Bu şəkillərdə tanınmış aktyor Will Smith 'in 1.8 milyon dollar dəyərində olan treyleri ilə tanış olacaqsınız. Yəqin ki, belə bir şey dünyada yalnız onda ola bilər. Kimin ağlına gələ bilər ki, o treylerin içi super şəraitdə olan iki mərtəbəli bir evdir? :)
2011/06/29
Porsche 911 'in İnkişaf Tarixçəsi (11 Şəkil)
Gəlin baxaq görək, Porsche 911 arxamızda buraxdığımız əsrdən bu günə kimi necə dəyişib, fərqliləşib. Bu şəkillərdə təxminən ilk istehsal edildiyi vaxtlardan bu günə kimi olan dəyişiklikləri görə biləcəksiniz. Bu isə 50-60 il ərzində edilən dəyişikliklər deməkdir...
2011/06/27
Porsche 911 'i Necə Məhv Etmək Olar? (16 Şəkil)
Şəkillərdə görəcəyiniz Porsche 911 'in sahibi Massachusetts ştatından olan zəngin bir şəxs idi. O adı qeyd olunan maşınla qəza törətdi və ondan sonra avtomobil xeyli zədələnmişdi, ancaq avtomobilinə olan sevgisi yenisini ala biləcək qədər imkani olmasına baxmayaraq, bunu etmədi və əlavə 20 min dollar xərc çəkərək yenidən onu təmir etdirdi. Lakin təmir olunmasına baxmayaraq, avtomobil ona əvvəlki rahatlığı vermədi və ona olan marağı da itdi. Nəticədə avtomobildən ömürlük qurtulmaq qərarına gələn bu şəxs onu Amerika Silah Klubuna hədiyyə etdi. Silah klubuna hədiyyə olunan maşının başına baxın, sonra nə gəldi. Silah kluna üzv olan şəxslər hissə-hissə həmin avtomobili nişan alaraq ağır silahlarla atəş açdılar. Sadəcə bir neçə dəqiqə davam edən atəşdən sonra, avtomobil tanınmaz hala gəldi. Yazış maşın, o buna layiq deyildi...
2011/06/26
Elly - Vyetnamı Dünyaya Tanıdan Məhşur Qız (30 Şəkil)
Viyetnamla bağlı yəqin ki, çoxunuzun məlumatı çox azdır. Bu da onunla bağlıdır ki, iqtisadi inkişaf cəhətdən geridə qalmış bir dövlətdir, qapalıdır. Buna görə də dünyaya inteqrasiya prosesi çox zəif gedir. Şəxsən mənim Vyetnamla bağlı olan məlumatlarım onun yerləşdiyi coğrafi mövqe və Vyetnan müharibəsi ilə bağlı olacaq informasiyalar qədər məhduddur. Şəkillərdə görəcəyiniz bu qızın adı Elly-dir. Yəqin ki, bu onun əsl adı deyil, sadəcə yaddaşda yaxşı qalması üçün bir növ ləqəb kimi bu ad verilib ona. Bu qızın Vyetnamı bütün dünyaya tanıtmasında nə qədər böyük rolu olduğunu bilirdinizmi? Yəqin ki, yox.
2011/06/24
Romantikanın Sonu :) (3 Şəkil)
Şəkillər yenə Çində çəkilmişdir. Bir cütlük yağşlı bir gündə parkda mehriban şəkildə gəzirlər. Ancaq onları bir neçə dəqiqə sonra gözləyən fəlakətdən xəbərləri belə yoxdur. Həmin an bundan xəbəri olan yeganə şəxs çox güman ki, onların şəkillərini çəkəcək olan fotoqrafdır. :) Fotoqraf əvvəlcə onların bir şəklini çəkir. Daha sonra isə baş verəcək daşqının olmasını gözləyir. Hər şey istədiyi kimi olur. Qəfil gələn su cütlüyü şok vəziyyətinə salır. Ancaq mənə nəsə maraqlı gələn oğlanın suda nə etmək istəməsidir. Bir əli qızda, bir əli də çətirdə olan o oğlanın həmin vaxt niyyəti, məqsədi nə ola bilərdi ki? :)




