2011/05/14

Qızların Düşüncə Tərzi (2 Şəkil)

Qızların Düşüncə Tərzi
Qızı rəqsə dəvət edərək onunla tanış olmaq istəyən və bu yolda ilk addımı atmaq istəyən bir oğlana qızın verdiyi cavab çox maraqlı oldu. Qız bu cavabı fikirləşənədək, baxın ağlından nələri keçirdi 
və sonra verəcəyi cavab isə nə oldu...
2 Şəkil

Antarktida Materikindən Gözəl Mənzərələr (32 Şəkil)

Antarktida Materikindən Gözəl Mənzərələr
Antarktida yerin ən cənub materiki və qitəsi olub tamamilə cənub yarımkürəsində yerləşir və Cənub okeanı (əvvəllər bu okeana Hind, Sakit və Atlantik okeanlarının cənub hissəsi kimi baxırdılar) ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.metrdir ki, bu da Antarktidanı yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Materikin 98%-i orta qalınlığı 1,6 km olan buz layı ilə örtülüb. Materikin kəşfindən hələ xeyli əvvəllər Terra Australis (Cənub torpağı) və Terra Incognito (Naməlum torpaq) haqqında əfsanə və spekulyasiyalar olsa da Antarktidanı ilk dəfə 1820-ci ildə Lazarev və Bellinqhauzenin ekspedisiyası kəşf edib. Lakin çətin iqlim şəraiti və qitənin qalan dünyadan təcrid olunması sonrakı dövrlərdə onun tədqiq edilməsinə böyük maneələr törədib.Antarktida bütün materiklərin ən soyuq, ən quru, ən küləkli və ən yüksək olanıdır və çox az yağıntılar səbəbindən materikin daxili texniki cəhətdən dünyanın ən böyük səhrasıdır. Antarktidanın daimi məskunları yoxdur və tarixöncəsi insan məskənlərinin izlərinə də rast gəlinmir. Yalnız pinqvin və suiti kimi soyuğadavamlı canlılar Antarktidanın daimi sakinləridir.
Bu gün üçün Antarktidanın hüquqi və beynəlxalq statusunu 1959-cu ildə 12 ölkə tərəfindən imzalanmış və indi 45 iştirakçı tərəfə malik Antarktika müqaviləsimüəyyən edir. Müqaviləyə əsasən materikdə hərbi sınaqlar keçirmək və faydalı qazıntıların hasilatı ilə məşğul olmaq qadağandır və Antarktida üzərində heç bir ölkə suverenliyə malik ola bilməz. Hal-hazırda müxtəlif ölkələrdən 4 mindən çox tədqiqatçı tədqiqatlara cəlb olunub.
32 Şəkil

Tam Zamanında Çəkilmiş Şəkillər (20 Şəkil)

Tam Zamanında Çəkilmiş Şəkillər
Şəkil çəkmək özü də bir qabiliyyətdir. Təbii ki, hər kəs şəkil çəkə bilər. Özü də indiki yüksək səviyyədəki texnikanın köməyi ilə lap deyərdim ki, bunu balaca uşaqlar da bacara bilər. Söhbət burda professional şəkil çəkməkdən gedir. Hamı şəkil çəkə bilər, ancaq hamı professional səviyyədə şəkil çəkə bilməz. Şəkillərdə görəcəyiniz fotoqraflar şəkilləri çəkmək üçün tam uyğun zamanı seçmişlər. Elə bir zamanda çəkmişlər ki, bəlkədə bir-iki saniyə gecikmələri və ya tələsmələri hər şeyi bərbad edə və onları da sadə bir amatör şəkilçəkəndən fərqləndirməzdi. Bəlkə də ona görə şəkillər bu qədər gözəl və fərqlidir...
20 Şəkil

Facebook'un Ən Gözəl Profil'ləri (11 Şəkil)

Facebook'un Ən Gözəl Profil'ləri
Onların hər biri profillərini bu şəkildə hazırlamaq üçün günlərcə vaxt sərf etmişlər. Əksəriyyəti isə həm də rəssamdır. Yəqin ki, ona görə də fərqlənmək üçün fərqli bir profilə sahib olmağı özlərinə vacib bilmişlər. :) Əlavə olaraq, bu şəxslərin hər biri real şəxslərdir. Adlarını da açıq şəkildə qeyd etmələrinin başlıca səbəbi bəzilərinin onları saxtakarlıqda və ya fotoşop köməyindən istifadə etməkdə ittiham etmələrinin qarşısını almaqdır. :)
11 Şəkil

Qorxulu Görünən Kuklalar (15 Şəkil)

Qorxulu Görünən Kuklalar
Belə qorxunc görkəmdə olan kuklaları hansı axmaq hazırlaya bilər, bilmirəm. Ən əsası da belə oyuncaqlar hansı məqsədlə hazırlana bilər ki? Görünüşləri nəinki bir uşağı, hətta yetişkin insanları belə qorxudacaq qədər iyrənc olan bu kuklalar, fikrimcə, konkret filmlərdə istifadə olunmaq üçün nəzərdə tutulub. Ancaq hansı məqsəd üçün nəzərdə tutulursa tutulsun, çox ürküdücü görünürlər. Birinci şəkildə görünən, hələ içərlərindəki ən "abırlısıdır". Digərlərinə nəzər yetirdikdən sonra nə qədər haqlı olduğumu özünüz də görəcəksiniz. :) Bir şeyi qeyd edim ki, yanınızda ürəyi xəstə və azyaşlılar varsa, onları yanınızdan uzaqlaşdırmaq üçün əvvəlcədən bir bəhanə hazırlayın. :)
15 Şəkil

ShareThis