2011/05/26

2005-ci İldə Dünyanın Ən Yaxşı Şeiri Seçilib

Tarix boyu qaradərililər ağdərililər tərəfindən aşağılandı, satıldı, döyüldü, öldürüldü, hətta insan yerinə belə qoyulmadılar. Sadəcə qaradərili olduqları üçün. Dərilərinin qara olması, onları bir çox hüquqlardan, bəzi təbii hüquqlardan belə məhrum etdi. Ancaq uzun mübarizələrdən sonra, nəhayət ki, ağdərililərə aid hüquqlara sahib ola bildilər. Bariz nümunəsi isə, ABŞ-dadır. Ancaq onların sahib olduqları hüquqlardan danışarkən "qismən" sözünü də işlətməliyəm! Hələ də bəzi ölkələrdə qaradərililərə sırf qara olduqlarına görə işəgötürərkən və ya başqa hallarda ayrı-seçkilik edirlər.
Şeirdə, bir afrikalı şagirdin qara olmasını fəxrlə ifadə etməsini özündə ehtiva edən bir mövzu əks olunur. Bu qısa şeir 2005-ci ildə Dünyanın ən yaxşı, ən məzmunlu, düşündürücü şeiri seçilmişdir.

Doğulanda qara idim.

Böyüyəndə qara idim.
Günəşin altında qara idim. 
Qorxanda qara idim.
Xəstələnəndə qara idim.
Öləndə də qarayam…

Ama sən ağ adam,
Doğulanda çəhrayısan.
Böyüyəndə ağsan.
Günəşin altında qırmızı olursan.
Üşüyəndə bənövşəyi.
Qorxanda sarı.
Xəstələnəndə yaşıl.
Öləndə isə bozsan…


Bəs hələ də mənə rəngli deyirsən?

Mənbə göstərmədən şəkilləri və ya onlar haqqındakı məlumatları əkişdirənlər, siz pis bir oğrudan başqa bir ŞEY deyilsiniz! )


Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...

ShareThis