklə itirməyə üstünlük verirlər. Xəstəlik haqqında daha ətraflı məlumat üçün buraya daxil olun.

Berlin - İkinci Dünya Müharibəsindən Sonra (20 Şəkil)

Bəşəriyyət tarixində ən dəhşətli, ən çox dağıntı və insan tələfatı ilə iz qoymuş ikinci dünya müharibəsindən sonra, hər şeyin başlandığı Berlin şəhərindən görüntülər...

İrlandiyada Meşəlikdə Avtomobil Yolu (16 Şəkil)

İrlandiyada yerləşən bu meşəlik qeyri-adi gözəlliyi ilə seçilir. Onu fərqləndirən ən böyük əlamət isə, meşəliyin ortasından çox səliqəli şəkildə salınmış asfalt yoldur. Hər fəsildə təbiətin bəxş etdiyi bu gözəllik ayrı görkəmlə görənləri heyrətə gətirir. Avtomobil yolunu meşəliyi məhv edib bərbad hala salmadan saldıqlarına görə, şəxsən əməyi keçənlərə təşəkkür də etmək istərdim. Belə bir yaşıllıqda yol olsun, mən onu lap piyada da getməyə hazıram. =)

2012/09/15

Nömrələnmiş Əkizlər (5 Şəkil)

6 il əvvəl Çində dünyaya gəlmiş bu dörd qardaş əkiz (daha doğrusu, dördüz) bu il 1-ci sinifə başlayırlar. Ancaq həm onlar üçün, həm də onların müəllimləri, hətta ailələri üçün meydana çıxan bir problem var ki, bu da onların həddindən artıq bir-birinə oxşaması və bunun da onların fərqləndirilməsində çətinlik yaratmasıdır. Lakin uşaqların valideynləri məsələdən çox ideal bir çıxış yolu tapmışlar. Belə ki, uşaqların saçları qırxılsa da, üst hissəsi nömrələr şəklində saxlanılmışdır. Bu da onların məktəbdə bir-birindən fərqləndirilməsini asanlaşdırır. =)

Dünyanın Ən Hündür Saçlı İnsanı (5 Şəkil)

Tokyoda yaşayan şəkildə gördüyünüz bu 40 yaşlı modelyer Kazuhiro Watanabe dünyanın ən hündür saç stilinə malikdir. Belə ki, onun saçı təxminən 1.3 metr hündürlüyündədir. Bu cür qeyri-adi saça malik olan bu şəxs bununla hətta Ginnesin rekordlar kitabına düşməyi belə planlayıb. Belə ki, 2013-cü ildə o, fərqli saç stilinə malik ilk insan kimi Ginnesin rekordlar kitabında qeydə alınacaqdır. Modelyer özü deyir ki, bu cür saç stilini yaratmaq üçün 15 il vaxt sərf etməli olmuşdur və gündə 2 saatı saçlarına qulluq etmək üçün ayrırır. O, saçlarını şəkillərdə gördüyünüz kimi dik formada saxlamaq üçün hər gün ən azı 1 qutu jel və 3 qutu saç üçün nəzərdə tutulmuş müxtəlif spreylərdən istifadə edir.

Somali Dəniz Quldurları və Onlara Qarşı Mübarizə (30 Şəkil)

Somali dəniz quldurlarına qarşı uzun müddət mübarizə ya aparılmadı, ya da onlara qarşı aparılan mübarizə bu piratların qanunsuz hərəkətlərini sona çatdırmaq üçün kifayət etmədi. Onların gəmiləri ələ keçirmək qaydası isə olduqca bəsit formada təşkil olunurdu. Belə ki, kiçik qayıqlara minən 10-15 nəfərdən ibarət quldur dəstələr Somali sahillərinə yaxın üzən bir gəmiyə (daha çox yük gəmilərinə üstünlük verirdilər) yaxınlaşır, əvvəlcə bir neçə əl havaya atəş açırdılar. Gəmi onların bu atəşinə cavab olaraq dayanmalı idi, əgər dayanmırdısa, bu zaman quldurlar daha ağır silahlarla birabaşa gəmiyə atəş açırdılar və kiçik qayıqlarını gəmiyə yaxınlaşdıraraq filmlərdə də gördüyümüz kimi ona ip ataraq bu yolla gəmiyə doluşurdular. Bundan sonrakı mərhələdə gəmi kapitanı və gəminin digər bütün şəxsi heyəti sərnişinlərlə birlikdə əsir götürülürdü və gəmi Somalinin sahillərində gizli yerlərdən birinə sürülüb aparılır və orada həftələrlə bəzən aylarla saxlanılırdı. Daha sonra isə gəminin aid olduğu şirkətdən, habelə gəmidə yaxın qohumları olan zəngin insanlardan yüksək miqdarda pul tələb olunurdu. Əslində baş verənlərdən Somali hakimiyyət orqanlarının da sözsüz ki, xəbəri var idi, lakin onlar belə bu dəniz quldurlarına qarşı lazımı şəkildə mübarizə aparmaq üçün ölkədəki anarxiyanı bəhanə edərək qeyri-dəqiqlik nümayiş etdirirdilər, çünki böyük ehtimalla dəniz quldurları gəmilərin və sərnişinlərin geri qaytarılması zamanı əldə etdikləri yüksək məbləğdə pulların bir hissəsini rüşvət qismində hakimiyyət orqanlarına verirdilər və bununla da rahat qanunsuz fəaliyyətlərini həyata keçirmək şans əldə etmiş olurdular. Bəzi versiyalara görə isə, Somali dəniz quldurları mədəni cəhətdən olduqca geri qalmış insanlar idi və onların çox böyük hissəsi nəinki ingiliscə bilir, heç bu barədə anlayışları da yox idi. Meydana çıxan sual isə, bəs onların təhvil-təslim zamanı milyon dollarlarla pul əldə etməsi üçün tələb olunan xarici dil tələbatını kim təmin edirdi? Deyilənlərə görə, qeyri-qanuni şəkildə bəzi iri şirkətlər bu vasitəçiliyi müəyyən haqq qarşılığında edirdilər və təhvil-təslimdən əldə olunan pulun bir hissəsi də həmin şirkətə vasitəçilik haqqı kimi ödənilirdi. Göründüyü kimi, bu məsələ sadəcə dəniz quldurlarının ayrı-ayrı gəmilərə basqın edərək onu ələ keçirməsi ilə bitmir, ortada ayrı məqamlar da var. Bəlkə də hansısa super güclərin bu problemi xeyli vaxt keçdikdən sonra həll etməkdə müəyyən maraqları var idi.

