Nüvə silahı (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombası. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili everjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan everji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20—80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxar və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir.
İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-da hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımi dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponoyanın Xirosima (avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölmüşdür.
Dünyada özünü müstəqil hesab edən ölkələrdən yalnız 9-u nüvə silahına malikdir. Nüvə Silahının Yayılmaması haqqında Müqaviləyə əsasən bu ölkələrdən 5-i - ABŞ, Rusiya, Fransa, Çin və Böyük Britaniya digər dünya dövlətlərindən fərqli olan xüsusi statusa - "nüvə ölkələri" statusuna malikdirlər. Daha doğrusu, yalnız bu ölkələrin nüvə silahı əldə etmək "hüququ" vardır. Yalnız onlar digərləri üzərində öz hərbi üstünlüklərini saxlamaq və dünyanı idarə etmək üçün lazım olan "qadağaları" tətbiq edirlər. Lakin bu müqaviləyə qoşulmayan Hindistan, Pakistan, Şimali Koreya və İsrail də sonrakı illərdə nüvə silahını əldə etdilər. Heç şübhə yoxdur ki, İsrailin nüvə arsenalı da ABŞ-ın xüsusi dəstəyi ilə yaradıldı. Bu azmış kimi, 189 ölkənin qoşulduğu Nüvə Silahının Yayılmaması haqqında Müqaviləyə məhəl qoymayan İsrail Cənubi Afrika Respublikasının nüvə silahının hazırlanmasında da yaxında iştirak edib. Qeyri-rəsmi məlumatlara görə, İsrail 200-ə yaxın nüvə başlığına malikdir. Bu, təqribən Çinin malik olduğu nüvə başlıqları qədərdir. ABŞ-dan böyük miqdarda hərbi yardımlar alan və nüvə silahına malik olan İsrail, heç şübhəsiz ki, raketdən müdafiə sistemləri olmayan və hərbi cəhətdən zəif olan regional dövlətləri üçün ciddi təhlükə mənbəyi olaraq qalır.
İnsanlıq tarixinə qara hərflərlə yazılmış ilk nüvə faciəsi 1945-ci ilin 6 avqust tarixində baş verdi. ABŞ-ın inkişaf edən texnologiyası atom bombasını kəşf etmişdi və ölkə rəhbərliyi onu Yaponiyanın günahsız insanları üzərində sınaqdan keçirmək qərarına gəldi. 1945-ci il avqustun 6-sı saat 08:15-də ABŞ-ın "B29 Enola Gay" təyyarəsi Uran 235 tipli "little boy" (balaca oğlan) adı verilən 15 min ton TNT-lik atom bombasını günahsız Xirosima sakinlərinin üzərinə atdı. O dövr üçün Yaponiyanın ən inkişaf etmiş şəhərlərindən sayılan və ən güclü hərbi bazaların yerləşdiyi Xirosima şəhərinin yarısı atom bombasının zərbəsindən tamamilə məhv oldu. Nəticədə 70 min nəfər öldü, 140 min nəfər yaralandı. 100 mindən artıq adam radiasiya şüalanmasına məruz qaldı. Sonrakı illərdə də üzə çıxan bu radiasiya təsirləri nəticəsində dünyasını dəyişən insanların sayı yüz minlərlədir. Bundan 3 gün sonra - avqustun 9-u saat 11:02-də ABŞ aviasiyası Yaponiyanın digər şəhəri Naqasakiyə “Fat Man” adlı Plqtonium-239 tipli atom bombasını atdı. Partlayış nəticəsində Naqasaki şəhərinin 74 min sakini həlak oldu. Naqasaki bələdiyyəsinin açıqladığı rəsmi məlumata görə, 9 avqust 1945-ci ildə və sonradan radiasiyanın təsirindən ölənlərin sayı 143 min 124 nəfərdir.
