2011/05/02

Dünyanın Ali Təhsili Olmayan 10 Ən Varlı İnsanları (10 Şəkil)

Dünyanın Ali Təhsili Olmayan 10 Ən Varlı İnsanları
Hal-hazırda dünyanın ən varlı insanlarının heç də hər biri ali təhsilli deyillər. Onların bir hissəsi ali təhsil almadan da və ya ali təhsillərini başa vurmadan da istədikləri həyatı qura biləcəklərinə inanmış, bu yolda çalışmış və məqsədlərinə nail olmuşlar.
Məncə, bu yaşadığımız Azərbaycanda da nəzərə alınsaydı yaxşı olardı. O qədər insan var ki, qabiliyyəti başqa sahələrə olsa da, onu ali təhsil almağa məcbur edirlər...
10 Şəkil


Bill Gates
Tələbə olduğu ilk illərdə universitetin ən avara tələbəsi kimi tanınırdı. O, vəkil və müəllimə oğlu idi. 1973-cü ilin payızında Harvard universitetinə qəbul olundu. Sadəcə 2 il burdakı rejimə tab gətirə bildi sonra universitetdə oxumağa son qoyub uşaqlıq dostu Paull Allenlə birlikdə Microsoft şirkətini yaratdı. İndi isə o, Harvard Universitetinin tarixində məzun ola bilməyən ən varlı şəxs kimi qalır. Əldə etdiyi ciddi uğurlar sayəsində 2007-ci ildə isə o, Harvard Universitetinin fəxri doktoru adına layiq görülmüşdür.

Steve Jobs
İş həyatındakı ən şanslı insanlardan, universitet həyatında isə ən şanssız tələbələrdən biri məhz o olmuşdur. Əgər o, vaxtında parta arxalarından əl çəkməsəydi indi çox güman ki, nə iPhone, nə iPod, nə iPad, nə də MAC olardı. Təhsil aldığı Ridge universitetindən kənarlaşdırılma səbəbi təhsil haqqını ödəyə bilməməsi olmuşdu. Universitetdən qovulduqdan sonra o, özünə olan inamını itirməmiş "Apple", "Next Computer", və "Pixar" şirkətlərini yaratmışdı. 

Frank Lloyd Wright
ABŞ-ın #1 memarı olmuşdur. 1886-cı ildə ildə Wisconsin-Medison universitetinə qəbul olunmuş, lakin bir il sonra orada oxumaqdan imtina etmişdir. Universiteti tərk etdikdən sonra o, Çikaqo şəhərinə gəlmiş və burada "müasirliyin atası" ləqəbini daşıyan Louis Sullivan adlı şəxslə tanış olmuşdur. Ölümündən sonra geriyə bir-birindən mükəmməl 500 proyekt, habelə Nyu Yorkdakı məhşur Solomon.R. Gugguenheim muzeyini buraxmışdır.

Buckminster Fuller
Tanınmış memar, filosof və ixtiraçıdır. Onunla bağlı olan ən maraqlı məqam isə düz 2 dəfə Harvard Universitetindən kənarlaşdırılmasıdır. Univeritet həyatındakı uğursuzluq onu iş həyatında və ailə həyatında da izləmişdir. Buna baxmayaraq o, hündürmərtəbəli binaların və avtomobillərin müasir vəziyyətinin formalaşmasında əvəzedilməz rol oynamışdır.

James Cameron
Oskar mükafatını qazanmış bir rejissor. Kanada da anadan olsa da, lakin ailəsi sonradan Kaliforniyaya köçmüşdür. Fullerton universitetinin Psixologiya fakültəsinə qəbul olunmuş, lakin bir müddət sonra universitetdən qovulmuşdur. Universitet həyatı ilə vidalaşdıqdan sonra o bir ofisiant qızla ailə qurmuş və bir yük maşınında sürücü işləməyə başlamışdır. "Star Wars"-a baxdıqdan sonra o rejissor olmaq qərarına gəldi və indi hamımızın yaxşı tanıdığı "Avatar" filminin rejissoru da məhz odur.

Mark Zuckerberg
Universitetdən kənarlaşdırılmış, ancaq bu gün ən zəngin olan insanlardan biri də məhz Mark Zuckerberg-dir. Dünyanın ən məhşur sosial şəbəkəsi olan "Facebook" -u o, universitet yataqxanasındakı otağında olarkən yaratmış və qısa zaman ərzində ona olan marağı və sevgini gördükdən sonra təhsil aldığı Harvard Universitetini tərk etmiş və sırf sosial şəbəkənin işləri ilə məhşur olmuşdur. Hazırda Facebook ona milyonlar qazandırır.

Tom Hanks
O da uşaq vaxtından məktəbə getməyə nifrət edirdi. Universitetdə oxumaq isə ağlından belə keçmirdi. Aktyorluq həyatındakı uğur isə ona Cleveland adı verilən ərazidə təşkil olunan "Böyük Göllər Teatrı"-nda qatar sürücüsü olaraq gəldi.

Harrison Ford
O, Wisconsin ştatındakı Ripon Kollecində Fəlsəfə fakültəsinə qəbul olunmuşdur. Kollecdən məzun olmağına sadəcə bir neçə imtahan qalmış o oxumağı dayandırmışdır. Bundan sonra o, fimlərdə çox kiçik rollar almış, habelə dülgər kimi işləmişdir. Təxminən 10 il sonra o, rejissorluğu Geoge Lucas tərəfindən həyata keçirilən  "American Graffiti" adlı filmdə yaxşı bir rol əldə etmişdir. Daha sonra isə, o, rejissorluğu yenə George Lucas tərəfinən aparılan və bütün dünyaya yaxşı məlum olan "Star Wars"-un sevimli aktyoru olmuşdur. 

Lady Gaga
Əsl adı Stefani Joanne Angelina Germanotta olan, lakin dünyaya Lady Gaga kimi özünü təqdim edən bu sənətçi Qızlar Gimnaziyasında təhsil alırdı. Lakin bir müddət sonra o, dərs oxumaqdan imtina edərək, mahnı oxumağa başladı.

Tiger Woods
Dünyanın ən çox qazanan idmançılarından biri hesab edilən Tiger Woods Stanford Universitetində dünya iqtisadiyyatı fakültəsində oxuyurdu. Lakin öz ixtisasına heç həvəsinin olmaması və bütün marağının golf oynuna olması onu universitetə əlvida deməyə və golf oynu ilə məşğul olmağa məcbur etdi. Hazırda o, illik yüz milyonlarla dollar qazanır. 


Tərcümə etdi: Rasim Mammadov

Yenidən yayımlayarkən, mənbəyə istinad edin!

Mənbə göstərmədən şəkilləri və ya onlar haqqındakı məlumatları əkişdirənlər, siz pis bir oğrudan başqa bir ŞEY deyilsiniz! )


Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...

ShareThis