2011/05/05

Nigeriyadakı Robin Hudlar (39 Şəkil)

Nigeriyadakı Robin Hudlar
Nigeriyada böyük neft şirkətlərinin yerləşdiyi ərazilərə yaxın bu neft şirkətlərinə qarşı mübarizə aparan təxminən 1 min ağır silahlarla silahlanmış hərbçi vardır. Onlar böyük neft şirkətlərinə tez-tez basqınlar, hücumlar təşkil edir və onlara məxsus olan əmlakları ələ keçirdirlər. Bu regionda yaşayan insanlar bütün imkanlardan məhrumdurlar. Belə ki, meşələrdə yaşayan kəndlilər nə elektrikə, nə də təbii qaza malikdirlər. Yəni ölkələrində bu genişliyində təbii sərvətlər olmasına baxmayaraq, onlar işıqsız, qazsız və olduqca ağır həyat şəraitində yaşayırlar. Təbii ki, bundan hiddətlənən Nigeriyalı "Robin Hudlar" ələ keçirdikləri silahlarla onlara hücum edir və bu şirkətlərə aid nə varsa talayıb, kasıb insanlarla paylaşırlar. Hətta neft şirkətlərinin ətrafı yüksək səviyyədə çirkləndirməsi və ekologiyaya böyük ziyan vurması yaxından keçən çayların da yararsız hala düşməsinə səbəb olmuşdur. Artıq burada yaşayan insanlar təmiz sudan məhrum olmaqla bərabər, balıqçılıq da edə bilmirlər. Neft sənayesi Nigeriyanın ən böyük gəlir hissəsini təşkil edir. (90%)
39 Şəkil









































Mənbə göstərmədən şəkilləri və ya onlar haqqındakı məlumatları əkişdirənlər, siz pis bir oğrudan başqa bir ŞEY deyilsiniz! )


Bloqdakı son yenilikləri Facebook Səhifəsindən bəyənərək də izləyə bilərsiniz...

ShareThis