2012/12/22

Müasir Dövrün İnsanları

Dünya çox sürətli şəkildə dəyişir. Dünyada dəyişikliklər baş verdikcə insanlar, onların ehtiyacları və ətrafda baş verən proseslərə baxış tərzləri də dəyişir. Misal üçün;
- Əvvəllər: Ata, indi gündəlikdəki bütün qiymətlərim 5-dir. Yaya qədər hamsı 5 olsa mənə bir velosiped ala bilərsən?
- İndi: Ata, qiymətlərim hamsı yaxşıdı, ancaq sən mənə hələ də bir noutbuk almamısan!

- Əvvəllər: Çıxar oğlum o boynundakını. Oğlan nədir, boynundan sep asmaq nədir?!
- İndi: Ata, təzə sırğam necədi, bəyəndin?

- Əvvəllər: Aç suyu burax həyətə, qoy biraz sərinlik olsun.
- İndi: Bağla o suyu, elə bilirsən pul var ödəməyə suyun pulunu?!

- Əvvəllər: Dərsdən sonra gedək evə Dendi'də "Super Mario" oynayarıq.
- İndi: Gəl qaçaq axrıncı dərsdən, gedib internet klubda "Counter Strike" oynayaq.

- Əvvəllər: Dəhşət darıxıram, gəl bir chata girək görək kim var kim yox.
- İndi: Hamı Facebook'dadır, bir səndən başqa. Dünyadan xəbərin yoxdur.

- Əvvəllər: Böyüyəndə nə olacaqsan? - Həkim, mühəndis, polis və s.
- İndi: Böyüyəndə nə olacaqsan? - Pullu olsun, nə işi olur olsun.

- Əvvəllər: Bir televizora çıxa bilsəydim, yaxşı məhşur olardım ağlımın hesabına.
- İndi: Bir televizora çıxa bilsəydim, yaxşı məhşur olardım düşüklüyümün hesabına.

- Əvvəllər: Kaş Qarabağda gedib vuruşardım, torpaqlarımızı geri qaytara bilərdik.
- İndi: İmkan olsaydı, ölkədən qaçıb gedərdik.

Dəyişən dünyada bəs sizin həyatınızda nələr dəyişib?

ShareThis