2011/05/09

Norveçdə Bir Həbsxana (15 Şəkil)

Norveçdə Bir Həbsxana
"Halden Fengsel" adı verilən belə bir insanlığa layiq bir həbsxananın tikilməsi üçün tam 10 il sərf olunmuş və bu, 252 milyon dollara başa gəlmişdir. 252 məhkumun cəza cəkməsi üçün nəzərdə tutulmuşdur. 75 hektar ərazini əhatə edən həbsxana meşəlik bir yerin yaxınlığındadır. Hər hücrədə quraşdırılmış LCD televizorlar belə var. 
Həbsxananın xüsusi tibb mərkəzi də var. 
Divarlarda isə dəyəri 1 milyon dollara bərabər olan rəsm əsərləri mövcuddur. Belə bir lüks səviyyədə tikilmiş ilk həbsxanadır.

Həbsxananı yaradarkən belə bir prinsip qarşıya qoyulmuşdur: Həbsxanadakı məhkumlar da insandırlar və onları cəmiyyətdən təcrid etməkdə məqsəd onları islah edib, cəmiyyətə yararlı bir şəxs kimi geri qayıtmasına nail olmaqdır. Təbii ki, bunun üçün də həm məhkumun psixi cəhətdən, həm də fiziki cəhətdən normal olan bir şəraitdə islah edilməsi, tərbiyələndirilməsi daha məqsədəuyğundur. 
15 Şəkil


















Mənbə göstərmədən şəkilləri və ya onlar haqqındakı məlumatları əkişdirənlər, siz pis bir oğrudan başqa bir ŞEY deyilsiniz! )


Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...

ShareThis