Sovetlər Birliyi “İlk şimşək” kod adlı ilk atom bombasını 29 avqust 1949-cu ildə sınadı. İlk bombanın partladığı gündən 25 oktyabr 1990-cı il tarixinə qədər keçmiş SSRİ 715 nüvə sınaq keçirdi. İngiltərə 1952-ci ildə nüvə silah sahibi ölkələr klubunun üçüncü üzvü oldu. İngiltərə “Qasırğa” kod adlı 25 kilotonluk nüvə silahını Avstraliya sahilləri yaxınlığında sınaqdan keçirdi. Mətbuatda İngiltərənin Avstraliyanın Maralinqa şəhəri yaxınlığında 14 sentyabr 1957-ci ildə keçirdiyi başqa bir sınaqdan fotogörüntülər yayıldı. 4 May 1956-cı ildə Marşall Adaları yaxınlarındakı nüvə sınağı da jurnalistlərin gözü qabağında baş tutdu. İkinci Dünya müharibəsindən sonra ABŞ-ın nüvə sınaqları keçirdiyi Enevetakın sakinləri zorla olsa da adadan köçürüldülər. Enevetakda 1951-ci ildə ümumilikdə 11 nüvə sınağı həyata keçirildi.
Fransa 1960-cı ildə müstəmləkələrindən biri olan Əlcəzairdə ilk atom bombasını sınağını keçirməklə nüvə yarışana qoşulmuş oldu. Çin 16 oktyabr 1965-ci ildə “596” kod adlı ilk nüvə silahını sınaqdan keçirdi. Bu sınaqdan üç il sonra isə ilk termonüvə sınağı baş tutdu. Çin indiyə qədər 46 nüvə sınağı reallaşdırıb. Çinin 20 uzunmənzilli qitələrarası və mənzili 13 min kilometrə çatan ballistik mərmisi olan 400 nüvə silahına sahib olduğu bildirilir. Çin həmçinin 60 orta mənzilli mərmi və 150 bombardman təyyarəsinə sahibdir.
1974-cü ildə Hindistan nüvə silahının sınağını keçirmiş ilk nüvəsiz ölkə oldu. Belə ki, ölkənin Poqran poliqonunda Hindistan Xarici İşlər Nazirliyinin müəyyən etdiyi kimi yeraltı “dinc nüvə partlayışı” həyata keçirildi. 1997-ci ildə isə Hindistan nüvə proqramının o zamankı rəhbəri bu partlaşın yalnız dinc məqsədli olmadığını etiraf etdi. O zaman saziş qeyri-nüvə ölkələrinə belə testlərin keçirilməsini qadağan etmirdi. Hindistanın havadan və raket sistemləri ilə nüvə silahları 2500 kilometr uzaqlıqdakı hədəfə çata bilir. Daha uzaqmənzilli raketlər hazırlamaq üçün işlərin görüldüyü bildirilir. Hindistan ilk sınaq zamanı Kanadanın köməyi ilə qurulan nüvə reaktorunda əldə edilən plutonamı istifadə etdi. 1998-ci ildə də 3 ayrı sınaq keçirildi. Hindistan dinc məqsədli nüvə enerjisi proqramında Rusiyadan kömək alır. Bəzi ekspertlər eyni texnologiyanın nüvə silahının inkişaf etdirilməsində istifadə edilməsindən narahatlıq edir.
Pakistan 1998-ci ildən bu yana beş nüvə sınağının edildiyini söyləyir. Bəzi ekspertlər raketlərlə başlıqların tam olaraq modernləşdirilmədiyini, döyüş başlıqları ilə əsas hissənin ayrı-ayrı anbarlarda saxlanıldığını iddia edir. Son illərdə Pakistan həm hərbi, həm də dinc məqsədlərə çatmağa imkan verən texnologiyaya çatmağa xüsusi səy göstərir. Nüvə mühəndisi olan A.Khanın 2004-cü ildə verdiyi müsahibəsində Pakistanın İran, Liviya və Şimali Koreya ilə nüvə texnologiyası sahəsində əməkdaşlığı barəsindəki fikirləri ciddi narahatlıq yaratdı.
Ekspertlər İsrailin 100-200 arasında nüvə silahına sahib olduğunu qeyd edir. Ayrıca, İsrail ordusunun nüvə başlıqlı döyüş təyyarələri və üç sualtı qayığa malik olduğu bildirilir. İsrailin nüvə proqramının 1950-ci illərin əvvəlində başladığı və ilk bombanı da 1967-ci ildə çıxardığı təxmin edilir. 1986-cı ildə Mordehay Vanunu adlı nüvə mühəndisinin izahatları nəticəsində bəlli oldu ki, İsrailin nüvə proqramı təxmin ediləndən daha irəlidədir.
Mənbə göstərmədən şəkilləri və ya onlar haqqındakı məlumatları əkişdirənlər, siz pis bir oğrudan başqa bir ŞEY deyilsiniz! )
Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...
Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...