Bir gün uşaq atasından soruşur: Ata, nədir siyasət?
Ata belə cavab verir: Bax
oğlum, mən evə pul gətirirəm, demək ki, mən kapitalistəm. Anan isə pulu idarə
edir, demək ki, o, hökümətdir. Baban isə pulun düzgün idarə edilib-edilmədiyinə
nəzarət edir, demək ki, o parlamentdir. Qulluqçu qız isə, işçi sinifidir. Bizim
hamımızın isə bir hədəfi vardır, sənin həyatının daha rahat olması. Başqa sözlə,
sən də xalqsan və ananın indicə pampers taxdığı balaca körpə isə xalqın gələcəyi...
İndi de görüm başa düşdün?
Uşaq düşünür biraz atası danışandan sonra və qərara
gəlir ki, gecə yatmamışdan qabaq atasının dedikləri barədə ətraflı fikirləşsin.
Gecə yarsı balaca qardaşının səsinə oyanır. Baxır ki, balaca qardaşı altını
isladıb və ona görə narahat olub ağlamağa başlayıb. Nəsə eləmək istəsə də, əlindən
bir şey gəlmir və gedir ki, atasını ya da anasını oyatsın uşağın altını dəyişmək
üçün. Ancaq baxır ki, anası kravatda tək yatıb və dərin yuxudadır, ona görə də
onu oyandırmır. Xidmətçi qızın otağına gedəndə isə, atasının xidmətçi qızla
yataqda bir yerdə olduğunu görür və başına bir qədər sola çevirəndə isə gözü
atası və xidmətçi qızın yataqdakı macəralarını maraqla izləyən babasına
sataşır. Həm atanın, həm xidmətçi qızın, həm də babanın başları elə qarışıq
olur ki, uşağın orda olduğuna heç biri fikir belə vermir. Uşaq isə bu mənzərəyə
biraz tamaşa etdikdən sonra otağına geri qayıdıb, yatır. Səhəri gün atası səhər
yeməyində uşağa kapitalizm barəsində nə düşündüyünü soruşur.
Uşaq: Həə,
“kapitalizm” “işçi” sinfini pis məqsədləri üçün istifadə edir. “Parlament” bunu
heç bir tədbir görmədən seyr edir. Elə “hökümət” də dərin yuxudadır, gedən
proseslərdən xəbəri yoxdur. “Xalqı” isə heç kim yadına salıb, fikir vermir, “gələcək”
isə poxun içinə batıb qalıb! Ata, bax, budur siyasət! ;)
Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...