Somalidə Balıq Ovu (20 Şəkil)

Yəqin ki, hər biriniz məhşur Somali dəniz quldurları haqqında eşitmisiniz. Lakin onu deməliyəm ki, burada yaşayan insanlar dənizdən sadəcə müxtəlif ölkələrin bayraqları altında üzən gəmilərə hücum edərək onu ələ keçirib talan etmək məqsədi ilə istifadə etmirlər. Belə ki, Afrika qitəsinin şərq hissəsində yerləşən bu ölkənin Hind okeanına böyük çıxışı vardır. Uzun illərdir ki, insanlar kustar üsullarla hazırlanmış ovçuluq alətlərindən istifadə edərək xeyli sayda balıq tuturlar və bu, onların gündəlik yaşaması üçün lazım olan qidanı, həm də onun satışından əldə olunmuş az miqdarda da olsa pulu təmin edir. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Somali balıqçıları müxtəlif ölçülü dəniz canlılarını uğurlu şəkildə yaxalaya bilirlər, hətta bəzən tora düşmüş bu canlıların bir hissəsini də təhlükəli dəniz canlısı hesab olunan akulalar təşkil edir.

2012/09/11

İsti Yay Günləri Üçün Super Geyim =) (3 Şəkil)

İlk baxımdan şəkildəki bu qadının geyimində heç bir problem yoxdur. Ədəbli geyinmiş bir qadın timsalını yarada bilir. Ancaq ona yaxınlaşdıqca geyimin necə ustalıqla hazırlanmış olduğu və necə deyərlər, əsl isti yay günlərinin malı olduğu aşkar olur. =)

Pulsuzdur, Gəlib Götürə Bilərsiniz (3 Şəkil)

Adamın biri evindəki artıq köhnə hesab etdiyi şəkildə gördüyünüz bu iki əşyanı evinin qarşısına qoyaraq üzərinə də bir yazı yerləşdirdi. Yazıda "Bunlar pulsuzdur, gəlib götürə bilərsiniz" yazılmışdı. Hər halda əşyaları evinin önünə qoyan adam bu yolla onların daha tez oradan götürələcəyini zənn edirdi. Lakin internetdə sırf gülməli şəkil çəkdirərək düşsün deyə, baxın maraqlı insanlardan biri nə etdi...

2012/09/07

Diskoteka və Gecə Klublarına Gedən Uşaqlar (29 Şəkil)

Valideyn məsuliyyətsizliyindən istifadə edərək bar və diskotekalara gedən azyaşlılar və onların elə yerlərdə yaşlarına uyğun olmayan davranışları bu şəkillərdə əks olunmuşdur. Maraqlısı odur ki, 18 yaşından yuxarılar üçün nəzərdə tutulmuş belə yerlərə uşaqların girməsinə kim icazə verib, hansı məqsədlə?! Uşaqlıq dövrü belə tüfeyli formada keçənlərin gələcəyindən nə gözləmək olar ki...

2012/09/04

Silikon Dodaqlar Sizi Belə Göstərə Bilər (40 Şəkil)

Necə deyərlər, Allahın verdiyi gözəlliyi bəyənməyib hansısa estetik əməliyyat keçirməyi az-çox bacaran həkimə öz xarici görkəmini əmanət edənlərin sonu bu şəkillərdə göründüyü kimi olur... =)

2012/09/03

Azərbaycanda Radarların Siyahısı Və Yerləşdiyi Yerlər

Bütün sürücülərin ən qorxulu "yuxu"suna çevrilmiş radarlar və onların yerləşdiyi yerlərə görə siyahısı...

Qəzəblənmiş Fil İnsana Hücum Edərsə (6 Şəkil)

Şəkildə gördüyünüz kimi ayağı zəncirlənmiş fil onun qarşısından qaçan insana baxır. Lakin böyük ehtimal bu qaçış onu qorxutduğundan zəncirli olmasına baxmayaraq onu qıraraq insana doğru hücum etməyə başlayır. Bir anda ona doğru qaça-qaça gələn fili görən insan özünü itirir və yerə yıxılır. Maraqlısı odur ki, qəzəblənmiş filin tonlarla ağırlığından və sərt dişlərindən canını möcüzəvi bir şəkildə qurtara bilir.

ShareThis