2012/09/21

Xəstəlikdən İradəsilə Xilas Olan Bir Qızın Həyatı (9 Şəkil)

Emma Oneil adında şəkildə sol tərəfdə gördüyünüz bu qız anoreksiya adı verilən bir xəstəlikdən əziyyət çəkirdi. Xəstəlik ucbatından onun çəkisi 20 kq-a qədər azalmışdı. Sağlamlığının geri qayıtmasından ümidini tam üzdüyü günlərdən birində o, yolu keçərkən, enerjisizlikdən yerə yıxıldı. Qarşıdan isə avtomobil düz onun üstünə gəlirdi, lakin avtomobilin son anda manevr etməsi nəticəsində Emma həyatda qala bildi və daha sonra başa düşdü ki, həyatda qalmasının, yaşaya bilməsinin ən önəmli təminatçısı məhz yaxşı qidalanmaq və sağlam olmaqdır. O, həm tibbi, həm də psixoloji müalicə alaraq bu xəstəliyin öhdəsindən gəldi və indi çəkisi təxminən 50 kq-dır və çox gözəl görünür.
Bəs anoreksiya adı verilən bu xəstəlik nədir? Anoreksiya insanların özlərini aclığa məhkum etdikləri bir qidalanma problemidir. Bu xəstəlik yeniyetməlik və gənclik dövründə meydana gəlir və əsasən, qızlarda görünür. Bu xəstəliyə yoluxan insanlar həddindən artıq az yemək yeyirlər və nəticədə sürətli şəkildə çəki itirmiş olurlar. Zəif qidalanma nəticəsində çox arıqlayıb, hətta sümükləri görünsə belə, onlar bu görüntüyə inanmayıb, daha da arıqlamağa çalışırlar. Çəkilərini ya az yeməklə, ya həddindən artıq idman etməklə, ya da müxtəlif dərmanlar qəbul etməklə itirməyə üstünlük verirlər. Xəstəlik haqqında daha ətraflı məlumat üçün buraya daxil olun.


 







ShareThis