2012/12/31

Şəhərlərdə Yeni İl Şənlikləri (68 Şəkil)

Yeni il dünyanın əksər ölkələrində böyük sevgi ilə qeyd olunan bayramdır. Dünyanın bir çox şəhərlərində Yeni il şənlikləri zamanı şəhərlər - evlər, həyətlər, mağazalar, ağaclar, bir sözlə mümkün olan hər yer bir-birindən rəngli və gözəl işıqlarla bəzədilir. Nəticədə ortaya fərqli rənglərdə olan işıqların yaratdığı möhtəşəm mənzərələr çıxır. Şəkillərdə şərqdən-qərbə bir çox ölkələrdə bəzədilmiş şəhərlərlə tanış olacaqsınız...

2012/12/30

Sinəsində Narkotika Gizlətmiş Qadın (2 Şəkil)

Bu yaxınlarda İspaniyanın Barselona şəhərindəki aeroportda maraqlı bir hadisə baş verib. 20 yaşlı Panama vətəndaşı olan qadından El Prat aeroportunun təhlükəsizlik əməkdaşları şübhələniblər. Çünki qadının sinəsi onlara çox böyük gəlib. Qadın narkotika biznesi ilə məşğul olan narkobaronların tranzit ölkə kimi istifadə etdikəri Panamadan gəldiyindən polislərin şübhələri daha da artaraq  onun üzərinə baxış keçirmək qərarına gəliblər. Bu zaman qadının sinəsinə toxunduqda orada nəsə fərqli bir şey olduğunu başa düşüblər. Qadın onlara sinəsinin silikon olduğunu desə də, polis əməkdaşları buna inanmayaraq, onu ən yaxın xəstəxanaya müayinə üçün aparıblar. Burada rentgen vasitəsi ilə müəyyən olunub ki, qadının sinəsi özünün dediyi kimi silikon deyil. Belə ki, qadının sinəsində təxminən 1,3 kq çəkidə narkotik maddə olan kokain gizlədilibmiş. Qadın həbs edilməmişdən öncə, əməliyyatla sinəsində gizlədilmiş narkotik maddə həkimlər tərəfindən götürülüb.

Amazon Meşələrindən Görüntülər (46 Şəkil)

Planetin ağciyəri adlandırılan Amazon meşəliklərləri dünyanın ən zəngin canlı aləminə (bitki örtüyü və heyvanat aləmi) malik olan ərazidir. Böyük hissəsi Braziliya ərazisində yerləşir. Hələ də orada yaşayan canlı aləmin dəqiq şəkildə siyahısı müəyyən edilməmişdir və buna görə də tez-tez yeni canlıların tapılması hallarına rast gəlmək olur. Çünki olduqca sıx olan meşəlik ərazilər tədqiqatçılara meşənin dərinliklərinə getməsinə imkan vermir. Amazon çayı həm də qədim dövrlərdən qalma piraniya balıqlarına da sahiblik edir. Bəzi mənbələrdə bu vəhşi balıqların timsaha kütləvi şəkildə hücum edib onu yedikləri də deyilir. Yaxın illərdə isə, hətta meşənin dərinliklərində sivilizasiyadan tamamilə təcrid olunmuş qəbilə ictimai quruluşunda yaşayan insanlara belə rast gəlinmişdir. Onların müasir həyatla heç bir əlaqəsi olmadığından, tədqiqatçılar nə onlarla, nə də onların yaşadığı yaxın ərazilərlə bağlı araşdırma aparmamaq qərarına gəlmişlər. Çox təəssüflər olsun ki, bu cür zəngin təbiət günü-gündən məhv olmaqdadır. İnsan oğlunun əli dəydiyi yerdə mütləq nəsə baş verməlidir. Elə bu meşəlik ərazilərin də hər keçən gün azalması dünyada oksigen ehtiyatlarının da xeyli miqdarda azalmasına, əvəzində karbon qazlarının çoxalmasına gətirib çıxarır. Braziliyanın xarici dövlətlərə xeyli miqdarda borcu olduğundan o, borcun ödənilməsi üçün meşəliklərin qırılıb satılmasını çıxış yolu kimi görsə də, bir çox dövlətlər, habelə yaşıllığın qorunması üzrə ixtisaslaşmış təşkilatlar buna ciddi cəhdlə qarşı çıxır.

