2013/01/17

Neft Borularından Oğurluq Edən Xalq (23 Şəkil)

Afrikanın ən böyük neft yataqlarının yerləşdiyi ölkələrdən biri Nigeriyadır. Nigeriya da əksər Afrika ölkələri kimi zəngin təbiətə və təbii sərvətlərə malikdir. Bununla belə, ölkənin hər zaman xaos içində yaşayan xalqı var. Görünməz "qüvvələr" bu dövlətin də təbii sərvətlərindən dövlətin inkişafı və xalqın rifahı üçün istifadə olunmaması məqsədi ilə əllərindən gələni edirlər. Ölkədə tez-tez dini ayrı-seçkiliklər ucbatından törədilən cinayət əməllərindən insanlar ölür, xəsarət alır. Kriminal vəziyyətin tüğyan etdiyi bu ölkənin sərvətlərindən ilk növbədə istifadə edənlər isə dünyanın məhşur neft-qaz şirkətləridir. Yerləşdirdikləri borular sayəsində xam nefti ölkədən çox ucuz qiymətə çıxarıb neft tankerləri vasitəsi ilə daşıyıb aparırlar. Nigeriya əhalisinin bir qismi isə gündəlik yaşayışlarını təmin etmək məqsədi ilə borulara qarşı "hücuma" keçiblər. Belə ki, onlar boruların uzandığı müxtəlif yerlərdə onları deşir və deşiklərdən tökülən nefti bidonlara dolduraraq aparırlar. Onlar bu xam nefti ucuz qiymətə də olsa, əsasən satmaq məqsədi ilə oğurlayırlar. Deşilmiş borulardan ətrafa yayılan xam neft isə təbiətə sözlə ifadə olunmayacaq qədər çox zərər vurur. Hektarlarla ərazi neftdən çirklənir və həmin zonaların flora və faunası tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Ətrafa yayılan neft havaların normadan artıq istiləşməsi zamanı, yaxud məsuliyyətsizlik nəticəsində yanğınların baş verməsinə səbəb olur. Bu da həm həmin zonada yaşayan insanlar üçün, həm də meşələr üçün böyük təhlükədir.




 






















ShareThis