2011/05/16

10 Ən Maraqlı Facebook Aksesuarları (10 Şəkil)


10 Ən Maraqlı Facebook Aksesuarları
Facebook`un nə qədər çox sevəni varmış :)
Şəkillərdə facebook'a sevgisini ifadə edən insanları, daha doğrusu onların əşyalarını görəcəksiniz. Nə qədər maraqlı belə olsa, 
aralarında facebook'u döymə kimi istifadə edənlər belə var... :)
10 Şəkil


Şəkildə gördüyünüz ştampdır. Bir facebook "xəstəsi" facebook'a o dərəcə bağlanıb ki, artıq "like", yəni "bəyənmək" ştampını belə gedib alıb. Maraqlıdır, görəsən, hansı sənədlərin üzərinə "like" vurur, hansına "dislike" vurur? :) Qiyməti isə o qədər də baha deyil. Cəmi 10 dollardır.


Bu balışları (yastıqları) alan şəxs də əsl facebook "xəstəsi" hesab edilə bilər. Özü də təkcə facebook'un yox, digər sosial şəbəkələrin də "xəstəsi" sayılmalıdır. :) 12x12 ölçüsündə və 100% əl işidir. Qiyməti isə 22 dollardır.

Bu fiquru alan, deyəsən, facebook'dan çox Mark`ın özün sevir. :) Fiqur Cyril Chang tərəfindən hazırlanmışdır. Sayı isə məhduddur. Cəmi 300 ədəd istehsal olunsa da qısa zaman ərzində çox hissəsi satılmışdır. Qiyməti isə digərləri ilə müqayisədə biraz bahadır. Əldə etmək istəsəyən 70 dollardan vaz keçməlidir.

Havay adalarında sənətçiliklə məşğul olan bu qarabala facebook'a olan sevgisini necə ifadə edəcəyini uzun-uzun düşünmüş və hətta o dərəcədə göstərmək qərarına gəlmişdir ki, qollarına döymə vurdurmuşdur.

Yeni İl ağacını bəzəməyin də ləzzəti ayrı olur axı. :) Bunu düşünən bəzi ağıllı istehsalçılar təcili Yeni İl qabağı facebook "like" aksesuarını hazıryıb bazara çıxardırlar. Material isə təmiz poladdan olur.

Saqqız çeynəmək istəyənlər də artıq facebook'a olan sevgilərinə sadiq qalıb üzərində facebook'u reklam edən saqqızları alıb çeynəyə bilərlər. :)

Maşınlarını da "like" elətdirənlər varmış. :) 
Nyu York şəhərində çəkilmiş bir şəkil...

Üzərində facebook'la bağlı nəsə olan bir köynəkdən çox başqa nə ona olan təmiz sevgini ifadə edə bilər ki? Yəqin ki bu qızın düşündüyü də elə budur. :)

Adidas'ın canı yanmasın. Daha çox müştəri qazanmaq üçün facebook sosial şəbəkəsinin rəngində və onun adı yazılmış xüsusi buraxılışlar edir. :)

Flash Kard istehsalçıları da facebook'a olan sevgini nəzərə alıb "facebook inbox" formasında flash kardlar hazırlayaraq satışa çıxardırlar. :)

Bu köynəyi də qrup yoldaşım Türkiyədən alıb, gətirib. Facebook-un poxunu çıxardanların öz səhvlərini başa düşmələri üçün yaxşı bir köynəkdir. :)
Yeri gəlmişkən, köynəyin şəklin universitetdə 900-cü mühazirə otağında olarkən çəkmişdik. Ahh, keçmiş günlər. :)

Mənbə göstərmədən şəkilləri və ya onlar haqqındakı məlumatları əkişdirənlər, siz pis bir oğrudan başqa bir ŞEY deyilsiniz! )


Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...

ShareThis