2011/05/19

Braziliyada Bir Həbsxana (24 Şəkil)

Braziliyada Bir Həbsxana
Brazilyada əhalinin maddi cəhətdən yaxşı təmin olunmuş hissəsi ilə, maddi cəhəti bərbad olan hissəsi arasında çox ciddi uçurum var. Milli gəlirin qeyri-bərabər bölünməsinə görə Brazilya bu siyahıdakı öndə gedən ölkələrdən biridir. İnsanların çox hissəsi olduqca yoxsul olduğundan cinayi xarakterli davranışlara da tez-tez yol verirlər. Onlara qarşı isə hökümətin münasibəti çox sərt olur. Belə ki, məhkum olunanların sayının çox olması və yeni həbsxanalara ehtiyac olmasına baxmayaraq, hökümət qəsdən yeni həbsxanaların tikilişini ləngidir. İnsanları kütləvi şəkildə eyni bir hücrədə saxlanılırlar. Məhkumlara olan belə vəhşi münasibət çox təşkilat tərəfindən qınansa da, yenə də dəyişən ciddi nəsə yoxdur. Brazilya həbsxanalarında tez-tez üsyanlar da baş verir. Polislərin savadsız olması, məhkumlara işgəncə verilməsi, onların şərəf və ləyaqətinin alçaldılması məhkumları toplu şəkildə ayağa qalxmağa sövq edir ki, hər üsyan nəticəsində də, həm məhkumlar tərəfindən, həm də polis tərəfindən xeyli itkilər olur. Digər tərəfdən, Brazilya gecəqondularunda xalqı dövlətdən müdafiə etdiyini iddia edən xeyli sayda cinayətkar dəstələr də vardır və əsasən, kasıbların yaşadığı gecəqondulardakı insanlar da bu cinayətkar birliklərə dəstək verirlər. PCC 1992-ci ildə yaradılmışdır, Tauba həbsxanasındakı üsyanın polis tərəfindən zor gücünə və amansızlıqla yatırılmasından sonra, məhkumların vahid yerdən idarə olunması və üsyanın daha güclü şəkildə keçirilməsi üçün təşkil edilmiş cinayətkar birliklərdən biri idi. 2008-ci il statistikasına əsasən, Brazilyada 500.000 məhkum var idi. İndi isə bu rəqəmin 750.000-800.000 olduğu təxmin edilir. Brazilyada məhkumlar o qədər çoxdur ki, əslində hər 15 gündən bir yeni bir həbsxana inşa edilməldir. Hazırkı həbsxanaların böyük əksəriyyətindəki durum çox pisdir. Həbsxanalar qaranlıq, rütubətli, pis qoxuludur. Sanki feodalizm dövründəki zindanları xatırladır. Son olaraq onu da qeyd edim ki, Brazilya məhkəmələri nadir hallarda orta təbəqədən və yuxarı təbəqədən kiminsə barəsində azadlıqdan məhrum etməklə bağlı hökm çıxardırlar.
24 Şəkil


























Mənbə göstərmədən şəkilləri və ya onlar haqqındakı məlumatları əkişdirənlər, siz pis bir oğrudan başqa bir ŞEY deyilsiniz! )


Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...

ShareThis