Şəkillər yenə Çində çəkilmişdir. Bir cütlük yağşlı bir gündə parkda mehriban şəkildə gəzirlər. Ancaq onları bir neçə dəqiqə sonra gözləyən fəlakətdən xəbərləri belə yoxdur. Həmin an bundan xəbəri olan yeganə şəxs çox güman ki, onların şəkillərini çəkəcək olan fotoqrafdır. :) Fotoqraf əvvəlcə onların bir şəklini çəkir. Daha sonra isə baş verəcək daşqının olmasını gözləyir. Hər şey istədiyi kimi olur. Qəfil gələn su cütlüyü şok vəziyyətinə salır. Ancaq mənə nəsə maraqlı gələn oğlanın suda nə etmək istəməsidir. Bir əli qızda, bir əli də çətirdə olan o oğlanın həmin vaxt niyyəti, məqsədi nə ola bilərdi ki? :)
Mənbə göstərmədən şəkilləri və ya onlar haqqındakı məlumatları əkişdirənlər, özlərini kişi saymasınlar. Kişi oğurluq etməz! )
Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...
Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...