2015/01/11

Tənbəlliyə Bir Son!


     Hörmətli oxucu, əgər bu bloqa bundan əvvəl ən azı bir dəfə girmisənsə, belə maraqlı bloqun nə üçün yenilənmədiyi səni narahat etməmiş olmaz. Bəlkə də, etməyib. Lakin, mən elə ümid edirəm. Yoxsa ruhdan yenə düşsəm, bu bloqun varlığı növbəti dəfə heç özümün də yadıma düşməyəcək...


      Bilirəm, bilirəm, bilirəm, ittiham etmə məni. Bilirəm ki, çox tənbəllik etdim. Hətta bloqa həftələrlə girmədiyim vaxtlar da, oldu. Ona görə yox ki, başqa bir bloq yaratdım, ya bu bloq mən gözlədiyim nəticəni vermədi. Sadəcə bloqu elə vaxtda yaratmışdım ki, ondan qısa bir müddət sonra hərbi xidmətə getdim. Hərbi xidməti başa vurduqdan sonra, başım işə-gücə qarışdı. Sonra tərslikdən noutbukumun adaptoru, batareyası da sıradan çıxdı. Smartfonla da nəsə etmək mümkün deyildi. Beləliklə, yavaş-yavaş bloq unuduldu. Bloqu mən unutduqca, axtarış sistemlərinin də, (google, yahoo və s.) unutduğunu gördüm. Onlara da, haqq verirəm. Atalar boşuna deməyib ki, bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Ancaq bir gün özümü qınamağa başladım. İnsanlar bu bloqa girirlər. Bəziləri kifayət qədər vaxt da keçirdir, məlumat toplayırlar. Nə üçün vaxt tapdıqca yeni məlumatlar yerləşdirib, həm özümün, həm də onların nələrisə öyrənməyinə yardımçı olmayım? Axı artıq noutbukumun adaptorun da, batareyasın da xaricdən gətizdirmişəm və evdə boş vaxtım olanda məni bloquma yeni məlumatlar yerləşdirməkdən kimsə məhrum etmir. Fikirləşirəm ki, daha bəsdir, tənbəlliyə son vermək, yeni məlumatlar yerləşdirmək lazımdır. Həm özümə, həm də başqalarına nəsə öyrətmək məqsədilə...


ShareThis