Söz yox ki, Amerikan əsgəri əfqan polisindən istər fiziki sağlamlığına və hazırlığına görə olsun, istərsə də, texniki təchizatına görə olsun çox üstündür. Hətta müqayisə edilməz dərəcədə üstün. Şəkillərdəki müqayisə də, onsuz da qeyd olunan göstəricilər üzrə Amerikan əsgəri ilə Əfqan polisini əks etdirmir. Əfqan əsgərlərinin simasında olan bir şey var ki, ona Amerikan əsgərlərinin sifətində rast gəlmək mümkün deyil. Onun adı "ƏZİYYƏT"-dir. O, əziyyət ki, Əfqan polislərinə təbəssüm etməyi unutdurub. Yanaşı dayananların hər biri eyni yaşdadır, ancaq heç biriniz onların eyni yaşda olmasına inanmayacaqsınız ki, insan gənc yaşında necə bu qədər yaşlı görünə bilər?!
2013/07/21
Rəsmi Tədbirə Şortiklə Gələn Qız (3 Şəkil)
Şəkildə görəcəyiniz qız Litvanın paytaxtı Vilnüs şəhərində keçirilmiş olimpiadada ən savadlı şagird adını qazanmağa nail oldu. Bununla əlaqədar təşkil olunmuş tədbirdə hətta şəhərin icra hakimiyyətinin başçısı da iştirak etdi. Rəsmi tədbirə dəvət olunan qız isə son dərəcə qısa bir geyimlə gələrək tədbir iştirakçılarının narazılığına səbəb oldu.
Londonu "İşğal" Etmiş Qaraçılar (15 Şəkil)
Rumıniyanın Avropa Birliyinə daxil olmasından sonra orada yaşayan qaraçıların Avropa Birliyinə aid olan ölkələrə problemsiz gediş-gəlişinə şərait yarandı. Belə ki, vizasız gedişin mümkün olmasından istifadə edən qaraçılar hətta İngiltərəyə kimi yayılmış vəziyyətdədirlər. Bundan ən çox narahat olan isə onların çoxluq təşkil etdiyi yerlərdə yaşayan insanlardır. Qaraçılar parkları ələ keçiriblər və parklardan çıxmaqdan imtina edirlər. Bu da yerli sakinlərin parklarda istirahət etmək hüququndan məhrum olmasına səbəb olur. Digər tərəfdən yerli sakinlər onların həm özlərinə, həm də ətraf mühitə qarşı natəmizliyindən şikayətlənirlər. Hüquq mühafizə orqanları isə xırda xuliqanlıq və oğurluq hadisələrinin qaraçıların ölkəyə yayılmasından sonra daha da artmasına görə narahatlığını ifadə edir.
2013/04/05
Ən Vəfalı Dost (10 Şəkil)
Çoxdandır bloqumda heç bir yenilik etmirdim. İş həyatına başladıqdan sonra insan gün ərzində o qədər yorulur ki, özünü evə çatdıranda tək düşündüyü şey yatmaq olur. Hər nəysə, şəkildə gördüyünüz bu şirin görünüşlü itlə sizi tanış etməyimə icazə verin. Adı Titandır. İllərdir bir amerikalının çox yaxın dostu olub. İndi 14 yaşı var və baytarın dediyinə görə ömrünün son ilini yaşayır. İt yaşlandığına görə artıq arxa ayaqları tamamilə işləmə funksiyasını dayandırıb. Arxa ayaqları ağrıdığına görə bir yerdən başqa yerə getməyə çox çətinlik çəkir. Buna görə də, bütün günü ofisdə sahibinin yanında qalmağı üstün tutur. Sahibi isə onunla bir yerdə olmaq və işini də normal apara bilmək üçün, hətta ofisi də evinə köçürdüb. Ömrünün son ilini yaşadığına görə, sahibi ona həyatının ən gözəl ilini bəxş etməsi üçün əlindən gələni edir.
2013/02/24
Əkrəm Əylisli - Daş Yuxular (Azərbaycan Dilində) - Yükləmə Linkləri
Əkrəm Əylisli - Daş Yuxular romanı Azərbaycan dilində
Burada gördüm, dedim ki, mən də .docx və .pdf formatlarında hazırlayıb, maraqlananlarla paylaşım.
.docx formatında yükləmək üçün Daxil Ol
.pdf formatında yükləmək üçün Daxil Ol




