2012/12/30

Küləklər Şəhəri - Çikaqo (24 Şəkil)

 
Çikaqo Amerika Birləşmiş Ştatlarında Nyu York və Los Anceles şəhərlərindən sonra həm ərazisinə, həm də əhalisinin sayına görə 3-cü ən böyük şəhərdir. İllinois ştatında yerləşir. Əsası 1795-ci ildə qoyulmuşdur. Çikaqo bir vaxtlar dünyada həm də mafiyalar şəhəri kimi də tanınırdı. Şəhər əsasən, özünün məhşur musiqi ənənələri ilə tanınır. Caz və blyuz tipli musiqilərə şəhərdə böyük maraq və sevgi var. Bu şəhərin özünə məxsus xüsusiyyətlərindən biri də çoxlu zəngin muzeylərə malik olmasıdır. Ləqəbi də Bakı ilə eynidir, yəni ölkənin Küləklər şəhəri hesab olunur. Çikaqoda 2,7 milyon insan yaşayır.
İnternetdə xarici saytlarda gəzərkən, birdən Çikaqonun şəkillərini gördüm, istədim paylaşım. Həm də onu deyim ki, mən 2010-cu ildə "Work and Travel" proqramı ilə ABŞ-da, özü də Çikaqo şəhərində olmuşam. Olduca gözəl, təmiz və səmimi insanlara ev sahibliyi edən bir şəhər kimi yaddaşımda qalıb. Şəhəri məhşurlaşdıran ən böyük tikili isə, 108 mərtəbədən ibarət, 442 metr hündüryündə olan "Willis Tower" adlı hündürmərtəbəli ofis binasıdır. Bina həm də turistlərin ən çox ziyarət etdiyi yerlərdəndir. Şəxsən mən də onun ən yüksək mərtəbəsinə çıxıb şəhəri, habelə ABŞ-ın 4 başqa ştatını buradan asanlıqla izləmişəm. Möhtəşəm görüntü ilə qarşılaşır insan həqiqətən də. Bir maraqlı cəhət də, binanın turistlər üçün nəzərdə tutulan hissəsinin şəffaf şüşədən hazırlanmasıdır. Yəni, sanki 442 metr yüksəklikdə havada dayanmış kimi hiss edirsiniz. Şəhərin ən məhşur parklarından biri isə "Millenium" parkıdır. Parkda nəhəng bir kürə yerləşdirilib və kürəyə yaxınlaşdıqda şəhərin mənzərəsini görə bilirsiniz, yəni bir növ kürə böyük güzgü rolunu da oynayır. Şəhərdə hər yer o qədər planlı tikilib ki, şəhəri yaxşı tanımasanız belə, azmağınız mümkün deyil.












 












ShareThis