2013/01/05

Afrikada Vətəndaş Müharibəsi (44 Şəkil)

Demokratik Konqo Respublikasında 1998-ci ildə başlayan və bu günün özünə kimi də davam edən vətəndaş müharibəsi tarixə 2-ci dünya müharibəsindən sonra bəşər övladının ən çox qırğınına gətirib çıxaran qarşıdurmalar kimi düşdü. Dəhşətli faktlardan biri də ondan ibarətdir ki, müharibəyə ən çox cəlb edilənlər 10-11 yaşında uşaqlar idi. Onlar zabitlər tərəfindən ailələrindən məcburi şəkildə alınır və hərbi düşərgələrə aparılırdılar. Uşaqlardan ibarət olan yüzlərlə əsgər bir neçə gün içində hərbi əməliyyatlar zamanı həlak olurdu. Təcrübəsizlik, sağlamlıq vəziyyətlərinin yaxşı olmaması onların qısa zaman içində həlak olmasına səbəb olurdu. Bu müddət ərzində ölkədə şəxsiyyət əleyhinə baş verən cinayətlərin sayı-hesabı olmamışdır. 

Türkiyəyə sığınmış Konqo vətəndaşı Enzo İkah başına gələnləri belə danışır: "Vətəndaş müharibəsi dövründə ölkədə 6 milyondan çox insan öldü. Bunların çox hissəsi günahsız insanlar idi. Elə insanlar ki, onların nə siyasətlə, nə də hərbi ilə hər hansı bağlılığı var idi. Tək günahları Konqoda yaşamaq idi. Onların onsuz da yeganə məqsədi həyatda qalmaq idi. Çünki ölkədə hər gün yüzlərlə insan məhz aclıqdan ölürdü. Baxmayaraq ki, Konqo Afrikanın təbii sərvətlərinə görə ən zəngin ölkəsidir. Afrikanın su ehtiyatlarının 55 faizindən çoxu bu ölkədə yerləşir. Dənizdə və çaylarda çoxlu balıq ehtiyatları var. Zəngin qızıl, uran, almaz yataqları olsa da, ölkənin özünün bu sərvətlərdən istifadə etməsi üçün imkan yaradılmır. Daima müharibə şəraiti olduğundan xalq səfalət içində yaşayır." Enzo İkah ölkəsindəki vətəndaş müharibəsinin başa çatmasını istəmiş və bunun üçün çalışmışdır. Müğənni olduğundan bunu mahnılarında ifadə etmişdir. Belə ki, o, mahnılarında vətəndaş müharibəsinin başa çatmasını, insanların sülh şəraitində yaşamasını, qadınlara təcavüzün dayandırılmasını istəmişdir. Lakin o, siyasi səbəblərlə həbs olunmuş və həbsxanada ona işgəncə verilərək arxa dişləri qoparılmışdır. Həbsxanadan azad olduqdan sonra Türkiyəyə mühacirət etmişdir və hazırda İstanbulda yaşayır və burada da ölkəsi üçün mahnılar oxumaqda davam edir. İstanbulu çox sevir və buranın bütün mədəniyyətlər və irqlər üçün ev sahibliyi etdiyini, insanlar arasında dilinə, dininə, irqinə fərq qoyulmadığından Türkiyəni çox sevdiyini deyir. Ən böyük arzusu ən qısa zamanda ölkəsində vətəndaş müharibəsinin başa çatması və Konqoya geri qayıtmasıdır.




 











































ShareThis