Adətən ata ayılar balalarını heç vaxt düşünmürlər, onları düşündürən sadəcə öz həyatları olur. Ancaq şəkillərdən də göründüyü kimi bu ata ayı tamamilə fərqlidir.
İndi ATM-lərin içində də biz görməsək belə, gizli kameralar quraşdırırlar. Bu Rusiyalı adam da balta ilə ATM-i soymağa çalışmış, lakin kamera vaxtında şəklini çəkib polisə göndərmiş və elə həmiş şəxs hadisə yerində yaxalanmışdır. Ona görə də, nəsə soyğunçuluq, oğurluq kimi bir cinayət etmək fikriniz olsa əvvəlcə həmin ərazidə kamera olub-olmadığını dəqiqləşdirin. :))
Almaniyada yaşayan 15 yaşlı Regina inəyi Lunaya bəzi yeni şeylər öyrədib. Məsələn, o at kimi maneələrin üzərindən tullana bilir. :)) 2 il bundan əvvəl o valideynlərindən ona at almalarını xahiş elədi, ancaq valideynləri bundan imtina etdi. İndi isə o bir inəyi çapır və hətta həmin inək bəzi başqa inəklərdən fərqli xüsusiyyətlərə də malikdir.
Detroyt ABŞ-ın ən böyük sənayə şəhərlərindən biri idi. Lakin böhrandan sonra şəhər demək olar ki, öz əvvəlki funksiyasını tamamilə itirdi. İş yerləri olmadığından artıq şəhərdəki əhali də başqa yerlərə köçməyə başladı. İndi şəhərin bir hissəsi tamamilə boşdur. Burada sahibsiz qalmış evlərdən və iflasa uğramış şirkətlərin binalarından başqa heç nə yoxdur. Ancaq buna baxmayaraq şəhərin bir hissəsi qismən də olsa əvvəlki vəziyyətində mövcudluğunu davam etdirir.