2012/12/23

Həyatını Sənətə Qurban Verən Fotoqraf (15 Şəkil)

Öz sənətini ürəkdən sevən bəzi fotoqrafların bu hadisə haqqında məlumatı var. Buna baxmayaraq, istərdim ki, bir daha baş vermiş hadisə haqqında bilməyənlər üçün qeyd edim. Demək, 1980-ci ilin may ayının 18-də amerikan fotoqrafı Robert Landsberg St. Helens vulkanının ətrafına şəxsi avtomobili ilə gələrək son günlər vulkan ətrafında baş verən fəallığı kameranın yaddaşına köçürmək istədi. Lakin, çox çəkmədi ki, vulkan elə oradaca partlayışa keçdi. Nəticədə bu cəhənnəmdən sağ çıxa bilməyəcəyini başa düşən Robert avtomobilinin qapılarını hər tərəfdən möhkəm şəkildə bağlayaraq, kamerası ilə avtomobilin içindən şəkillər çəkməyə başladı. O, başa düşürdü ki, vulkan lavaları onu tezliklə məhv edəcək, ancaq sırf sənətinə hörmət və sevgi naminə ölənə qədər dəhşətin şəklini çəkdi. Onun meyidi avtomobilin içində vulkan partlayışından tam 17 gün sonra tapıldı. Hətta meyidi görənlərdən bəziləri göz yaşlarını saxlaya bilmədi. Ona görə ki, o, son ana qədər kameraya bir şey olmasın, baş verənləri hər kəs görsün deyə, onun üzərini bədəni ilə örtmüşdü. Kamerası ilə çəkdikləri ictimaiyyətə televiziya vasitəsi ilə göstərildi. Şəkilər həmçinin "National Geographic" jurnalının 1981-ci ildəki buraxılışlarından birində ilk səhifələrdə öz əksini tapdı. Yeri gəlmişkən, bizim ölkəmizdə hər əlinə kamera götürən, gedib orda-burda qızların orasını-burasını çəkən özünü təcrübəli fotoqraf hesab edir, elələri fotoqraf adının "F" hərfinə də layiq deyil. Mənim nəzərimdə əsl fotoqraf insanların normalda görməsinin mümkün olmadığı, ya da görmək istədiklərini ən müxtəlif şəkillərdə çəkib onlara təqdim edən şəxsdir.















ShareThis