2011/05/10

Kaliforniya Ştatında Marixuana Tarlası (23 Şəkil)

Kaliforniya Ştatında Marixuana Tarlası
Kaliforniya ştatının Mendocino əyalətində xüsusi ayrılmş yerlərdə narkotik vasitə olan marixuana əkilir. Əkilmiş olan bitkilər bir müddət sonra yetişir və əldə olunan "məhsuldan" müxtəlif yollarla marixuana adı verilən narkotik vasitə əldə edilir. Uzun illərdir ki, həmin tarlaların məhv edilməsi ilə bağlı məhkəmələrə saysız hesabsız şikayətlər getsə də, ancaq bu tarlalar hələ də öz fəaliyyətini davam etdirir. Ona görə ləğv edilmir ki, həmin marixuana narkotik vasitəsindən müalicəvi məqsədlər üçün istifadə edildiyi və müsbət nəticələr əldə edildiyi iddia edilir. Təsadüfi də deyildir ki, 
Kaliforniya ştatı qanuni şəkildə həkimlərə 1996-cı ildən marixuananı tibbi preparat kimi pasiyentlərə tətbiq etməyə imkan verən ilk Amerika ştatı olmuşdur.
23 Şəkil




























Marixuana haqqında 20 fakt

1. Marixuana qurudulmuş çətənə çiçəyindən və yarpaqlarından hazırlanır.


2. Dünyada 162 milyon insan ildə bir dəfədən çox marixuanadan istifadə edir.



3. Marixuana dünyada spirtli içkidən sonra əhval ruhiyyəni qaldıran ən yaxşı vasitə hesab edilir.

4. ABŞ məktəblərində oxuyan şagirdlərin 40% həyatlarında bir dəfə, 
20% isə mütəmadi olaraq Marixuanadan istifadə edirlər.

5. İnsanı öldürmək üçün 800 marixuana çöpü kifayət edər, ölüm səbəbi isə narkotik 
vasitədədən yox karbon oksiddən zəhərlənmə olacaqdır.

6. Marixuananın 200-ə yaxın növü vardır. Ən geniş yayılanları isə: nəşə, alaq otu və həşişdir.

7. Marixuananın beynəlxalq adı - cannabis-dir. Amerikada isə onu sadəcə olaraq «vasitə» alandırırlar.

8. «Marixuana» sözü isə ilk dəfə olaraq meksika hərbi bölümündə yaranıb. 
Həmin bölmə ərazisində Mariya və Joanna adlı fahişələrin əsgərlər üçün gətirdiyi «uçuran vasitə»yə hər ikisinin 
adlarını birləşdirərək Marixuanna adı qoymuşdular. O andan bəri narkotik vasitənin adı Marixuana olaraq qalmışdı.

9. Cannabis bitkisi hər şəraitdə yetişə bilər. Bitkinin ölçüsü gün ərzində 3-5 sm arta bilir. Hündürlüyü isə yarım metrə yaxın olur.

10. Marixuanın ən fəal inqrediyenti THK (delta-9-tetrhydrocannabinol)-dur. 
Məhz bu kimyəvi maddə insan psixikasına təsir edərək marixuananın effektini yaradır.

11. Kiçik dozada THK-dan alınan Psixoaktiv effekt insanda ətraf mühitin gedişatından asılı olmayan fərəh hissi yaradır.
Vasitə həmçinin insanda vizual hissiyatını genişləndirə, iy və dad bilməni gərginləşdirə bilər.

12. Marixuanın tərkibindəki THK-nın zənginliyi çəltiyin becərildiyi torpaqdan, fəsildən və hava şəraitindən 
asılıdır.Marixuananın bir nümunəsində 3%-dən 20%-dək THK ola bilər. 

13. Elə ölkələr vardır ki, orada marixuanna qismən və ya tam olaraq qanuniləşdirilib: Şəxsi qəbul üçün- Çexiya, 
Holandiya, Belçika, İsveçrə, İngiltərə, Yalnız tibbi müalicə üçün- Avstraliya, ABŞ, Kanada, İsrail.
Hansı ölkədə ki, marixuana tan qanuni şəkildə icazəlidirsə həmin ölkədə hər bir kəs azad şəkildə marixuananı
üzərində, evində saxlaya, istədiyi zaman qəbul edə bilər. Əgər qanunsuz olaraq onu evində 
saxlayarsa Heç bir cinayət işi açılmadan həmin vasitəni yalnız müsadirə edirlər. 

14. 1850-ci ildən 1942-ci ilədək Marixuana ABŞ-da ürəkbulanmaya, revatizmə qarşı və ağrıkəsici dərman kimi
bütün aptek və marketlərdə xüsusi qablaşdırılmış formada əldə etmək mümkün idi.

15. Həkimlər Tibbi marixuananı SPİD, qlaukoma, xərçəng, skleroz, epilepsiya və xroniki ağrılardan və xəstəliklərdən
əziyyət çəkən pasientlər üçün əvəzolunmaz tibbi preparat hesab edirlər.

16. 2003-cü ildə Kanada ağır xəstəliklərdən əziyyət çəkən pasientlər üçün 
Marixuanadan ən çox istifadə edən ölkələr siyahısında birinci yerdə idi.

17. 1996-cı ildə Kaliforniya həkimləri qanuni şəkildə Marixuananı tibbi preparat kimi pasiyentlərə qəbul etdirən ilk Amerika ştatı olub.

18. 85% çətənək bağlı yerlərdə və xüsusi lampalar altında becərilir. 

19. Rusiya və Azərbaycanda Marixuana uzun müddət anaşa adlandırılırdı. 

20. Dünyada Marixuana qəbulundan dünyasını dəyişən heç bir ölüm hadisəsi qeyd alınmayıb. 
Hətta hansı dozada ölüm hadisəsi baş verə biləcəyini öyrənmək üçün itlər üzərinə əməliyyat aparılır. 
Atlar üzərində aparılan əməliyyatlardada heç bir ölüm hadisəsi qeydə alınmayıb

Mənbə göstərmədən şəkilləri və ya onlar haqqındakı məlumatları əkişdirənlər, siz pis bir oğrudan başqa bir ŞEY deyilsiniz! )


Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...

ShareThis