2011/05/16

İnsan Bədənində Tapılan Ən Qəribə Əşyalar (5 Şəkil)

İnsan Bədənində Tapılan Ən Qəribə Əşyalar
Boş yerə deməyiblər ki, insanın başına nə gəlirsə, elə diqqətsizlikdən, ehtiyatsızlıqdan, məsuliyyətsizlikdən gəlir. Onların da başına gələn hadisələr məhz ya özlərinin, ya da başqalarının səhvi ucbatından olub. Bəzilərinin bədənində əməliyyat zamanı qayçı unudulub, bəziləri burnunda mismarla yaşayıb, bəzilərinin bədənində bitki bitib və s... Ancaq gerçək olan bir şey var ki, onların hamsı ölmədikləri üçün çox şanslıdırlar!
5 Şəkil


Şəkildə gördüyünüz adamın ağ ciyərində tümor olduğu və sürətlə böyüdüyü barədə həkimlər qənaətə gəlmişdilər. Hətta ona artıq xərçəng xəstəliyi diaqnozu belə qoyulmuşdu. Ancaq təsadüfən onun bədənində əslində tümor olduğu zənn edilən şeyin, inkişafda olan bitki olduğu olduğu üzə çıxdı. Bitki orda inkişaf etmək üçün münbit şəraitə düşmüş və hər kəsi, hətta həkimləri belə çaşdırmağa nail olmuşdur. :)

20 yaşlı Anuj Ranjanın sinəsindəki ağrılara görə həkimlər ona vərəm diaqnozu qoydular və müalicə başlandı. Ancaq həkimlərin müəyyən etməli olduğu bir şeyi o özü tapdı. Belə ki, o, 2006-cı ildə dəhşətli avtomobil qəzası keçirmişdi. Avtomobil qəzası zamanı necə olubsa şalvarının qayışı da ağzına girib və onu udub və həmin vaxtdan elə o şəkildə yaşayırmış. Ancaq sinəsindəki qayışı tapması isə çox maraqlı olub. Şalvarlarını geyərkən əyninə tam olmadığını görürmüş. Nəyinsə əskik olduğunu düşünmüş və bunun qayış olduğu qənaətinə gəlibmiş, sonra avtomobil qəzasını xatırlamış və qayışının yerini müəyyən etmişdir. Həkimlər əməliyyat zamanı onun bədənindən uzunluğu tam 20 sm olan bir qayış çıxardılar.


Tamamilə həkimlərin və tibb bacılarının səhvi ucbatından bu adam uzun müddət bədənində bir cərrah bıçağı ilə ilə yaşayıb. Ancaq ağrıların bir müddətdən sonra dözülməzliyi onu həkimə müraciət etməyə sövq edib və rentgen zamanı ortaya bu mənzərə çıxıb. Maraqlıdır, görəsən Azərbaycan həkimləri əməliyyat zamanı hansı aksesuarlarını yadlarından çıxarırlar. :)

72 yaşlı Prax Sanchezin burnuna asqıran zaman bir mismarın getməsini biləndə bu, onu şok etmişdi. Özü də burnuna mismarın nə vaxt getməsini heç bilmirdi. Ancaq görün, həkimlər mismarı ordan necə çıxardılar. Çox güclü bir maqnitin köməyi ilə yavaş-yavaş mismar girdiyi yerdən çıxarıldı. :)

Mədəsinə protez gedən bir insan haqqında yəqin ki, eşitməmisiniz. Bu hadisə yaşlı bir qadının öz sevgilisini öpən zaman baş verib. Çox güman ki, keçirdiyi ciddi həyacan nəticəsində özü də bilmədən protezlərini udub. Belə qocalar üçün protezlərini daha möhkəm yapışdıra bilmələri üçün super kley olsa yaxşı olar. :)


Mənbə göstərmədən şəkilləri və ya onlar haqqındakı məlumatları əkişdirənlər, siz pis bir oğrudan başqa bir ŞEY deyilsiniz! )


Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...

ShareThis