2013/01/06

Dünyanın Rüşvətxorluq Yuvası (13 Şəkil)

Belə bir iqamətgahda kim yaşayar, sizcə? İngiltərə kraliçası, yoxsa varlı bir ərəb şeyxi? Bəlkə çox zəngin bir biznesmen? Əslində heç biri. Burada yaşayan bəlkə də ağlınıza ən son gələcək biridir. Şəkildə gördüyünüz iqamətgah Afrikada qitəsinin 3-cü dünya ölkələrindən biri olan Zimbabvenin prezidenti Robert Mugabe'yə məxsusdur. Saray ölkə paytaxtı Harare şəhərində yerləşir.


Zimbabve haqqında bilmədiyiniz bəzi faktlar:
- Aclıq və yoxsulluq ucbatından bu ölkədə insanların ortalama yaş dövrü kişilərdə 60 yaşdan 37 yaşa, qadınlarda isə 34 yaşa kimi düşmüşdür. Bu da dünyadakı ən aşağı göstəricidir.
- Əhalinin 1,8 milyon nəfəri 21-ci əsrin bəlası sayılan QİÇS / AIDS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) virusu ilə yaşayır. Buna baxmayaraq, onlar üçün nə tibbi, nə də xəstəliyin daha geniş miqyasa yayılmasının qarşısının alınması üçün tədbirlər görülür.
- Ölkə valyutası dünyada ən sürətli şəkildə inflyasiyaya uğrayan valyutadır. Demək olar ki, qiymətlərdə hər həftə artım müşahidə olunur. Əhalinin 80%-i işsizdir.
- Xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan ölkənin infrastrukturunun bərpa olunması, səhiyyənin və təhsilin inkişafı məqsədi ilə ayrılan maddi yardımlar hakimiyyətdəki yüksək vəzifəli məmurlar tərəfindən mənimsənilir.
- Gün ərzində minlərlə insan aclıqdan ölür, ya da ölmək təhlükəsi ilə üz-üzədir. Nəticədə insanlar həyatda qalmaq üçün təbiətə hücum çəkiblər. Buna görə də  2000-ci ildən bəri ölkədəki heyvanat aləminin 60%-i artıq ovçular tərəfindən  məhv edilib.

Qeyd: Belə şərəfsizlərin hakimiyyətdə olduğu müddətdə xalqın yeganə yolu nə bahasına olursa-olsun diktatoru və onun ətrafını hakimiyyətdən kənarlaşdırmaqdır.


 











ShareThis