İspaniyada may ayından Barselona şəhərindən başlanan mitinqlər qısa zamanda bütün şəhəri bürüdü. Üsyançılar kamplar quraraq meydanlardan çəkilməyəcəklərini bəyan ediblər. Bu iki şəkil isə şəhərdə may ayının 27-də çəkilmişdir. Şəkildə oturacaqlardan birində yatmış və heç mitinqdən xəbəri belə olmayan (olsa belə, onun üçün nə mənası var ki?) bir evsiz-eşiksizə ("xalq" arasında bomj da deyirlər) qarşı polislərin vəhşicəsinə hücum çəkməsi və onu döyərək oyatması görünür. Polislərin bunu hansı məqsədlə etdiyi bilinmir, ancaq real olan bir şey var ki, bunun adı vəhşilikdən başqa bir şey deyil!
2011/06/04
İspaniyadakı Mitinqlərdən Şok Görüntülər (12 Şəkil)
İspaniyada mitinqlər, nümayişlər davam edir. Nümayişlərin ilk günlərində polislər etirazçılara qarşı dinc münasibət bəsləsə də, ancaq bu şəkillərdən belə görünür ki, artıq polislərin də səbri kəsilib, ya da yuxarıdan mitinqi birdəfəlik boğmağı tapşırıblar. Şəkillər polislərin vətəndaşlarla necə kobud rəftar etməsinin əyani sübutudur.
Burada Hansı Heyvan Yaşayır? (3 Şəkil)
Yol qıraqlarında, əsasən, təmir vaxtları gördüyümüz bu konusların əslində bir yuva da ola biləcəyini heç ağlınıza gətirmisinizmi? :)
Onu qaldıranda, elə bir heyvanı görəcəksiniz ki, heç ağlınıza da gəlməz ki, belə bir yer həmin heyvanın "ağlına" necə gəlib. :)
2011/06/03
Dünya Xəritələri (14 Şəkil)
Dünən dünyanın bütün xəritələrini çətinliklə də olsa bir arada toplaya bildim. Şəkillər PDF formatındakı fayllarda olduğundan onları JPG formatına çevirmək xeyli vaxt aldı, ancaq yenə də istədiyimə nail oldum. :) 14 yüksək keyfiyyətli xəritədə siz dünyanın istənilən nöqtəsini yaxından görə bilərsiniz. Eyni zamanda, telefonda və başqa şəkil formatlarını dəstəkləyən cihazlarda istifadə edə bilərsiniz. Şəkillərin ölçüsü: 2125x2799
Arxivə aşağıdakı xəritələr daxildir:
1) Afrika
2) Antarktida
3) Arktika
4) Asiya
5) Mərkəzi Amerika
6) Avropa
7) Yaxın Şərq
8) Şimali Amerika
9) Cənubi Amerika
10) Avstraliya və Okeaniya
11) Cənub Şərqi Asiya
12) Dünyanın Fiziki Xəritəsi
13) Dünyanın Siyasi Xəritəsi
14) Dünyanın Saat Qurşaqları Xəritəsi
2011/06/01
Meksikalı Narkobaronların "əl işi" Tankları (8 Şəkil)
Bu gördüyünüz qəribə görünüşlü zirehli maşın Meksika narkomafiyası tərəfindən orduya və polisə qarşı mübarizə aparmaq üçün hazırlandı. Adı "El Monstruo" -dur, 2011 modelidir. Hətta 100km/h sürətlə belə gedə bilir. Maraqlı isə odur ki, bu zirehli maşınlar əl işləridir, hər hansı zavod istehsalı deyil, məhz əl işləridir. Bu, heç də yeganə zirehli maşın deyil, 2010-cu il modeli də narkobaronların uzun müddət əsas "mühafizəçi" -lərindən olmuşdu. O, 40km/h ilə hərəkət edirdi. Zirehli maşınlar çox yüksək səviyyədə hazırlanmışlar, üzərlərində isə 10-12 nəfər şəxs yerləşib, küçədəki ordu və polisə atəş aça bilər. Meksikada ordu ilə narkobaronlar arasındakı küçə mübarizələrində tez-tez bu tipli əl işi olan zirehli maşınlara rast gəlmək mümkündür.




