2011/06/07

"Su" Qiymətinə Sərt Disk "10 MB = 3398$" (1 Şəkil)

Texnologiya hər keçən saat inkişaf edir. Hər keçən saat nəsə bir yenilik olur. Ancaq qiymət baxımından indiki dövr əvvəlki vaxtlarla müqayisədə çox insaflıdır. Şəkildə gördüyünüz sərt disk təxminən 1980-ci ilə aid bir jurnaldandır. Həmin ildə 10 MB üçün təklif olunan qiymət isə adamı şok edən bir məbləğdir. Tam 3398$. Kiçik bir riyazi hesablama ilə, o dövrdə 1 MB üçün ödənilən məbləğin 340$ olduğunu müəyyən etmək olar. Ancaq indiki zamanda 500 GB həcmindəki bir sərt diski 120-150$ almaq mümkündür. Fərqi hiss edin! =)



Əlavə olaraq

IBM kompaniyası 1955-ci ilin mayında ilk sərt diski(IBM 350) təqdim etdi. Tona yaxın çəkisi (971 kq) olan sərt disk ölçüsünə görə iri şkafı xatırladırdı. Perfokart və maqnit lentlərinin istifadə olunduğu bir dövrdə 5 milyon simvolu (5 MB) yaddaşda saxlayan sərt diskin yaradılması çox böyük uğur idi. Sərt disk RAMAC (Random Access Method of Accounting and Control) adlanırdı və IBM-in San-Xose şəhərindəki laboratoriyasında hazırlanmışdı. Qiyməti 50 min dollar idi. 1 mbaytın qiyməti 10 min dollara bərabər idi. Sərt disk 35 min dollara (o dövrdə bu qiymət17 minik avtomobilinin qiymətinə bərabər idi!) icarəyə verilirdi.
Sərt disk daxilində 50 ədəd 24 düym diametrə malik plastin yerləşirdi, oxuyan başlıq 1ədəd olduğundan diskin işləmə surəti çox ləng idi. Yenə də Ronald Conson tərəfindən hazırlanmış digər modeldə isə (IBM 1301) hər 1 plastində ayrıca başlıq var idi, bu da sərt diskin surətini artırırdı. Sərt disklər ölçüsünə görə (böyük yer tuturdu) bir çox illər ən çox elmi mərkəzlərin, iri kompaniyaların kompüter laboratoriyalarında istifadə olunmuşdur.
1980-cı ildə Seagate Technology ST- 506 - 5 MB yaddaşa malik ilk 5 düyməli sərt diski təqdim etdi. Bu hadisə nəticəsində sərt disklər fərdi kompüterlərdə işlədilən əsas qurğulardan birinə çevrildi.


Mənbə göstərmədən şəkilləri və ya onlar haqqındakı məlumatları əkişdirənlər, siz pis bir oğrudan başqa bir ŞEY deyilsiniz! )


Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...

ShareThis