2011/05/15

12 Ən Qorxusuz Təmizlikçi (12 Şəkil)

12 Ən Qorxusuz Təmizlikçi
Çox az insan tapılar ki, işə çox ehtiyacı olsun, ancaq özü işləmək istəməsin. Tapılsa belə, elə insanlarda, məncə, nəsə psixoloji problemlərin olduğu dəqiqdir. Şəkillərdə görəcəyiniz adamların bəziləri sırf işini görür bir neçə yüz metr yerdən uzaqda, bəziləri isə, yüksəkmərtəbəli binalarda mənzilinin şüşələrini təmizləyirlər. Maraqlıdır ki, onların hər biri, bu təmizliyi həyatlarını riskə atmaq bahasına edirlər. Bəlkə də, onlar işlərinə o qədər həvəslə (ya da həvəssiz) bağlanmışlar ki, bu təmizliyi həyata keçirən zaman, ölmək, qorxmaq, yıxılmaq və s. anlayışları ağıllarından belə keçirmirlər. Bu təmizlikçilər üçün ən vacib olanı, üzərlərinə düşən işi yerinə yetirməkdir...
12 Şəkil


Bu şəkil Dubay şəhərində qarşıdakı göydələndən çəkilmişdir. Deyərdim ki, Dubayda göydələnləri təmizləyən biri kimi işləməkdənsə, gedib bank soymaq daha "yaxşıdır". Şəkildəki adamın onun şəklinin çəkilməsindən heç xəbəri belə yoxdur. Elə xəbəri olmasa yaxşıdır, yəqin ki şəkli çəkən tərəfə baxsaydı, çoxdan dünyada olmazdı.  İndi də yaşayıb-yaşamadığından əmin deyiləm! (!) Bu adam 120 metr yüksəklikdə, 34-cü mərtəbədə şüşə təmizləyir. Heç bir təhlükəsizliyi də təmin olunmayıb. Ani bir səhv hər şeyə son qoya bilər. Dubay varlıları bu işlərdə ən çox imiqrantları işlədirlər. Çünki imkansızlıqdan bura gələnlər hər cür işdə çalışmağa razı olurlar.

Bu orta yaşlı adam da pəncərədən çölə çıxmış əlindəki təmizlik vasitələri ilə pəncərələri təmizləyir. Ancaq ən azından onun təhlükəsizliyini qismən də olsa təmin eləyən biri var şəkildən də göründüyü kimi.

7-8 metr yükəklikdə gül kollarını budamaq üçün yuxarı çıxıb bu adam. Ancaq nərdivanın qısalığı belə, onu öz işini dayandırmağa kifayət etməyib. İkinci qısa bir nərdivanı da düz-qoş edib çıxıb yuxarıya. Ancaq həyatını necə böyük təhlükəyə atdığının o da fərqində deyil.

Bu ağsaqqalın 60-dan yuxarı yaşı var. Ancaq yaşına baxmayaraq təmizliyə hər şeydən, hətta həyatından da daha çox önəm verdiyi açıq-aşkar görünür.

Heç bir təhlükəsizliyə malik olmayan daha bir işçi. Yüksək mərtəbəli ofis binasında təmizlik işləri görür.

Bu şəkilin çox maraqlı bir tarixçəsi var. Monakoda çəkilib. Belə ki, şəkil çəkilən zaman aşağıda görünən tennis meydançasında İqor Andreyev və Marin Kilik arasındakı oyunun ikinci yarsıdır. Ancaq bu şəxs oyuna əhəmiyyət belə vermədən, diqqətini cəmləşdirib öz işini görür. Belə bir maraqlı situasiyada diqqətini cəmləşdirmək çətin məsələdir, doğrusu. Çünki aşağıdakı oyun, tamaşaçı kütlə hər an diqqəti yayındıra bilər.

Bu nənənin yəqin 70-80 yaşı olar. Ancaq yaşın-başına baxmadan pəncərə təmizləyir, özü də belə təhlükəli şəraitdə.


İşarətlənmiş yerə baxmaq kifayətdir bu şəkillə bağlı. Həqiqətən şərhsiz bir şəkildir.


Görün bu adam həyatını nəyə etibar edir - şüşəyə!


2007-ci ildə bir qrup işçi Londondakı məhşur Big Ben'in əqrəblərini təmizləmək üçün cəlb olundu. Ancaq bura İngiltərədir və burda insanı insan hesab edirlər. Ona görə də ən azından müəyyən qədər təhlükəsizlikləri təmin edilib. Aşağıdakı şəkil isə 1930-cu ildə yenə eyni yerdə çəkilib.Ancaq həmin adam həyatda qaldığı üçün şanslı imiş.

Rushmore Abidəsinin təmizlik işlərinə cəlb olunmuş işçilər. Hərəsi heykəlin bir tərəfində təmizliklə məşğuldular. 


Malayziyanın paytaxtı Kuala Lumpur şəhərindəki Petronas Qülləsindəki təmizlik işlərinə cəlb edilmiş bir işçi. 


Mənbə göstərmədən şəkilləri və ya onlar haqqındakı məlumatları əkişdirənlər, siz pis bir oğrudan başqa bir ŞEY deyilsiniz! )


Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...

ShareThis