İspaniyada may ayından Barselona şəhərindən başlanan mitinqlər qısa zamanda bütün şəhəri bürüdü. Üsyançılar kamplar quraraq meydanlardan çəkilməyəcəklərini bəyan ediblər. Bu iki şəkil isə şəhərdə may ayının 27-də çəkilmişdir. Şəkildə oturacaqlardan birində yatmış və heç mitinqdən xəbəri belə olmayan (olsa belə, onun üçün nə mənası var ki?) bir evsiz-eşiksizə ("xalq" arasında bomj da deyirlər) qarşı polislərin vəhşicəsinə hücum çəkməsi və onu döyərək oyatması görünür. Polislərin bunu hansı məqsədlə etdiyi bilinmir, ancaq real olan bir şey var ki, bunun adı vəhşilikdən başqa bir şey deyil!
Əlavə Olaraq
Yaşadığımız həyatda ola bilməzki kimsə bomja rast gəlməsin. Onlar vaxtilə müxtəlif mənsəb sahibləri olmuş insanlardır. Onların içində vaxtilə məhşur alimlər, universitet professorları və digər mənsəb sahibləri olub. Sovet quruluşu dağıldı və vəhşi kapitalizm dövrü başladı, onların bəziləri öz mənsəblərini və bütün mülklərini itirdilər. Hal-hazırda isə onlar sadəcə olaraq yaşayırlar. Bomjlar da insandırlar və mən deyərdim onlar yaşadığımız küt və öyrənməyə qarşı anti-simpatiyası olan insanlardan daha çox biliklidirlər. Onlara lağ edən, hər addımda onları əzməyə çalışanlar isə sadəcə olaraq mənəviyyatı ölmüş tərbiyəli robotlardır. Tərbiyəli robotlar isə Azərbaycanda nə qədər istəsən var və onların necə “insan”olduqlarını bilirik.
Əslində mənim danışacağım mövzu, bu gün metroda gördüyüm bir mənzərədir. Bu tərbiyəli robotların necə “insan” olduqlarının bir daha şahidi oldum. Bomjlara qarşı ayrı-seçkilik Nasist Almaniyası dövrünü xatırladır. Necəki nasistlər saçları sarı olmayanları cəmiyyətdə gözdən salırdılar, indidə bizim Azərbaycanın tərbiyəli robotları belə edirlər. Təkcə bomjlara qarşı yox, həmçinin də dilənçilərə qarşı da eyni münasibəti bəsləyirlər. Əlbəttə mənim nəzərdə tutduğum həqiqi dilənçilərdir. Ədalətsiz rejim, ədalətsiz cəmiyyət və bu ədalətsizliyin içində əziyyət görən, soyuqdan donmamaq üçün bir siqaret axtaran insanlar - bomjlardır. Bu günkü hadisə isə məni həm təsirləndirdi, həmdə hiddətləndirdi. Ona görə təsirləndirdi ki, metorda körpə uşağı ilə dilənən bir qadına yer ayırmaq üçün, özünü ziyalı adlandıran bir insanla mübahisə etməkdən çəkinmədi. Hiddətləndirən səbəb o oldu ki, bu mübahisədə həmin özünü ziyalı adlandıran mədəni canlı, söyüş söydü, lakin qarşısında dayanan, özünün heç nəyi olmayan, üstündən yatdığı skamyanın və ya torpağın iyi gələn insan isə qarşısındakı və onu təhqir edən şəxsə qarşı bir kəlmə də olsun söyüş işlətmədi. Burdan görünür ki, bomj deyə məzələndikləri tərbiyəli robotlar əslində daxildən tərbiyəsiz və mənəviyyatsızdırlar. Bomjlara qarşı ayrı-seçkilik edilməməlidir, çünki onlar da İNSANDIRLAR!!!
Bu yazını isə bu gün təsadüfən gördüm, toxunduğu mövzu xoşuma gəldi.
Mənbə
Mənbə göstərmədən şəkilləri və ya onlar haqqındakı məlumatları əkişdirənlər, siz pis bir oğrudan başqa bir ŞEY deyilsiniz! )
Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...
Mənbə göstərmədən şəkilləri və ya onlar haqqındakı məlumatları əkişdirənlər, siz pis bir oğrudan başqa bir ŞEY deyilsiniz! )
Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...