2011/05/19

Dünyanın Tərk Edilmiş 10 Ən Xaraba Şəhəri (10 Şəkil)

Dünyanın Tərk Edilmiş 10 Ən Xaraba Şəhəri
Elə şəhərlər olur ki, onlarda bir vaxtlar həyat varkən, insanlar normal şəkildə yaşayarkən birdən-birə hər şey alt-üst olur. Hər şey məhv olur, insanlar bərbad vəziyyətə düşmüş yeri - şəhəri tərk etməli olurlar. Nəticədə isə bir vaxt həyat qaynayan bir şəhər artıq sahibsiz, kimsəsiz sadəcə daşlardan ibarət olan bir yerə çevrilir. İngilis dilində belə şəhərlərə "ghost city" deyilir. Yəni ruhların yaşadığı şəhər məmasını verir. Dünyanın o tərəfindən bu tərəfinə kimi hər tərəfdə belə şəhərlərə rast gəlmək mümkündür. Keçmiş svilizasiyaları özlərində əks etdirir o şəhərlər. Bəziləri təbiət hadisələri nəticəsində, bəziləri müharibələr nəticəsində, bəziləri insanların sadəcə məsuliyyətsiliyi ucbatından tərk edilmişdir...
10 Şəkil 

Pripyat Şəhəri (1986-cı ildən tərk edilmişdir)
Ukraynanın paytaxtı Kiyevdən təxminən 100 km aralıda yerləşir. 1986-cı ildə 26 aprel tarixində Çernobil atom fəlakətindən sonra bu şəhər tamamilə tərk edildi. Çünki ətrafa yayılmış olan radioaktiv maddələr şəhərdə yaşamağı mümkünsüz etdi. İnsanların sağlamlığı ciddi surətdə zədələndi. İndinin özündə belə şəhərdə həmin fəlakətin izləri qalmaqdadır və bəzi hissələrinə isə giriş istənilən şəxslər üçün də qadağandır. Çünki həmin hissələrdə olan şüalanma insanı öldürəcək qədər çoxdur. Ancaq maraqlı bir cəhət ondan ibarətdir ki, şəhər 25 ildən çoxdur ki, tərk edilmişdir və burada heç bir insan fəaliyyəti olmamışdır həmin zamandan bu günə kimi. Bəlkə də bunun nəticəsidir ki, artıq təbiət yavaş-yavaş özünü tənzimləyir və əvvəlki dövrlərdəki kimi canlı heyvanat və bitki aləmi geri qayıdır. Hətta yollarda belə ağacların bitdiyini və canavarların və digər vəhşi heyvanların, habelə otyeyən heyvanların sayında ciddi şəkildə artım var. Bir müddətdən sonra, Ukraynada yuxarı dairələrdə bu şəhərin müəyyən hissəsinin muzeyə çevrilməsi kimi bir fikir vardır. 

Sanzi Şəhəri (1980-ci ildən tərk edilmişdir)
Şəhər Tayvanın şimalında yerləşir. Əslində sırf kurort şəhəri idi və burdakı obyektlər amerikalı bir biznesmen tərəfindən idarə edilirdi. Şəhərin tərk edilmə səbəbinə gəldikdə isə, buradakı obyektlərin əksəriyyəti UFO stilli, yəni onların uçan boşqabları formasında tikilirdi. Nə baş verdisə, elə bundan sonra baş verdi. Tikinti gedən dövrdə xeyli sayda işçi müəmmalı şəkildə tikinti yerlərindəki qəzalarda, yaxud da avtomobil qəzalarında öldülər. Qısa zamanda ölü sayı 20-ə qədər yüksəldi. Bu isə, yerli əhalini çox narahat etdi. Onların bir çoxu bunu aparılan tikinti ilə əlaqələndirdi. Deyirdilər ki, bu aparılan tikililər yerin altındakı əjdahanı narahat edir və o narahat olduğundan da həmin şəhərdə yaşayan hər kəsi də tədricən məhv edəcək. Aparılan tikililər başa çatdırıla bilmədi, çünki əhali şəhəri tərk etmişdi...

Krako Şəhəri (1963-cü ildən tərk edilmişdir)
Şəhər İtaliyadadır. Çox hündürdə, yüksəklikdə yerləşir. Bir neçə dəfə dalbadal zəlzələdən sonra şəhərdə artıq kimsə yaşamaq istəməmişdir və tərk edilmişdir. İnsi isə turistlər üçün böyük maraq doğuran yerlərdən biridir.

