2011/05/10

Facebook'da Ən Çox Nifrət Edilən İnsan Tipləri (7 Şəkil)

Facebook'da Nifrət Edilən İnsan Tipləri
Facebook'un iddia etdiyinə görə təxminən 500 milyon üzvü var. Nə qədər böyük rəqəm olduğunu düşünmək üçün sadəcə ora üzv olan insan sayısı ilə Azərbaycan əhalisinin sayını müqayisə etmək də kifayətdir. Hər nəysə, Facebook'a bu qədər insan üzv olub, təbii ki hər cür insana da rast gəlmək olur bu sosial şəbəkədə. Beləliklə, sizlərə Facebook'da ən çox nifrət edilən insan tiplərini təqdim edirəm. Çalışın elələrindən uzaq durun! :)
7 Şəkil


1-ci tipə aid olanlar, ancaq səhifə, qrup, şəkil və s. facebook'da "like" eləməyin mümkün olduğu nə varsa adamın gözünə "soxur" və zorla bəyənməyimizi istəyirlər, bəzən də tələb edirlər. Yəqin ki, bu "xəstəlik" bizimkilərə türklərdən keçib. Onlarda da müxtəlif yollarla səhifələri, qrupları bəyənməyə təhrik edirlər...


2-ci tipə aid olanlar, tez-tez pessimist tipli statuslar yazırlar: "Bü gün mənim ən pis günümdür. Artıq həyatımın mənası qalmayıb. Çox kefsizəm. Yaşamaq istəmirəm. Özümü öldürmək istəyirəm. Artıq məni heç kim sevmir. Və s..." Səbəbini soruşduqda, "eh, burda yazılmalı şey deyil, ya da boş ver." deyirlər...  
Bəs onda bu zibili niyə yazıb camaatın da qanın qaraldırsan?!


3-cü tipə aid olanlar, adətən facebook'da yeni qeydiyyatdan keçən istifadəçilər olurlar. Onlar üçün facebook sadəcə və sadəcə tanışlıq mərkəzidir. Sanki cənnətə düşmüş kimi gözləri hər şeyin gözəlini axtarır. İlk maraqlandıqları da qızlar olur. Dostluqlarında olan 3-5 adamın profillərinə daxil olur və həmin adamın dost siyahısındakı bütün qızlara dostluq təklifi göndərirlər. Sonra da dostluq göndərmə xidməti onlar üçün müvəqqəti dayandırıldıqda, utanmaz-utanmaz facebook'un səbəbsiz yerə onların hesablarında belə məhdudiyyətlər qoyduğunu deyirlər...


4-cü tipə aid olanlar, qarşılarına çıxan hər lazımsız facebook proqramlarına, oyunlarına üzv olur və onlardan özü də bilmədən dostluq siyahısındakı hər kəsə saysız-hesabsız dəvətlər göndərirlər, yaxud çoxlu sayda mənasız suallar tərtib edirlər və digərlərini belə suallarla məşğul edirlər.


5-ci tipə aid olanlar, bir qız şəkli görən kimi şəkli bəyənib-bəyənmədiklərindən asılı olmayaraq ona şərhlərdə xoş sözlərlə "padxod" edib "tutmağa" çalışan oğlanlar və imkan yaranan kimi xarici bir oğlanla dialoqa girib özünü dürtməyə çalışan qızlardır. 


6-cı tipə aid olanlar, tanıyıb-tanımadıqları insanları səbəbli-səbəsiz yerə "poke" eləyib narahat edənlərdir. Hərçənd "səbəbli" ifadəsini işlətsəm də, heç özüm də "poke" xidmətinin nə məna, əhəmiyyət kəsb etdiyini anlamış deyiləm. :))


7-ci tipə aid olanlar, bir qrup və ya səhifə yaradıb özünü böyük bir "p*x" kimi aparanlardır. Elə bil hansısa ucqar bir kəndin bələdiyyə sədridirlər. :))



Burda yazılanlar hamsı mənim subyektiv mövqeyimdir. Tiplərlə bağlı və ya tipləri artırmaq kimi bir fikriniz olsa, şərh yazmaqdan çəkinməyin... ©

Mənbə göstərmədən şəkilləri və ya onlar haqqındakı məlumatları əkişdirənlər, siz pis bir oğrudan başqa bir ŞEY deyilsiniz! )


Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...

ShareThis