Şəkildə gördüyünüz bu uşaq Avstraliyada yaşayır. Adı Çarli Parker'dir. Bu uşağı öz yaşıdlarından, habelə milyonlarla insandan fərqləndirən ən böyük xüsusiyyəti heyvanlara, xüsusilə də vəhşi heyvanlara olan marağıdır. O, tez-tez atası ilə vəhşi heyvanların yaşadıqları yerlərə gedir. Hətta şəkillərdən də göründüyü kimi, o, bu dəfə kiçik bir timsahla xüsusi hazırlanmış bir göldə çimir. :)
2013/01/26
Köynək Geyinən Meymun (7 Şəkil)
Şəkildə görəcəyiniz qorilla hardansa əlinə keçirdiyi bu qısaqol köynəyi geyinməyə çalışır. Əvvəlcə onu necə geyinməsi barədə bir fikri olmasa da, sonra bir çarəsini tapır, kiçik ölçülü köynəyi öz yekə bədəninə yerləşdirə bilir. =)
2013/01/22
Gözəl Qız Avtomobildə (1 Video)
Shelby markalı bir avtomobilə minmiş cazibədar qız maşının hər dəfə sürət yığması ilə qəribə reaksiya verir. :)
2013/01/21
Uşağın Birinci Doğum Günü Tortu (6 Şəkil)
Şəkildə gördüyünüz uşaq ilk ad gününü bu günlərdə qeyd etdi. Ona üzərində animasiya qəhrəmanı olan maşınlı bir tort hazırlanmışdı. Tort ona veriləndən sonra, baxın, uşaq tortu necə yedi. :)
2013/01/20
Restoranlara Aparılan Pişiklər (16 Şəkil)
Çində restoranlardan birinə qanunsuz şəkildə satılmaq məqsədi ilə küçələrdən toplanmış təxminən 1000 ədəd pişiyi yeşiklərdə daşıyan yük maşını yolda qəzaya uğradı. Qəza nəticəsində yük maşını aşdı və içərisində olan yeşiklər də ətrafa səpələndi. Pişiklərin bir hissəsi ölsə də, sağ qalanlara xeyirxah insanlar tərəfindən yardım edildi. Lakin pişiklərin növbəti taleyi barədə məlumat yoxdur.