Kolmanskop Şəhəri (1954-cü ildən tərk edilmişdir)
Namibiyada yerləşir. Bir vaxtlar almaz axtarışında olanlar üçün əvəzedilməz bir şəhər idi. İndi isə şəhər sadəcə qumların altında qalmış bir yerə çevrilmişdir. Şəhər almanlar tərəfindən burda böyük mineral sərvətlərin olduğu aşkar edildikdən sonra yaradılmışdır. Ancaq elə ki, şəhərin bütün sərvətləri daşınıb aparılmış və onunla da şəhərdəki insan həyatına son qoyulmuşdur. Şəhər indi qumların altında batmaq üzrədir. Namibiya səhrasındakı qumlar öz sözlərini deyirlər bu şəhərin üstündə...

Ruh Adası (1974-cü ildən tərk edilmişdir)
Yaponiyada yerləşir. Mitsubishi və digər bir neçə böyük və məhşur yapon şirkətlərinin yaranma və inkişaf mərkəzi olmuşdur. Buna görə də burda böyük canlanma var idi. Ancaq sonra tədricən bu adadan daha çox sənayeləşmiş şəhərlərə doğru köç olundu, şəhər isə boşaldı. 2009-cu ildən isə şəhər turistlər üçün açıq elan edildi...

Oradour-Sur-Glane (1944-cü ildən tərk edilmişdir)
Fransada yerləşir. İkinci Dünya Müharibəsi illərində Nasistlər hücum edərək şəhəri tamamilə dağıtdılar və 642 yerli sakini də öldürdülər. Yandırılmış evlər və maşınlar həmin ildən bu ilə kimi də olduğu kimi qalmışdır. Tarixi bir muzey kimi 1944-cü ildən bu günə kimi saxlanılır.

Centralia Şəhəri (2001-ci ildən tərk edilmişdir)
Pensilvaniya ştatında, ABŞ-da yerləşir. Şəhərin giriş hissəsi tamamilə dağılmış və ZİP kodu isə ləğv edilmişdir. Bu şəhərə gedən əsas magistral yol da dağılmışdır. Şəhərin tərk edilmə səbəbi isə yanğınlar olmuşdur. Baş verən yanğınlar şəhərdəki həyatı iflic etmiş və buradakı insan həyatını tamamlamışdır. Buna baxmayaraq, yavaş-yavaş insanlar şəhərə geri dönürlər. Burdakı həyat tədricən dirçəlir. Həmçinin insanlar da onlara dəymiş ziyan üçün təzminat istəyirlər.

Humberstone Şəhəri (1960-cı ildən tərk edilmişdir)
Şimali Atakama səhrasında, Çili dövləti ərazisində yerləşir. 2005-ci ildən UNESCO irsi hesab edilir. Şəhərin qurulması və inkişafı bu ərazidə olan təbii sərbətlərlə bağlı idi. Lakin bir müddət sonra bu şəhər də ekstermal hava şəraiti ilə əlaqədar olaraq tərk edildi.

Bodie Şəhəri (1942-ci ildən tərk edilmişdir)
Kaliforniya ştatında, ABŞ ərazisində yerləşir. Şəhərin yüksəlişi 1880-ci illərə aiddir. Burdakı qızıl mədənləri insanların böyük marağını çəkirdi. Dövrünün ştatdakı ən böyük şəhərlərindən idi. Bir neçə xəstəxanası, məktəbi, kilsələri və digər obyektləri var idi. İndi isə şəhər tamamilə boşalıb. Turistlər burda o vaxt ümüdlə və qızıl həvəsi ilə tikilmiş bir şəhərin xarabalıqlarında gəzirlər.

Kayaköy Şəhəri (1923-cü ildən tərk edilmişdir)
Türkiyə ərazisində yerləşir. Əvvəllər bu şəhərdə yüzillərdir ki, burada məskunlaşmış minlərlə yunanca danışan xristian əsilli insanlar var idi. Ancaq şəhərin tərk edilmə səbəbinə gəldikdə isə Türkiyə  və işğalçı qüvvələr arasında baş verən döyüşlər şəhərdəki vəziyyəti çox ağırlaşdırdı. İnfrastruktur ciddi surətdə zədələndi. 500-dən çox ev, kilsələr məhv oldu. İndi isə şəhər turistlər üçün açıq elan olunmuş yerlərdən biridir.

Mənbə göstərmədən şəkilləri və ya onlar haqqındakı məlumatları əkişdirənlər, siz pis bir oğrudan başqa bir ŞEY deyilsiniz! )


Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...

ShareThis