Küləklər Şəhəri - Çikaqo (24 Şəkil)

 
Çikaqo Amerika Birləşmiş Ştatlarında Nyu York və Los Anceles şəhərlərindən sonra həm ərazisinə, həm də əhalisinin sayına görə 3-cü ən böyük şəhərdir. İllinois ştatında yerləşir. Əsası 1795-ci ildə qoyulmuşdur. Çikaqo bir vaxtlar dünyada həm də mafiyalar şəhəri kimi də tanınırdı. Şəhər əsasən, özünün məhşur musiqi ənənələri ilə tanınır. Caz və blyuz tipli musiqilərə şəhərdə böyük maraq və sevgi var. Bu şəhərin özünə məxsus xüsusiyyətlərindən biri də çoxlu zəngin muzeylərə malik olmasıdır. Ləqəbi də Bakı ilə eynidir, yəni ölkənin Küləklər şəhəri hesab olunur. Çikaqoda 2,7 milyon insan yaşayır.
İnternetdə xarici saytlarda gəzərkən, birdən Çikaqonun şəkillərini gördüm, istədim paylaşım. Həm də onu deyim ki, mən 2010-cu ildə "Work and Travel" proqramı ilə ABŞ-da, özü də Çikaqo şəhərində olmuşam. Olduca gözəl, təmiz və səmimi insanlara ev sahibliyi edən bir şəhər kimi yaddaşımda qalıb. Şəhəri məhşurlaşdıran ən böyük tikili isə, 108 mərtəbədən ibarət, 442 metr hündüryündə olan "Willis Tower" adlı hündürmərtəbəli ofis binasıdır. Bina həm də turistlərin ən çox ziyarət etdiyi yerlərdəndir. Şəxsən mən də onun ən yüksək mərtəbəsinə çıxıb şəhəri, habelə ABŞ-ın 4 başqa ştatını buradan asanlıqla izləmişəm. Möhtəşəm görüntü ilə qarşılaşır insan həqiqətən də. Bir maraqlı cəhət də, binanın turistlər üçün nəzərdə tutulan hissəsinin şəffaf şüşədən hazırlanmasıdır. Yəni, sanki 442 metr yüksəklikdə havada dayanmış kimi hiss edirsiniz. Şəhərin ən məhşur parklarından biri isə "Millenium" parkıdır. Parkda nəhəng bir kürə yerləşdirilib və kürəyə yaxınlaşdıqda şəhərin mənzərəsini görə bilirsiniz, yəni bir növ kürə böyük güzgü rolunu da oynayır. Şəhərdə hər yer o qədər planlı tikilib ki, şəhəri yaxşı tanımasanız belə, azmağınız mümkün deyil.

2012/12/29

Azərbaycanda Odlu Silah Almağın Yolları

İnternetdə xəbərləri oxuyurdum birdən qarşıma "Azərbaycanda silah əldə etmək nə qədər asandır?" başlığı altında bir məqalə çıxdı. Maraqlı gəldi daxil oldum. Xoşuma gəldi yazılanlar, çünki elə mən də daxil olmaqla, çoxlarının bilmədiyi, lakin həmişə bilmək arzusunda olduğu bir məsələyə toxunulmuşdu. Hazırda ölkədə vətəndaşlarda odlu silah görmək demək olar ki, mümkün deyil. Silahları yalnız televizordakı filmlərdə, ya da kompyuterdəki oyunlarda görə bilirik. Şəxsən mən özüm axrıncı dəfə odlu silahı əsgərlikdə görmüşəm. Nəysə, keçək mətləbə. Məqaləni oxuduqdan sonra, istədim sizinlə də paylaşım, qanunda yazılanlardan xəbəriniz olsun. Bütün məqaləni yox, ancaq ixtisarla önəmli bildiyim yerləri burada qeyd edəcəyəm...

ShareThis