Google'da Casusluq Etmək İstəyənlər? :)
Bəlkə də, bir çoxunuz bunu bilirsiniz. Ancaq mən yenə də bilməyənlər üçün izahlı formada göstərim, dedim. :) Demək, Google bir çox yerlərdə kameralar quraşdırmışdır ki, bu kameralar vasitəsi ilə səkiləri, meydanları, küçələri və küçələrdə olan istənilən əşyaları, habelə insanları canlı şəkildə rahatlıqla görmək mümkündür. Google'un təklif etdiyi bu xidmətin mübahisələndirilməsinə baxmayaraq, hələ də xidmət mövcuddur. Ona görə bir qrup insanlar tərəfindən bəyənilmir ki, onlar hər an başqaları tərəfindən görülürlər və bunu onların şəxsi həyatına müdaxilə kimi qiymətləndirirlər. Hətta insanların küçədə nə etdiklərini belə görmək mümkündür. Bəzi insanlar da, onlara məxsus olan xüsusi mülkiyyətlərin başqaları tərəfindən görülməsini istəmir. İnsanları küçədə "çox səmimi" şəkildə, həmçinin "xoşagəlməz" vəziyyətlərdə canlı formada görə bilərsiniz. Dəfələrlə bu xidmətə görə Google məhkəməyə verilmiş, ancaq çox hallarda güclü hüquqşünaslarının hesabına canını təzminatsız qurtara bilmişdir.
10 Şəkil
İnternet səyyahınıza daxil olduqdan sonra "maps.google.com" saytına girin. Qarşınıza bu pəncərə çıxacaqdır. Google Maps xidmətinə xoş gəlmisiniz!
İndi isə sıra istədiyiniz bir yerin adını axtarış yerinə yazıb "Search Maps" tıklamaqdadır. Mən ora "Chicago" şəhərinin adını yazdım. Xəritədə "Chicago" şəhəri açıldı.
Növbəti mərhələ kameraları işə salmaqdır. bunun üçün "Böyütmə-Kiçiltmə" şkalasının üstündə kiçik sarı-narıncı rəngdə "adam ikonu" vardır ki, mausla onu tutaraq ürəyinizin istədiyi küçələrdən birinin üzərinə gətirin.
Mən özüm də bir müddət orda olduğumdan tanış küçələrdən birinə girdim. İnternetinizin sürətindən asılı olaraq kameralar işə düşəcəkdir. Minimum 256 kbs sürətli internetə malik olmağınızı məsləhət görərdim görüntünün nisbətən tez və keyfiyyətli olması üçün.
Bəli, artıq kamera işə düşdü.
Küçənin ön tərəfindən canlı görüntü...
Eyni küçənin arxa tərəfindən canlı görüntü...
Eyni küçənin sağ tərəfindən canlı görüntü...
Eyni küçənin sol tərəfindən canlı görüntü...
Bir şeyi də qeyd edim ki, mausu küçə boyu tıklayaraq daha uzaq yerlərə də gedə bilərsiniz. Kameralar bunu da bacarır. Təşəkkürlər Google'a! :) Bu yolla bayaq olduğum yerdən bir neçə yüz metr kənarlaşaraq eyni küçənin başqa yerindən canlı bir görüntünü çəkdim.
Yəqin ki, binanın qabağında dayanan bu insanların bu şəkilləri çəkən zaman onları canlı izlədiyimdən xəbərləri belə yox idi. :)
Bu da eyni küçənin başqa bir yerindən başqa bir görüntü. :)
Qeyd (1): Şəxsən mən, Azərbaycanı heç vaxt bu xidmət vasitəsilə axtarışa verib yoxlamamışam. Düzü heç inanmıram da ki, Azərbaycanda Google'un bu tipli kameraları olsun. Yoxsa heç kəsin Google'dan ala bilmədiyi təzminatı bizimkilər almışdı indiyə kimi və Google müflis olmuşdu çoxdan. :)
Qeyd (2): Şəkilləri daha böyük ölçüdə daha yaxşı görə bilmək üçün onların üzərinə bir dəfə tıklamağınız da kifayətdir.
Analoqu olmayan bu yazı ilk dəfə bu bloqda yayımlanmışdır. Mənbə göstərmədən əkişdirənlər, özlərini kişi saymasınlar. Kişi oğurluq etməz! )
Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...
Analoqu olmayan bu yazı ilk dəfə bu bloqda yayımlanmışdır. Mənbə göstərmədən əkişdirənlər, özlərini kişi saymasınlar. Kişi oğurluq etməz! )
Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...